Region (24-11-2020, 14:26)
Gəncədə əlilin başına kimlər oyun açır? - GİLEY


2020-ci ilin iyul ayında isə onun əmək pensiyası heç bir xəbərdarlıq edilmədən dayandırılıb. Bununla bağlı, Vahid Usubov Gəncə şəhər DSMF-nə müraciət edib. Oradan ona bildirirlər ki, onun pensiyası nazirlik tərəfindən dayandırılıb və o, Gəncə şəhər TSEK-nə müraciət etməlidir. TSEK-dən isə Vahid Usuvoba məlumat veriblər ki, onun 2017-ci ildə əlillik dərəcəsinin dəyişdirilməsi ilə bağlı etdiyi müraciətə görə problem yaranıb.
Vahid Usubov məcbur olub Bakı şəhərinə, ƏƏSMM Nazirliyə və Mərkəzi TSEK-ə gedib. Məlum olub ki, şübhəli əlillik pensiyalarının monitorinqi zamanı onun əlilliyi də səhfən bu qara siyahıya düşüb. Ona bu məsələnin tezliklə düzələcəyini bildirsələr də, artıq 5 aydır ki, Vahid Usubov pensiyasını ala bilmir. O, bununla bağlı, bir neçə dəfə yenidən Bakı şəhərinə qayıdaraq, Mərkəzi TSEK-ə müraciət edib.
Vahid Usubov sonuncu dəfə Travmatologoya İnstitutunda müayinə olunub, tibbi arayışı Mərkəzi TSEK-ə təqdim etsə də, hələ də pensiya ilə bağlı problemi həll olunmayıb.
Nəticədə, Vahid Usubov müalicə olunmaqda və dərmanlarını almaqda çətinlik çəkir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025