Cəbrayıl rayonu respublikamızın ən gözəl bölgələrindən biridir.O,kiçik Qafqaz dağlarının cənub-şərqində,Gəyən düzü və Qarabağ silsiləsində yerləşir.Cəbrayılın qədim tarixi,zəngin təbiəti,saysız-hesabsız, abidələri,mağaraları,qalaları,bürcləri,məbədləri bu yaşayış ərazisinin çox qədim bir tarixə malik olduğunu göstərir.Tarixi memarlıq abidələri,ziyarətgahlar,qədim tarixi-dini abidələr rayona qonaq gələn insanların yaddaşında əbədi həkk olunur.Təbiəti kimi Cəbrayılın insanları da zəngin daxili dünyaya,böyük mənəvi dəyərlərə malik,olduqca təmiz,saf,etibarlı,sədaqətli adamlardır və spesfik xüsusiyyətlərinə,keyfiyyətlərinə görə çox fərqlənirlər.Bu fərqlilik öz mahiyyətinə insanlığa,insan adına əlavə məna və çalarlar bəxş edir.
Mən Cəbrayıl rayonundan olduğuma görə bu dəyərləri böyük fəxarətlə qeyd etmirəm,əsl həqiqətləri yazıram. DogruXeber.az bildirir ki ,bu həqiqətlərin mənbəyi,kökləri çox qədimdir və eramızın 78-ci əsrlərinə və daha dərinliklərə qədər gedib çıxır.Qədim rəvayətlərə və tarixi mənbələrə görə bu ərazinin adı Cəbrayıl atanın adı ilə bağlıdır.Cəbrayıl ata 8-ci əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın qohumlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər olan ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub.Bəzi mənbələrə və məlumatlara görə Cəbrayıl İslam dinində və monotesit dinlərdə Yəhudilik eramızdan əvvəl 1-ci-2-ci minliliklərin başında yaranan ən qədim din) Allahın ən yaxını olan Cəbrayıl adlı Mələyin adı ilə əlaqədardır.Cəbrayıl sözü əvvəlcə "Allahın qulu” deməkdir və mən hesab edirəm ki,Cəbrayıllıların özü əslinə,nəslinə,kökünə və insanlar arasında öz spesfik dəyərlərinə görə fərqliliyi məhz bu qədim və tarixi mənbəyi ilə bağlıdır.
Mən hər zaman , elə indi də Cəbrayıllı olmağımdan fəxr edirəm və qürur duyuram.Lakin təəssüf ki,həmişə belə olmur.Elə Cəbrayıllılar var ki,onlar öz yarıtmaz işi,fəaliyyəti,əməli ilə bu dəyərlərin üstünə kölgə salır ,öz şəxsi maraq və iddialarını hər şeydən üstün tutur və beləliklə də nəfslərin quluna çevrilərək daha artıq varlanmaq azarına tutulurlar.Onlar üçün dəyərlər arxa plana keçirilir və əhəmiyyətini itirir.Bu gün rəhbər orqanlarında və dövlət sturukturlarında adamlar işləyir ki, onlar haqqında əsl Cəbrayıllılara yaraşan xoş sözlər demək olmur.Bu məni çox incidir və mən buna görə çox təəssüf edirəm.Milli-mənəvi dəyərlərin itirilməsi və ya aşılanması nəticədə həmin insanın, və ümumillikdə,millətin,xalqın məhvinə səbəb olur.
Məhz buna görə də respublikamızın Birinci Vitse-Prezidenti,Hörmətli Mehriban xanım Əliyeva bir çox layihələrdə həyata keçirmək istədiyi əsas məqsəd genafondun qorunması,milli dəyərlər və duyğuların şüurda inkişaf tapmasıdır.Mehriban xanım Əliyeva indiki müasir dövrümüzdə insani və mənəvi-əxlaqi dəyərlərin yad təsirlərdən,pis əməl və vərdişlərdən qorunmasını çox ehtiyac olduğunu ön plana çəkir.Tarixi təcrübə göstərir ki,hər bir insan, o cümlədən hər bir millət ictimai-iqtisadi formasiya dəyişkənliyində müxtəlif yad təsirlərə,yabançı neqativ dəyərlərin ictimai şüurda həzm olunmayan ənənələrin hücumuna məruz qalır.Cəmiyyətdə iqtisadi cəhətdən zəngin insanların,iş adamlarının sayının çoxalması son dərəcədə sevindiricidir.Amma bu cür insanların cəmiyyət qarşısında sosial öhdəliklərini unutmasına,yalnız varlanmaq,mənsəb sahibi olmaq amalı ilə bütün nəcib təşəbbüslərdən,xeyirxah əməllərdən,insan duyğulardan kənarda qalmasına heç bir halda haqq qazandırmaq olmaz.Dövlət məmurları da belədir.Müşviqabadda yaşayıram.Qəsəbədə məndən başqa Cəbrayıldan olan 500 ailəyə yaxın ailə məskunlaşıb.Burda kimi dindirsən Cəbrayıl rayon İcra Hakimiyyətinin Kamal Həsənovu tanımadığını deyər? Niyə? Çünki üzünü görməyiblər.Bəlkə onların problemləri,ehtiyacları yoxdur?Əksinə,elə adamlar var ki,danışırlar ki,dəfələrlə İcra Hakimiyyətinin Başçısının qəbuluna getsələr də alınmayıb.Çünki özü yox müavinləri qəbul edir.Onlar isə " başçısız biz heç bir qərar verə bilmərik.” deyirlər.
Mən özüm şahidəm ki,əvvəlki İcra Başçısı ayda iki dəfə sakinləri böyük hörmətlə qəbul edər,axıra qədər səbrlə dinləyər və heç vaxt onları ümidsiz geri qaytarmazdı.
İnsanlar ona hörmət edər,haqqında ürək dolusu danışardılar... Bəzən elə olurdu ki,imkansız köməksiz insanlara əlavə olaraq öz cibindən hörmət edərdi.Mən bunu bir neçə dəfə görmüşəm.Hətta sevincdən göz yaşları axıdan insanların qəmli baxışları indidə yadımdadır.Uzun illər doğma elindən-obasından,isti ocağından,yuvasından didərgin düşən,hər əziyyətə qatlaşan bu insanlar özlərini güvəncli,arxalı,inamlı hiss edər,arxalarında dövlətin dayandığının fərqində olardılar.İcra Başçısının sözünün əvvəli-axırı olardı,sözü heç oynatmaz,havayı buraxmazdı.İnsanların gözünün içinə dik baxardı.Amma çox təəssüf ki,indiki İcra Başçısı Kamal Həsənov belə deyil.O,İcra Başçısı gələndən bir müddət sonra qəbul vaxtlarını ayda iki dəfə deyil bir dəfə keçirdi.Və çox vaxt da, bu qəbulları müavinlərinə tapşırırdı.Beləliklə də İcra Başçısı ilə əhali arasında istər-istəməz böyük uçurum yaranır.Bu uçurum getdikcə dərinləşməyə başlayırdı.Təbii ki, buda öz mənfi təsirini göstərirdi.Əgər birinci halda,insanların İcra Başçısının simasında dövlətə olan inamı azaldırsa,ikinci halda dövlətin qanunlarına, " Yerli İcra Hakimiyyəti haqqında” əsasnamənin qaydalarına hörmətsizlik və sayğısızlıq yaradırdı. Məlumdur ki,hər bir rayon İcra Hakimiyyəti vətəndaşların hüquq və azadlıqlarını qanuni mənafeələrinin müdafiəsi,müvafiq ərazisinin əhalisinin maddi rifah halının yaxşılaşdırılması,sosial həyat tərzinin yüksəldilməsinə nail olması,aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qalmalıdır.Amma təəssüf ki, cənab Kamal Həsənənov nəinki belə etmir,hətta o,çox çətinliklə də olsa qəbula düşən vətəndaşların son ümidini də qırır.Böyük inamla İcra Hakimiyyətinə üz tutan,yardım istəyən,xəstəlikləri üçün müəyyən kömək edilməsini xahiş edən,problemlərinin,müraciətlərinin həllinə çalışan imkansız insanlar əliboş qayıdardılar.İcra Başçısının " Bizim elə bir büdcəmiz yoxdur ki,pul yardımı edək.” cavabı onların bütün inamını öldürüb ümidini qırır.İnsan inamını öldürmək onu öldürməyə bərabərdir.Bəs bu arxasız,kimsəsiz vətəndaşların problemləri ilə kim məşğul olmalıdır? Kim həll etməlidir? Onların qayğısına kim qalmalıdır? Kim? Cənab prezidentmi? Xeyir! "Yerli İcra Hakimiyyəti haqqında əsasnamə” və digər sənədlərdə göstərilir ki,müvafiq ərazi-inzibati vahidində müvafiq İcra Hakimiyyəti orqanları və tabeliyində idarə müəssisə və təşkilatlar tərəfindən vətəndaşların yazılı və şifahi şəkildə istəklərini bildirmək,təkliflər vermək,ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün xüsusi qayğı göstərib zəruri şərait yaradırlar.Cənab prezident hər dəfə dönə-dönə vurğulayır ki,hər bir dövlət məmuru,hər bir vəzifəli şəxs vətəndaşlara hörmətlə yanaşmalı,onlara qayğı göstərməli,arzu və istəklərinə həssaslıq nümayiş etdirməldir.Bəli,cənab prezident həmişə hər zaman vətəndaşlarımızın,imkansız insanlarımızın,ehtiyacı olan adamlarımızın maddi-rifah halının yüksəldilməsini və yaşayış tərzinin daha da yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır.Amma o, gəlib hansısa bir İcra başçısının əvəzinə işləyə bilməz.Bunun üçün o,inanıb seçdiyi adamları bu vəzifəyə göndərir,onlara böyük etimad göstərir.Yetər ki,o adam vətənini,xalqını,millətini,torpağını sevsin.Sevgisiz heç nə mümkün deyil..Sevgi olmayanda nifrət yaranır.Biganəlik,loyallıq,etinasızlıq,liberallıq hökm sürür.1918-ici ildə Şərqdə ilk dəfə o ağır dövrlərdə Azərbaycanda demokratik Cümhuriyyət yarananda çox çətin idi.Xarici müdaxilə,erməni təcavüzü ölkəni pis vəziyyətə gətirmişdi.Belə bir şəraitdə millətini,vətəninin azadlığını sevən qeyrətli oğullarımız sözün əsl mənasında mücadiləyə qalxdı.Hər şeydən əvvəl ilk öncə Səhiyyə və Himayədarlıq Nazirliyini iki müstəqil nazirliyə çevirib qaçqınlar problemi ilə məşğul olacaq müstəqil Himayədarlıq nazirliyini yaratdılar.Müharibə,ermənilərin təcavüzü,soyqırımları ölkədə evsiz-eşiksiz qalan on minlərlə adam var idi.Onlar yalnız dövlətin,o dövləti idarə edən insanların böyük sevgisi.qayğısı,göstərdikləri yardımla yaşayırdılar.Onda da, dövlətin pulu yox idi.Hələ büdcə formalaşmamışdı.Amma dövlət məmurlarının vətinimizə,insanlarımıza sonsuz sevgisi vardı,istəyi vardı və o istəklə,o sevgi ilə ölkəni idarə edirdilər...
Mən özüm Cəbrayıl rayonundan olduğumdan üzdə olan ziyalıların,məmurların,əksəriyyətini tanıyıram.Rayon İcra Hakimiyyətində elə adamlar var ki, 20-30 ildir eyni vəzifədə çalışırlar.Hətta onların arasında təqaüd yaşını keçmiş insanlar da var.Mən hesab etmirəm ki,onlar modern düşüncəli,təşəbüsskar,yaradıcı,yeniliyi sevən,qurub-yaratmaq əzmi ilə çalışan kadrlardır.Və həm də, heç o qənaətdə deyiləm ki,bunun üçün İcra Hakimiyyətində yaradıcı,sağlam mühit və şərait var. Əsla!...Bəlkə də bu fikirlərimə görə bəzi dostlarım və tanışlarım məni qınayarlar.
Ola bilər! Ancaq mən belə düşünmürəm.Məni kimsə,hansısa bir tanışımın yerlimin maraqları deyil,cəmiyyətinin,millətinin,ümumillikdə maraqları düşündürür.
Cəbrayıl rayon İcra Hakimiyyətində xoşagəlməz,acı təəssüf hissi doğuran məsələlərdən və bəlkə də mənbəyə çevirilmiş amillərdən biri də vəzifələrin vərəsə kimi bir-birinə ötürülməsidir.Bu çox pisdir.Bu çox qorxulu meyldir.Belə idarəçilikdə yenilik olmaz,uğur qazanmaq olmaz.Məsələn,deyək ki,atanın yerinə oğul təyin olunsa,o,heç şübhəsiz ki,atasının yolunu gedəcək.Burda formalaşmış ictimai şüura təsir göstərmək olmaz,yenilik yaratmaq olmaz.Yenilik nədir?Yenilik ilk öncə əyalət düşüncəsindən,əyalət mikromühitində formalaşmış dünyagörüşündən,baxışından və təfəkküründən ayrılmaqdır.Bu nədir?Məsələn deyək ki,atasının yerinə İcra nümayəndəsi təyin olunmuş oğul gördüyü,götürdüyü idarəçilik düçüncəsinə görə o,təyin olunduğu vəzifəyə pul mənbəyi,gəlir mənbəyi kimi baxacaq.Atasının getdiyi yolu gedecək.Onun başqa fikri,düşüncəsi müstəqil yaradıcılığı,idarəçiliyi ola bilməz.Çünki o,belə, görüb,belə öyrənib.Nəticədə isə sadə insanlar,yerli camaat əziyyət çəkə-çəkə təyinat düzgün olmayanda həmişə belə olar.Haqq-ədalət itir,maraqlar ön plana çəkilir.
Cəbrayıl rayon şöbəsində də, vəziyyət belədir.Burdakı neqativ hallar uzun müddət hüquq müdafiə orqanlarının diqqətini cəlb etmişdir.Təhsil şöbəsində vəzifələr bir əllə idarə olunur.Atanın yerinə oğul,bacının yerinə qardaş və digər qohumlar təyin edilir.İcra başçılarının loyal və himayədar münasibəti bu idarədə korrupsiya və rüşvətxorluq çiçəklənməsinə və daha geniş miqyas olmasına imkanlar yaratmışdır.Bu həm əvvəlki,həm də indiki İcra başçılarnın vaxtında baş vermişdir.Belə rüsvayçılıq və özbaşınalıq uzun müddət davam etmiş və nəhayət,Səbail istintaq idarəsi işə qarışandan və müəyyən anlaşmadan sonra şöbə müdiri Validə Həsənova tutuduğu vəzifədən bir müddət sonra azad edilmişdir.Düşünmək olardı ki,bundan sonra Cəbrayıl rayon təhsil şöbəsində hər şey qaydasına düşər.Amma belə olmadı.Verilmiş fürsətdən maksimun istifadə edən Validə Həsənova korrupsiya və rüşvətxorluqda zəngin təcrübə topladığından bu vəzifənin daha etibarlı əllərə ötürülməsinin fərqində idi.Odur ki, özünün yaxşı tanıdığı,bildiyi,təcrübəsinə,xarakterinə bələd olduğu və vaxtilə tabeliyində məktəb direktoru işləmiş Zamiq Qurbanovun Cəbrayıl rayon Təhsil şöbəsinin müdiri təyin edilməsinə nail oldu.Çünki Z.Qurbanov necə deyərlər Validə Həsənovanın "məktəbindən” keçmişdi.Burda maraqlı sual ortaya çıxır: Bəs nə yaxşı Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bir rayon rəhbəri olaraq V.Həsənovanı tanıya-tanıya onun himayə etdiyi adamı rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunmasına etiraz etməyib? Bəlkə bunun görünməyən tərəfləridə var? Mənim məqsədim keçmişdə olan məsələləri təftiş etmək deyil.Əsas fikrim odur ki,aradan müəyyən zaman keçsə də Rayon İcra Hakiyyətinin və onun başçısı K.Həsənov fəaliyyətində heç bir dəyişiklik və yenilik yoxdur.Görüntü xatirinə keçirilən görüşlər (təhsil və büdcədə işləyən insanlardan başqa heç kim ora dəvət olunmur.) aparılan qəbullar,təsadüfi və qeyri peşəkar adamların vəzifələrə götürülməsi,verilən vədlər bir sözlə köhnə adət və ənənələr hələ də olduğu kimi davam etməkdədir.Unutmaq olmaz ki,zaman,dövr dəyişilir.Dünən mənfur ermənilərin murdar ayaqları altında qalan müqqədəs torpaqlarımız minlərlə şəhidlərimizin canı hesabına azad olundu.Bu şəhidlər hansısa nazirin,yüksək vəzifəli şəxslərin,zəngin iş adamlarının övladları deyil,”belə işlər üçün büdcədə pul yoxdur.”cavabını alan və son ümidini itirən insanların uşaqlarıdır.Bu vətəndə,bu torpaq da onlarındır.Onları sevməyənlər bu vətəni, bu torpağı da sevə bilməzlər!Çünki onlar bu vətənə ,bu torpağa özlərinin gəlir mənbəyi kimi baxırlar.Yüksək vəzifəli,rəhbər işdə olan bəzi şəxslərin nəfsi,tamahkirliyi,acgöz-lüyü çox böyük təhlükələr yaradır.
Belə şəxslər bir ixtiyar sahibi kimi özləri nüfuzlarını itirib,daim gözükölgəli olurlar.Bunlar daha qorxulu olur.Belə vəzifə sahibləri yadelli düşmənlərdən daha qorxulu,daha amansız olurlar.Onlar insanların gözünə dik baxa bilmirlər.Allah millətimizi,xalqımızı,vətənimizi,torpağımızı belə vəzifəlilərimizdən qorusun. //DogruXeber.Az//
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024