Siyasət / Slayd (22-04-2023, 19:15)
Siyasi partiyalar niyə birləşə bilmir?
Azərbaycanda xırda partiyaların birləşməsi dalana dirənib.
Mediatv.az Qaynarinfo-ya istinadla xəbər verir ki, partiyalar birləşmə məsələsində ortaq məxrəcə gələ bilmirlər.
İddialara görə, birləşmə məsələsində vəzifə bölgüsü, eyni zamanda maddi təminat əsas müzakirə mövzusudur. Partiyaların razılığa gələ bilmədiyi məsələlər də əsasən bunlardır.
Məlumatlarda bildirilir ki, bəzi iri partiyalar birləşmə təkliflərini rədd edib. Səbəb də qarşı tərəfin vəzifə və maddi təminat istəməsi olub. "Artıq biz birləşmək təkliflərini qəbul etmirik. Çünki bir-iki nəfərdən ibarət olan partiyalar birləşmə təklifi ilə bizə müraciət edir. Amma elə şərtlər qoyurlar ki, bu qəbuledilməzdir. Kimisi partiyada vəzifə istəyir, kimisi yüksək maaş istəyir”, deyə adının çəkilməsini istəyən siyasi fəallardan biri bildirib.
"Siyasi partiyalar haqqında” yeni qanun təsdiqləndikdən sonra xırda partiyaların qeydiyyatı üçün problem yaranıb. Yeni qanuna görə partiyaların qeydiyyatı üçün minimum 5000 üzv lazımdır. Xırda partiyaların isə bu qədər üzvü yoxdur. Bu baxımdan, onlardan bəziləri fəaliyyətlərini dayandırmaq, bəziləri isə daha iri siyasi partiyalara birləşmək xəttini tutub.
Artıq 14 siyasi partiya fəaliyyətini dayandırıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024