Siyasət (17-04-2023, 14:02)
Ermənistana qarşı təzyiq mexanizmləri işə salınmasa... - Deputatdan beynəlxalq qurumlara ÇAĞIRIŞ

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Bakıvaxtı.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, xüsusilə də, belə beynəlxalq yarışma çərçivəsində bu hadisənin baş verməsi, heç şübhəsiz ki, bir neçə nəticələr çıxarmağa imkan verir:
“Birincisi, Ermənistan növbəti dəfə sübut etdi ki, bu ölkədə terrorçuluq, faşizm dövlət ideologiyası səviyyəsinə qaldırılıb. Bir daha bu hadisələr sübut etdi ki, Ermənistanda türkəfobiya, Azərbaycanafobiya, İslamafobiya və irqçilik dövlət siyasəti səviyyəsindədir”.
E.Nəsirov qeyd edib ki, eyni zamanda, bu hərəkət yalnız Azərbaycana düşmənçiliyin ifadəsi deyil, həm də beynəlxalq idman ictimaiyyətinə qarşı hörmətsizlikdir:
“Hesab edirəm ki, bu olanlardan Ermənistan dövləti, onun ali siyasi rəhbəri çox ciddi məsuliyyət daşıyır. Çünki onların “xeyir-duası” olmadan bu hadisə ola bilməzdi”.
Deputat vurğulayıb ki, Azərbaycan bayrağını yandıran şəxs ən tez zamanda həbs edilməli və cəzalandırılmalıdır:
“Bundan əlavə, bu yarışmanı təşkil edən idman qurumları Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir. Ermənistanın bu kimi yarışlara ev sahibliyi etmək hüququ əlindən alınmalıdır. Onlara bildirilməlidir ki, Ermənistan belə yarışlar keçirmək üçün hazır deyil. İdman xalqları birləşdirən vasitədir. Ermənistan isə bundan xalqlar arasında nifaqı dərinləşdirmək üçün istifadə etdi”.
E.Nəsirov təəssüf hissi ilə bildirib ki, beynəlxalq təşkilatlar hələ də bu olanlara qarşı sakitliyini pozmur, ortaya mövqe qoymur:
“Lakin Ermənistana qarşı sərt təsir və təzyiq mexanizmləri işə salınmasa, onlarda arxayınçılıq sindormu daha da güclənəcək. Eyni yanaşmanın ucbatından torpaqlarımız otuz il işğal altında qaldı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilmədi və buna görə də bu münaqişə də həllini tapa bilmirdi. Sonda yenə qeyd edirəm ki, bu olanlar Ermənistanın ali rəhbərlərinin, beynəlxalq ictimaiyyətin üstünə düşür”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025