Sağlamlıq (1-05-2018, 10:13)
Sarımsağın gözlənilməz faydası aşkarlandı
Sarımsaq qəbulu bir çox xərçəng növləri, ürək-damar xəstəlikləri və ikinci tip diabetin inkişafı riskini əhəmiyyətli dərəcədə azaldır.
Mediatv.az xəbər verir ki, Britaniyanın Notinqem universitetindən olan alimlər belə bir nəticəyə gəlib.
Tədqiqatın nəticələri “Trends in Pharmacological Sciences” jurnalında dərc olunub.
Sarımsağın faydalı effekti onun hazırlanma üsulundan asılı olaraq dəyişsə, alimlər hələ ki, bu üsullardan hansının daha üstün olduğu ilə bağlı ortaq məxrəcə gəlməyib.
Alimlərin sözlərinə görə, sarımsağın tərkibində olan kükürdlü komponentlər insan hüceyrələri və toxumalarında fizioloji və biokimyəvi prosesslərə səbəb olan və onların tənzimlənməsində iştirak edən qazşəkilli maddələrin siqnal molekullarının miqdarını artırır.
Həmin molekullar xəstəliyə yoxulma riskini azaldır və insan sağlamlığını möhkəmlədir.