Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (27-03-2023, 14:16)
TÜRK DÖVLƏTLƏRİNİN SƏRHƏDLƏRİ İLƏ MƏHDUDLAŞMAYAN TÜRK DÜNYASI

 






Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqaladə Zirvə görüşü keçirildi.
Dövlətimizin başçısı Zirvə görüşündə əhatəli,möhtəşəm çıxışı ilə bütün dünyanı diqqət mərkəzində oldu. Çıxışının başlanğıcında ilk öncə Qardaş Türkiyə xalqına Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verdi. Dövlətimiz tərəfindən göstərilən humanitar yardımların böyük dostluğun, qardaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdırdı.
Xatırladaq ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş vermiş anda qardaş Türkiyəyə humanitar yardımlar etmek üçün səfərbər olmuşdur.
Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır. 
İki qardaş ölkə hər zaman həm sevincli, həm də kədərli günündə bir-birinin yanında olmuslar.Bu sözlərin davamı olaraq diqqəti 44 günlük müharibəyə yönəldən İlham Əliyev qeyd etdi ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. 
2021-ci ildə Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır. 
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən söz açan Cənab Prezident İlham Əliyev Azərbaycanın dünyada mina ilə ən çox çirkləndirilməsi ölkələr sırasında olduğunu bildirdi.Ermənistan 2020-ci də noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozduğunu və bunun üçün məsuliyyət daşıdığını qeyd etdi. Biz Ermənistan tərəfindən dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarmaq üçün əlimizdən gələni edirik. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Boyuk Qayıdış” proqramının icrasına başlamışıq. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər . 
Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa edilən yaradıcılıq mərkəzinə görə minnətdarlıq bildirən İlham Əliyev bəyan etdi ki, türk dünyası təkcə türk dövlətlərinin sərhədlərindən ibarət deyil. 
50 milyondan çox olan azərbaycanlıların yalnız 10 milyonu Azərbaycan ərazisində yaşayır. Tarixi torpaqlarımız olan Qərbi Zəngəzurdan 1920-ci ildə sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsinə görə Türk dünyası coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur.Bu ərazilərdən zorla qovulan qərbi azərbaycanlılar indi Qərbi Azərbaycan İcmasında birləsmislər.  Qayıdış Konsepsiyasına görə həmin vətəndaşların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan hüquqi baxımındanəcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Ermənistanla qarşılıqlı prinsip əsasında Qarabağdayasayan ermənilərin  hüquqlarının qorunacagina zəmanət verərək qarşılıqlı razılaşma əldə olunacağına inanıram.
Bütün çıxışı boyu böyük inamla, qürur hissi ilə nitq söyləyən Cənab Ali Baş Komandan İlham Əliyev bir daha bütün türk dünyasına bəyan etdi ki, türk dünyası hər zaman eyni dildən, eyni dindən, eyni yoldan ibarət bir birlikdir. 
Dadaş Baba-zadə
Suraxanı rayonu 89 nömrəli tam orta məktəbin direktoru.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024