Qaxın İlisu kəndində tarixi abidələr məhv olmaq üzrədir. Aidiyyəti qurumların diqqətsizliyi və məsuliyyətsizliyi ucbatından Azərbaycan tarixinin daşla hörülmüş səhifələri cırılıb atılır. İlusuda olan tarixi abidələrin durumu həqiqətən də ürəkağrıdıcıdır. Yüz illərin sınağından çıxmış abidlərin biganəlik, işbilməzlik və sevgisizlik səbəbindən üz qaraldan yox oluşuna şahid oluruq.
İlisunu əhatə edən dağların üstündə yerləşən “Şeyx Şamil”qalası, “Qala kompleksi” və“Ulu Məscid” tam dağılmaq üzrədir. Onlar guya maraqlı tarixi memarlıq abidələri kimi qorunur. Amma bu “qoruma” yalnız sözdədir. Mədəniyyət Nazirliyi (MN) tərəfindən abidələrin üzərinə vurulan hər hansı bir lövhəyə rast gəlinmir. Bilmək olmur ki, nazirlik bu lövhəni əziyyət çəkib gətirib vurmayıb, yoxsa həmin lövhə də abidələrin uçan divarları ilə birlikdə tarixə qovuşub.
Bəs illərin sınağından çıxmış tarixi abidələrimizə qarşı etinasızlığını səbəbi nədir?
Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov “Sherg.az”a açıqlamasında tarixi abidələrimizin məhv edilməsinin çox aktual bir mövzu olduğunu deyib. Onun sözlərinə görə, milli-mənəvi dəyərlərimizin günü-gündən yox olması çox ağrılıdır:
“2015 və 2020-ci illərdə Milli Məclisdə keçirilən seçkilərdə Qaxdan deputatlığa namizədliyimi verdiyim üçün bu məsələlərlə daha yaxından tanış olmuşam. Qax rayonu Azərbaycanın ən füsunkar təbiətə malik olmağı ilə yanaşı, həm də tarixi abidələri, qoruqları, qalaları, kilsələri və məscidləri ilə zəngin multikultural bir ölkədir. Təəssüf ki, Qax rayonunda tariximizi bu qədər əks etdirən abidələr hazırda yarıtmaz və bərbad vəziyyətdədir. Sanki bir etinasızlıq var. Bu da bir çox mənbədən qaynaqlanır. Qax rayon İcra Hakimiyyəti ümumiyyətlə, mədəniyyətə, milli –mənəvi dəyərlərə etinasız yanaşır. Digər tərəfdən Mədəniyyət və Turizm Nazirliyi də Qaxdakı milli abidələrə biganəlik göstərir. Son aylar aparılan islahatlar və həbslər bir daha göstərdi ki, Mədəniyyət Nazirliyi mədəniyyətdən başqa hər işlə məşğuldur. Sadalanan abidələr hələ bir neçəsidir ki, bərbad vəziyyətdədir. Bir neçə il bundan əvvəl Qaxda Hacı Muradın qəbri oğurlanıb aparılmışdı. Qaxdakı yerli qurumları etinasızlığı və diqqətsizliyidir ki, Hacı Murad kimi tarixi şəxsiyyətin məzarı oğurlanıb”.
Ə.Şahidov vurğulayıb ki, Qaxda bərbad vəziyyətdə olan çoxlu sayda məscidlər var:
“Müəyyən kilsələrin də təmir edilməsi lazımdır. İlisu, Sarıbaş və digər kəndlərdə çoxlu sayda tarixi abidələrimiz var. Həmin tarixi abidələr illərdir ki, diqqətsizlik və qayğısızlıq səbəbindən dağılmaq və yerlə yeksan olmaq üzrədir. Halbuki bu tarixi abidələrimizi təmir etdirib həm yerli, həm də əcnəbi turistlərin diqqətini cəlb edə bilərdik. Çünki turizm təkcə kafe, restoran, hotel konsepsiyasından ibarət deyil. Mədəni turizm deyə bir anlayış var. Bütün dünyada milyonlarla insan hər sezon tarixi abidələr olan yerlərə səfər edirlər. Təəssüf ki, Qaxın bu potensialından yetərincə istifadə edə bilmirik”.
Hüquq müdafiəçisi bildirib ki, Qaxdakı tarixi abidələrin məhv olmasının bir səbəbkarı var. O da yerli sturukturlardır:
“Qax rayon İcra Hakimiyyəti və Qaxın tarixi-mədəni abidələrinə nəzarət edən qurumlar günahkardır. Onlar öz üzərinə düşən missiyanı ümumiyyətlə yerinə yetirmirlər. Ona görə Qaxda bu sahədə vəziyyət olduqca acınacaqlıdır. Tarixi abidələr, qoruqlar, qalalar, minillik tariximizi əks etdirən nişanələr artıq silinmək üzrədir”.
Ə.Şahidov qeyd edib ki, Qaxdakı bir çox kəndlərdə məscidlərdən tövlə və anbar kimi istifadə olunur:
“İslam ölkəsində bu yanaşma Allahsızlıqdan başqa bir şey deyil. İnanıram ki, ölkə rəhbərliyi Qaxdakı durumla bağlı hadisəni qısa müddətdə şəxsi nəzarətinə götürəcək. 2015-ci ildə deputatlığa namizəd olarkən Qaxdakı kəndləri bir-bir gəzirdim, tarixi abidələrlə, məscidlərlə, kilsələrlə tanış olurdum. O zamanlar da eyni vəziyyət idi.
Bu ilin fevral ayında da Parlamentə seçkilər zamanı daha bərbad mənzərə ilə üz-üzə gəldim. Dəfələrlə müraciət edib məsələni qaldırsaq da, Qax rayon İcra Hakimiyyətinin başçısı bu sahədə heç bir addım atmır”.
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024