Region (4-03-2021, 14:48)
CƏLİLABAD POLİSİ 2020-Cİ İLİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ BAŞA VURMUŞDUR
Bu gün Azərbaycanın Ermənistan üzərində qazandığı qələbənin səbəblərindən danışan beynəlxalq ekspertlər Azərbaycan ordusunun gücü ilə yanaşı, dövlət-xalq vəhdətini, ölkəmizdəki ictimai sabitliyi də xüsusi vurğulayırlar. Həqiqətən də Konstitusiyaya, qanunçuluğa ciddi əməl edilməsi, dövlət maraqlarının etibarlı qorunması ölkədəki əlverişli həyat şəraitini təmin edir. Bu, Azərbaycanda adi həyat normasına çevrilmişdir. Çünki aramsız dəyişən təhdidlərdən əziyyət çəkən dünyanın indiki dönəmində Azərbaycan polisi kriminogen durumu fasiləsiz nəzarətdə saxlayır, ictimai asayişi layiqincə qoruyur. Bunun bariz göstəricilərindən biri də odur ki, asayişin etibarlı təmini, cinayətkarlıqla mübarizənin nəticələri baxımından Azərbaycan artıq uzun illərdir ki, nəinki MDB, həmçinin Şərqi Avropa məkanında ən təhlükəsiz və cinayətkarlıqla mübarizədə ən yüksək göstəriciləri olan ölkələrdən biridir. Bütün bu faktlar sübut edir ki, Azərbaycan sosial-iqtisadi inkişafla yanaşı, həm də cinayətkarlığa qarşı mübarizə və əmin-amanlığın qorunması sahəsində də bölgədə şəriksiz lider dövlətdir.
Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun zəfəri ilə başa çatan hərbi əməliyyatların davam etdiyi 2020-ci ilin payızında cəbhəyə heç də yaxın olmayan rayonlarda da polisin işi gücləndirilmiş rejimə keçirilmişdi. Cəlilabad Rayon Polis Şöbəsi də sayıqlığını artırmış, RPŞ-nin rəisi,polis polkovniki Mübariz Quliyevin rəhbərliyi ilə şəxsi heyət düşmənin mümkün təxribat və terror törətmək ehtimallarını nəzərə alaraq belə cəhdlərin qarşısını almaq üçün xidməti əraziyə nəzarəti gücləndirmişdi.
Ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın müxtəlif şəhər və rayonların, o cümlədən, Cəlilabad rayonunun ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair qərarlarına vətəndaşlar tərəfindən əməl edilməsini də rayon polisi diqqət mərkəzində saxlayır. Cəlilabad polisi vətəndaşlardan daxil olan müraciətlərə, ayrı–ayrı ünvanlardan daxil olan siqnallara həssas yanaşır, bəzi məlumatlarla əlaqədar təcili tədbir görülməsi üçün tapşırıqlar verilir, hər bir cinayətin isti izlərlə açılmasına ciddi münasibət göstərilir,eləcə də imkansız ailələrə pandemiya dövründə maddi dəstək göstərilib.
Hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətlərin törədilməsinə zəmin yaradan neqativ amillərin aradan qaldırılması və digər tədbirlərin həyata keçirilməsi sayəsində rayonda ümumi cinayətlərin sayı azalmışdır. Şöbə əməkdaşlarının yüksək əzmkarlığı sayəsində cinayət törətdiklərinə görə axtarışda olan şəxslərin çoxunun tutulması təmin olunmuşdur.
2020-ci il ərzində rayon ərazisində baş vermiş ağır və xüsusilə ağır növ cinayətlərin hamısı polisin peşəkarlığı və mübarizliyi sayəsində açılmışdır. Keçən il rayon ərazisində xeyli sayda narkotika aşkarlanıb götürülmüşdür. Zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi də diqqət mərkəzində olmuşdur.
Əməliyyat üzrə rəis müavini Rövşən Quliyevin rəhbərliyi altında həyata keçirilən əməliyyatlar rayonda cinayətkarlığa qarşı mübarizə sahəsində uğurlu göstəricilər əldə etməyə imkan vermişdir.
Ümumiyyətlə, Cəlilabadda ictimai–siyasi sabitliyin qorunması, hüquq qaydalarının daha da möhkəmləndirilməsi işlərində ictimaiyyətin qüvvəsindən istifadəyə, ən başlıcası rayonda bu istiqamətdə maarifləndirilmə işlərinin gücləndirilməsinə xüsusi önəm verilir.Şəhid və qazi ailələri diqqətdə saxlanılır,mütəmadi olaraq onların hər birinə maddi yardımlar edilir.Çox təəsüflər olsun ki bunu gözü götürməyən xaricdə gizlənən bəzi sosial sfera istifadəçiləri və xəbər portalları Cəlilabad polisinin belə uğurlu işinə kölgə salmağa cəhd edirlər,bəzi narkotacirlərə "qahmar" çıxırlar.Cəlilabad rayon polis şöbəsinin rəhbərliyi obyektiv, qərəzsiz, təmənnasız, lakin tələbkar münasibətlərə söykənən bir stillə işləyir.Polis şöbəsinin rəisi Mübariz müəlimin eləcə də əməliyyat işləri üzrə müavin Rövşən müəllimin mövqeyindən, işindən və əməlindən hələ heç bir cəlilabadlı zərər çəkməyib, çətinliyə düşməyib.Çünki onlar polisə müraciət edən hər bir vətəndaşın probleminə diqqətlə yanaşır,hər bir vətəndaşın problemini öz problemi hesab edir.
İnanırıq ki, başda rəis Mübariz Quliyev olmaqla Cəlilabad Rayon Polis Şöbəsinin şəxsi heyəti bundan sonra da rayonda ictimai asayişin, qanunçuluğun, hüquq qaydasının təmin olunması işində qazanılacaq uğurlarda əhəmiyyətli paya sahib olacaqdır.
Əfqan Bəhluloğlu
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024