Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (11-11-2019, 10:20)
Embrionun xəstəliklərə meylini müəyyənləşdirən test hazırlandı

 Amerika startapı “Genomic Prediction” embrionun genetik meylinin və zehni qabiliyyətlərinin müəyyən edilməsi üçün “Lifevie” testini hazırlayb. 

Şirkət tərəfindən yayılan məlumata əsasən, test süni mayalanma planlaşdıran cütlərə  təklif edilir.

“Genomic Prediction” bildirir ki,  DNT vasitəsilə embrionun 11 xəstəliyə meylini və uşağın intellektinin aşağı səviyyədə olduğunu müəyyən edə bilər. Test embrionun ana bətninə implantasiyasından əvvəl həyata keçirilir.

Tədqiqat süni mayalanmadan öncə  embriondan götürülən bir neçə hüceyrə üzərində aparılır. “Genomic Prediction”embrionun DNT-ni  yüz minlərlə genetik mövqedə ölçür. Bundan sonra, mütəxəssislər uşağın həyatının sonrakı mərhələlərində xəstəliyin ehtimalını müəyyən edə biləcək statistika hazırlayırlar.

Startap embrionlar üçün “qiymətləndirmə cədvəli” tərtib edir, bunun da köməyi ilə gələcək valideynlər uşağı seçə bilərlər. Nəticələr diabet, infarkt və beş növ xərçəngə meyli göstərir.

Hələ ki, bu testlərin əsas nəticəsi sağlamlığın proqnozlaşdırılmasıdır. Uşağın gələcək əqli qabiliyyətlərinə gəldikdə isə, şirkət xəbərdarlıq edir ki, yalnız zehni zəifliyi proqnozlaşdıra və IQ-nun 70 baldan aşağı olduğunu müəyyənləşdirə bilər.

Lakin startap heç bir zəmanət də vermir. Hüquqi məsuliyyətdən imtinada bildirilir ki, test “diaqnostik deyil”.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024