Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (30-11-2015, 15:52)
Səhərlər oyanmaqda çətinlik çəkirsiniz?

 

Statistika göstərir ki, yetkin insanların 70 faizi səhərlər oyanmaqda çətinlik çəkir. Bu isə işə və ya önəmli bir görüşə gecikmə, bütün gün özünü yorğun və narahat hiss etmə, mənfi emosiyalara köklənmə kimi vəziyyətlərə gətirib çıxarır.

 

Mediatv.az-ın məsləhətlərinə əməl etsəniz, səhərlər oyanmaq sizin üçün problemə çevrilməyəcək.

 

Müayinədən keçin!

 

Səhərlər oyana bilməməyənizin səbəbi hər hansı bir xəstəliklə bağlı ola bilər. Həkimə müraciət edin və sağlamlığınızda problem olub-olmadığını müəyyənləşdirin.

 

Yatağın yanına su qoyun!

 

Səhər gözünüzü açan kimi 1 stəkan su içsəniz, yataqdan qalxıb günə başlamaq sizə işgəncə kimi görünməyəcək.

 

Zəngli saat

 

Zəngli saatı yatağın yaxınlığına qoymayın. Beləliklə, onu uzanıb söndürə bilməyəcəksiniz.

 

İşıqlı saat

 

Səhərlər oyanmaq üçün işıqlı saatlardan yararlana bilərsiniz. Bu saatlar günəş kimi parlayaraq gözləri qıcıqlandırır və insanı oyanmağa vadar edir.

 

Gecə yatmamışdan qabaq içməyin!

 

Spirtli içkilər, həmçinin, kofe yuxunu pozub gecə gec yatmağınıza səbəb ola bilər. Təbii ki, vaxtında yatmayan insan, tezdən oyana bilməz. Odur ki, yatmamışdan 3-4 saat əvvəl spirtli və kofeinli içkilərdən uzaq durun.

 

Qoxulu yağlar

 

Yatağın yanına portağal, qreypfrut və ya nanə yağı qoyun. Saatın səsinə oyana bilməyəndə yağ şüşəsini açıb qoxulayın.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024