Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (8-07-2020, 18:07)
Azərbaycanda 4 yüksək rütbəli polis KORONAVİRUSA YOLUXDU

 Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bir neçə əməkdaşı koronavirusa yoluxub.
Mediatv.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi Katibliyinin rəisi Natiq Qasımovda da koronavirus aşkarlanıb.
Bundan başqa, Baş DYP İdarəsinin rəis müavini, YPX Alayının 7-ci tağımının komandiri, polis mayoru Ürfət Şükürov, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin Növbətçi hissəsinin əməkdaşı, polis mayoru Fərman Xəlilov, Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi, Milli Məclisin deputatı Elman Məmmədovun oğlu Elşad Məmmədovun test nəticələri pozitiv çıxıb.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya bildirib ki, DYP əməkdaşları arasında da koronavirusa yoluxma qeydə alınıb:
"Hazırda koronavirusa yoluxmuş bəzi əməkdaşlar xəstəxanada müalicə olunur. Sağalıb işə qayıdanlar da var. Polis əməkdaşları mütəmadi olaraq testdən keçirilir".
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi Katibliyinin rəisi Natiq Qasımovun həyat yoldaşı, Bakı Slavyan Universitetinin Rus dili kafedrasının müdiri, dosent Könül Qasımova bir neçə gün əvvəl COVİD-19-dan dünyasını dəyişib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024