Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (14-06-2019, 10:11)
Sabirabadın yeni başçısının şübhəli kadr siyasəti...

  Bu günlərdə Saatlı rayon İcra Hakimiyyətinin başçısı postundan çıxarılaraq Sabirabadın rəhbərliyinə gətirilən Siraqəddin Cabbarovla bağlı DİA.AZ-a Sabirabaddakı mənbələrdən ilginc informasiya daxil olub. Verilən xəbərlərdən belə anlaşılır ki, möhtərəm Cabbarov cənabları gəldiyi ilk günlərdəncə öz komandasını qurmağa çalışır və bu prosesə də qazanc yeri kimi yanaşır.

Mənbənin söylədikləri: "Bu gün Sabirbaddakı əksər məmurlar yeni başçının "qılıncının altından" keçirilir. Təbii ki, bu ələmə prosesindən "salamat çıxa bilməyənlər" də var.

Məsələn, Sabirabad şəhər icra nümayəndəsi Əhədağa Məmmədov başçının ilk "qurbanlarından biri kimi tanınır. Siraqəddin Cabbarov onu dərhal çıxardı, yerinə isə deputat Mirzəcan Xəlilovun qardaşı oğlu Sübhan Xəlilovu təyin edib".


 



deputat Mirzəcan Xəlilov

Mənbə iddia edir ki, Sübhan Xəlilova vəzifəsi heç də ucuz başa gəlməyib. Söhbət 50 min manatdan gedir...

Məlumatı verən qaynağın dia.az-a bildirdiyinə görə, heç bir vaxt dövlət qulluğunda olmayan Sübhan Xəlilovun hətta diplomu da saxtadır: "Yeni "mer" məşhur Elşad Abdullayevin ABU-sunda 2-ci kursa birbaşa daxil olub, diplom qazananlardandır. Gələn kimi də öz aləmində "kadr islahatı"na başladı. Hədəfi yetim-yüsür oldu. Yeni vakansiyalar yarada bilməsi üçün süpürgəçiləri, fəhlələri ixtisara saldı ki, sonradan işçi götürə bilsin".

Dia.az-a bildirilir ki, ümumiyyətlə, Siraqəddin Cabbarovun digər "islahatları" da Sabirabadda narazılıqla qarşılanmaqdadır. Bu barədə daha geniş materialımız olacaq. Bizi izləyin.
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024