Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (1-05-2023, 12:14)
Arayik Laçından keçsə, ONU HƏBS EDƏCƏYİK?

Arayik Laçından keçsə, ONU HƏBS EDƏCƏYİK?
Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması ilə çıxılmaz vəziyyətə düşən Xankəndidəki separatçı-terrorçu rejim mövcudluğunu saxlamaq üçün son varianta əl atır: erməni əhalisi adından “müqavimət hərəkatı”na start verilib;

Mediatv.az  publika.az-a istinadən xəbər verir ki, separatçı rejimin təşkilatçılığı ilə bir qrup erməni Laçın yolunda postun qurulmasına qarşı qondarma “etnik təmizləməyə yox” iddiası üzərindən kampaniyaya başlayıb.

Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Qarabağa cəlb etmək, Azərbaycanın öz suveren ərazilərində qurduğu sərhəd-keçid məntəqəsinin ləğvinə nail olmaqdır. Ermənilər tarix boyu əl atdıqları qondarma “etnik təmizləmə”, “soyqırımı” kimi kartlarını bu dəfə də işə salıblar. Kampaniyanın təşkilatçısının separatçı rejim olduğu şübhəsizdir. Separatçıların qondarma “başçısı” Araik Arutyunyanın “imzatoplama kampaniyasına” qoşulması da bundan xəbər verir.

Kampaniyanı başladan ermənilər bəyan ediblər ki, ya beynəlxalq ictimaiyyət Laçın yolunda postun ləğv edilməsinə nail olmalıdır, ya da onlar başqa yollara əl atacaqlar. Laçın yolunda qurulan sərhəd-keçid məntəqəsinin götürülməyəcəyi məlumdur, beynəlxalq ictimaiyyət Azərbaycanın suveren ərazisində atdığı addıma müdaxilə edə bilməz, edə bilmir də. Hətta ermənilərin güvəndiyi Rusiya da reallıqla barışıb. O zaman sual yaranır: separatçıların göstərişi ilə danışan bir qrup erməni “başqa yollara əl atacaqlar” dedikdə nəyi nəzərdə tuturlar?

Bunun diqqəti cəlb etmək üçün istifadə edilən şantaj olduğu aydındır. Lakin istisna deyil ki, separatçı rejim öz mövcudluğunu qorumaq üçün erməni əhalisini qırğına verə bilər. Separatçıların əlində silah-sursatın olduğu sirr deyil, əhalini silahlandıra və Laçın postuna, eləcə də ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqelərinə qarşı təxribatlar törədilə bilər. 2021-ci ilin noyabrında erməni terrorçu Norayr Mirzoyanın Şuşa postuna bomba atması təcrübəsi də yenidən terror kartının istifadə edilməsi ehtimalını önə çıxarır.
шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024