Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (2-09-2014, 10:34)
“Şükür mərdliyim, kişiliyim, qeyrətim yerində... “


Şəhriyar: “Onların öz kişiliklərində şübhələri var ki...”

 

Efirə gəlməsi deyərdim ki, tam bir təsadüf oldu. Bəlkədə nə vaxtsa realiti şou iştirakçısından aparıcıya çevrilməsi özünün belə ağlına gəlməzdi. Amma necə deyərlər insanın bəzən ağlına gəlməyən başına gəlir. Həmsöhbətimiz də belələrindəndir. Efirə gəlişi onu məşhurlaşdırdı. "ATV səhər”, "Böyük səhnə” və nəhayət ki, "Bığ şou”  ona tamaşaçı sevgisi qazandırdı. Yəqin artıq həmsöhbətimizin kim olduğunu bildiniz. Bu gün doğum gününü qeyd edən tele-aparıcı  Şəhriyar Əbilov  ömrünün 36 səhifəlik "kitab”ını Movqe.az-da vərəqlədi.  
- Gözəllik dəlisi Şəhriyar Əbilov...
-  (gülür-red) Elə bir insan yoxdur ki, gözəlliyi sevməsin. İnsan birinci gözü ilə görür, sonra ürəyi ilə istəyir. Gözə nə qədər gözəl şeylər deysə insanın o zaman əhvalı da gözəl olur, işləri də yolunda gedir. Mən hər şeyi gözəl görməyi xoşlayıram. Mənimlə olan hər şey gözəl olmalıdır. Bu o demək deyil ki, yanımda gözəl xanım olmalıdır. Bəlkə onun ürəyi gözəl olacaq. Bu da bəsdi. Əsas odur ki, həmin gözəl sözü orada mütləq olsun.
-  Bəs bu gün yanınızda ya özü, ya ürəyinin gözəlliyinə görə sevib, seçdiyiniz xanım varmı ?
-  8 ildir ki, sevdiyim xanım yoxdu.
-  Amma bir dəfə nişanlı olmusunuz.
-  Bəli. Bir dəfə nişanlı olmuşam, ikinci dəfə isə artıq nişanlanmağa tam hazır olmuşam. Hər ikisində bir an gəlib çatıb ki, demişik alınmayacaq. Amma bir söz deyim ki, hər ikisində günahkar mən olmamışam.
-  Bütün kişilərin dediyi sözlər... Nə yaxşı, sığortalanırsız beləcə.
- Yox-yox, tam səmimiyəm. Birincidə daha sərt şəkildə ayrıldıq. Qərarı mən verdim.İkinci də isə hər ikimiz qərar verdik ki, gəl dost qalaq. Axı biz dost qalanda daha yaxşı idi, hər şey. Düşündük ki, bu sevgi deyil. Məncə sevgisiz ailə ola bilməz.
 
-  Şəhriyar Əbilov üçün qarşısındakı insan nə etməlidir ki, o həmin şəxslə münasibəti bitirsin ?
-  Xəyanət, yalan. Birinci münasibətimi 2005-ci ildə yalan, ikinci də isə sevgi olmadığını hiss etdik. Bilirsiniz Əfruzə, artıq 35 yaşım var. Ciddi ailə qurmaq üçün artıq bir az qorxaq olmuşam.
- Sizcə gecikməmisiniz ki ?
- Mənim fikrimcə gecikirəm. Çoxları düşünür Şəhriyar evlənmək istəmir, sərbəstlik istəyir. Yox. Hələ də axtarıram, həmişə də axtarmışam. İstədiyimi tapmamışam. Mən bir xanımla oturanda, gözlərinin içinə baxan kimi bilirəm ki, bu qız mənim uşaqlarımın anası ola bilər, ya yox. Fikirləşirəm ki, iki gün mən Azərbaycanda olmasam o qız mənə sadiqliyi qoruyub, saxalyar, yoxsa elə həmin gün xəyanət edər? Bu hiss də məni ailə qurmaqdan qorxudur.
- Zövqünüzdə olan xanım necə olmalıdır ?
- Qabaq sarışın xanımları daha çox bəyənirdim. Sonra başa düşdüm boş şeydi. Əsas ürəyi gözəl olsun. Sadəcə cazibəli xanım olsun. Rəssam xanımları daha çox sevirəm. 50 faiz gözəllik, 50 faiz daxili aləm.
 
- "Qəfəs” realiti şou sizə yaman düşərli oldu. Ondan sonra ATV-yə gəldiniz və bu gün tanınmış aparıcılardan birisiniz.
-  Hə, "Qəfəs”dən sonra ATV-yə gəldim. Uşaqlıqda aktyor olmaq istəyirdim. Sonra evdəkilərin xahişi ilə Beynəlxalq Universitetə girdim, hüquqşünas oldum. Amma sonra gördüm alınmır, insan gərək öz istəyi ilə harasa daxil olsun, sevdiyi peşənin peşəkarı olsun. Universitetdən qaçıb, otururdum Malakan bağında. İncəsənət Universitetinin filialı var idi, orada Vaqif Gərəyzadənin dərslərində. 4 il mən ora gedib, gəldim. Hamı da elə bilirdi mən İncəsənət Universitetini oxudum, bitirdim. Öz universitetimi unutmuşdum, yalnız illiyini aparıb, verirdim. Sonra da əsgərlik. Daha sonra dənizdə işə düzəldim, neft çıxarırdım. Mühafizəçi, daha sonra isə satıcı işlədim.
-  Satıcı olan zaman gəlmişdiniz "Qəfəs”ə səhv eləmirəmsə...
- Hə, dostuma dedim sən 1 saatlıq məni əvəz elə. Gedim kastinqə gəlirəm. O qədər model oğlan, qızlar var idi. Dedim şansım yoxdu. Mühafizəçiyə yaxınlaşdım. Dedim məni içəri sal da, işdən icazə almışam, qardaşımsan. Dedi iki şirvan. Dedim cibimdə beş məmmədim var, verim. Cüzdanın ağzını açan kimi mühafizəçi cüzdanı götürdü dedi keç. Amma içimdə hiss var idi ki, alınmalıdır.
- "Qəfəs”də sevdiz də...Şou idi yoxsa həqiqətən qızı bəyənmişdiniz?
- Özüm Yasamal uşağı idim. Birinci "Qəfəs”ə baxanda deyirdim ki, a bunlara baxe, yeke kişisiz adam da "Qəfəs”də qız sevər. Amma gəlib özüm düşdüm və həqiqətən də özüməuyğun qız tapdım. Renıçka çox xoşuma gəldi, həm ağıllı idi, həm zarafatçıl. Amma o Cavidi sevirdi. Məhəbbət üçbucağı yarandı aramızda. Ancaq mən sonda bildim ki, onlarda qarşılıqlı sevgidir. Mən sonra canlı yayımda da dedim ki, Rənadan xoşum gəlib, amma bura elə yer deyil ki, burada qız sevəsən. Sözümü dedim. Bir səhv idi. Cavidlə Rəna da indi sadəcə dost qaldılar.
-  Peşəkar aparıcısınız?
- Hələki öyrənirəm. Peşəkarlığa gedən yoldayam. Bir il ərzində necə peşəkar olmaq olar?!
-  Komplekssizsiniz, ya elə görünməyə çalışırsınız?
-  Hər insanın kompleksi olur. Sadəcə mən digər həmkarlarımdan fərqlənməyə çalışıram. Mən tamaşaçı ilə dost oluram. Qoy, onlar elə bilsin ki, mən onların tanışıyam, dostuyam. Bu dəqiqə kameranın işığı yansa mən necəyəm elə də olacam. Eyni adamam çünki. Olduğun kimi olmalısan. Bunu bacarsan uğurlu aparıcı olacaqsan.
- "Bığ şou” birmənalı qarşılanmır. Hətta bəzi tamaşaçılar, həmkarlarınız çox şit, səviyyəsiz şou kimi qəbul edirlər,  verlişinizi tənqid edirlər. Şəhriyar Əbilovun o kəslərə cavabı nə olur ?
- Bəzi həmkarlarımız hətta deyirlər o nə şoudu bambılı şousudur. Xəbərim var.  Baxmayaraq ki, onlar bizdən daha çox bambılılıq edirlər. Biz yeni nəsə təqdim etmək istədik. Formatdan çıxdıq. Yeni bir şey gətirəndə brend olur, "kopya”lamağa nə var ki?
- "Bığ” şou brenddi ?
- "Bığ” şou brend olmasa da, bığ brenddir (gülür-red). "Bığ” mənim brendimdir. Bu yaxında belə bir prodakşınım da olacaq.
-  Hər kəsə fərqli süjetlər çəkirsiniz. Cavid bacarmır, ya özünə yaraşdırmır?
- Bacarır, sadəcə Cavid istəmir oynamaq.
 
-  Deməli özünə yaraşdırmır?
-  Ola bilər. Mən fikirləşmirəm ki, kimsə baxıb deyəcək bambılıdır. Sadəcə obraz canlandırırırq. Aktyorun ən uca zirvəsi kloun rolunda oynamaqdır.
- Şəhriyar Əbilov bu gün toylara necəyə gedir?
-  Min manata bütün toyu aparırıam.
 
-  Niyə belə ucuz ? Artıq vermirlər yoxsa...
- Sadəcə əl çatan olmaq istəyirəm.
-  Aya neçə toy olur?
-  3, 5, 7 olur da...
-  Gəliriniz təkcə aparıcılıqdandı?
-  Aparıcılıq, üstəgəl özüm prodakşn da açıram. Həm də restoran biznesinə də qoşulmuşam, buradan da gəlirim var.
- Yaxşı, kimi verlişinizə heç çağırmazsınız?
- Qabaq var idi belə düşüncəm. Ancaq indi yox. Məncə kimi gəldi çağırmaq lazımdı.
 
- Bəs əvvəllər kimi düşünürdüz ki, heç çağırmazsınız, indi fikriniz dəyişdi ?
-  (gülür-red) Xeyri yoxdu. Siz məndən söz almaq istəyirsiniz, amma alınmayacaq, mən özüm diplomatam. Mən bəzi müğənnilər kimi deyiləm ki, səhvi buraxım sonra deyim ki, vay bilirsiniz mən bunu demək istəmirdim. Var elə insanlar.
-  Qorxursunuz ad çəkməyə?
- Yox sadəcə heç kimlə pis olmaq istəmirəm.
- Səhnədə olan kişi müğənnilər, aparıcılar saçlarına, qaşlarına əl gəzdirirlər. Buna münasibətiniz.
- Normal. Özüm də edirəm. Səhnə adamı çox səliqəli olmalıdır. Onsuzda bizi efir öncəsi qrim edirlər. Qrim olunuruqsa deməli bizim üz, gözümüzə əl gəzdirillər. Özünü bomba aparan bəzi oğlanlar bizə lağ edirlər. Amma demək istəyirəm ki, onların öz kişiliklərində şübhələri var ki, başqalarında səhv axtarırlar. Mənim kişiliyimə söz ola bilməz. Dostlarımız yaxşı tanıyır məni, necə oğlanam. Şükür mərdliyim, kişiliyim, qeyrətim yerində... Artıq söz danışmasınlar.
- "Bığ” şoudakı kimi, sonuncu sualım. Cavid yoxsa Şəhiyar? Ən çox kimə görə, baxırlar "Bığ” şouya?

 

-  (gülür-red) Bizim fərqli tamaşaçı kütlələrimiz var. Ona da deyirlər səni sevirik, mənə də. Əsas "Bığ” şouya tamaşaçılarımız baxsınlar.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024