Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (10-04-2023, 18:34)
Heydər Əliyev – Müasir Azərbaycan ədliyyəsinin banisi

 






Ümummili lider Heydər Əliyevin Azərbaycanın milli dövlətçiliyinin inkişafına verdiyi töhfələr misilsizdir və onun irsi bu gün də etibarlı bünövrə kimi çıxış edir. Azərbaycanda  hüquqi dövlət quruculuğu  Ümummili lider Heydər Əliyevin adı ilə bağlıdır, müasir hüquq sisteminin qurulması və inkişaf etdirilməsi onun dövlətçilik konsepsiyasında xüsusi və mərkəzi yer tuturdu.Dahi öndərin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi tariximizin ən mühüm və silinməz səhifələrini təşkil edir. Çünki, xalqımız öz dövlətçiliyinin dünyəvi, demokratik, hüquqi əsaslar üzərində bərqərar olunmasına ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində nail olmuşdur. Dünya təcrübəsi göstərir ki, dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşdırılması vacib şərtdir.Böyük siyasətçi insan hüquqları sahəsi çərçivəsində milli ədliyyə sisteminin inkişafına güclü stimul vermişdi. Azərbaycanda ədliyyə siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsində hərtərəfli inkişaf etdirilməsi məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. Ümummilli liderimiz müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rolunu dəfələrlə qeyd etmiş, onun mahiyyətcə təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirmişdir.Hüquqi dövlətin təməl sütunlarından biri məhz məhkəmələrin olması danılmazdır. Ümumilli liderimiz Heydər Əliyev Azərbaycanda üçpilləli yeni məhkəmə sistemini yaratmışdır. Bundan əlavə olaraq islahatın nəticəsi kimi savadlı və təcrübəli hakim korpusunu formalaşdırmaq üçün ölkəmizdə ilk dəfə olaraq test üsulu ilə şəffaf prosedurlarla yeni hakimlər təyin edilmiş, onlara yüksək statusun verilməsinə əsas olan hüquqi aktlar qəbul edilib.
Eyni zamanda, respublikada Konstitusiya Məhkəməsinin təsis edilməsi və fəaliyyətə başlaması da Ulu Öndərin zəhməti nəticəsində mümkün olmuşdur. Bu təsisatın yaradılması və müəyyən səlahiyyətlər verilməsi hüquqi dövlət quruculuğunda, o cümlədən konstitusiyanın aliliyinin təmin edilməsində önəmli yer tutur.Ədliyyə işçilərin vətəndaş cəmiyyətinin bərqərar olunmasını mühüm rolunu başa düşən ümumilli lider Heydər Əliyev onlara mənəvi stimul yaradılması və Azərbaycan ədliyyəsinin tarixinin qorunub saxlanması üçün 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günü - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunub. Bu isə Ulu Öndər tərəfindən ədliyyə işçilərinə göstərilən etimadın təzahürüdür.Ədliyyə orqanlarının əsas kredosu qismində çıxış edən qanunçuluq və hüququn aliliyi prinsipləri Ümummilli Liderin uzun illər təbliğ etdiyi və öz siyasətində hər zaman rəhbər tutduğu haqq-ədalət ideyasına əsaslanır, ondan qaynaqlanır.Qanunun aliliyindən bəhs edərkən, Ümummilli Liderin ölkənin Əsas Qanunun – Konstitusiyasının ərsəyə gəlməsindəki rolunu qeyd etməmək mümkün deyil. Məlum olduğu kimi, 1995-ci il noyabrın 12-də referendum yolu ilə məhz Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyası onun bilavasitə rəhbərliyi ilə hazırlanaraq qəbul edilib.Heydər Əliyev dühası ilə ölkəmizdə məhkəmə, ədliyyə, prokorurluq və digər hüquq mühafizə fəaliyyəti yenidən qurulub və onların gələcək inkişafının təməli qoyulub.Bu gün dünyamızın sürətlə dəyişdiyini, yeni çağırışların qarşımıza qoyduğu tələbləri nəzərə alaraq Azərbaycanda ədliyyə sisteminin Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni müstəvidə inkişaf edir.Son illərdə həyata keçirilən vacib layihələr, beynəlxalq təşkilatlarla əməkdaşlıq, rəqəmsallaşma, dördüncü sənaye inqilabının formalaşdırdığı yeni düzən milli ədliyyəmizin də baş verən dəyişikliklərə uyğunlaşmasına gətirib çıxardı. Bu gün Azərbaycan, onun hüquq sistemi ümummilli liderimizin müəyyən etdiyi inkişaf konsepsiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə daha da təkmilləşir və müasirləşir.

İlham Həsənov
Ədliyyə Nazirliyinin Binəqədi rayon icra şöbəsinin rəisiшаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024