Region (16-07-2020, 13:21)
Füzulililər daim dövlətimiz və ordumuzla birlikdədir.

Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər bir döyüşə, hər bir vuruşa hazır olmalıyıq.
Heydər Əliyev.
Bildiyimiz kimi, iyul ayının 12-də cəbhənin Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən növbəti təxribat hadisəsi törədilmişdir. Təmas xəttinə yaxın yerləşən kəndlərimiz atəşə tutulmuş, dinc əhaliyə, mülki sakinlərə ciddi ziyan dəymişdir. Dərhal adekvat tədbirlər həyata keçirilmiş və düşmən bu dəfə də öz layiqli cavabını almışdır. Həm hərbi texnika, həm də canlı qüvvə baxımından böyük itkilər verən erməni təxribatçıları geri çəkilməyə məcbur olmuşlar.
Həm təəssüf, həm də qürur hissi ilə bildiririk ki, baş verən döyüşlərdə bu dəfə də şəhidlərimiz, itkilərimiz oldu. Torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda canından keçməyə hazır olan qəhrəman müdafiəçilərimiz növbəti dəfə şəhidlik zirvəsini fəth etdilər.
Son 3 gündə cəbhədə baş verən hadisələr Azərbaycan ordusunun öz torpaqlarını qorumaq gücündə, Azərbaycan dövlətinin isə öz ordusu və xalqı ilə sıx vəhdətdə olduğunu bir daha sübut etdi.
Bildiyimiz kimi Azərbaycan ordusunun iki mühüm qələbəsi olan – “Horadiz əməliyyatı” və “Aprel Zəfəri” məhz Füzuli istsiqamətində reallaşıb, Füzuli torpaqlarında qazanılıb. Ulu Öndər Heydər Əliyevin “ qəhrəman camaat ” adlandırdığı füzulililər müharibənin ağrı- acısını dadmış, yurd itkisinin niskilini yaşamış, şəhid, itkin verməyin, əsir düşməyin ağırlığını öz çiyinlərində daşımağı bacarmışlar.
Bütün bunlarla yanaşı qələbələrimizdə öz payı olan füzulililər daim dövlətə və dövlətçiliyə sadiq olmuş, həmişə dövlətimiz və ordumuzla sıx birlik nümayiş etdirmişlər. Eyni zamanda hər zaman dövlətimizin diqqət və qayğısını yaxından hiss etmiş, cəbhə bölgəsində yaşamağımıza baxmayaraq, daim arxayınlıq, əminlik, rahtlıq, güvən və etibar əhatəsində olmuşuq. Prezident cənab İlham Əliyevin “ Ermənistanın paytaxtı İrəvandan daha abad, daha gözəl şəhər” adlandırdığı Horadiz bu gün düşmənlə üz –üzə olmasına baxmayaraq infrastruktur layihələri, təmizliyi, yaşıllığı, abadlığı ilə göz oxşayır. Rayonun işğaldan azad edilmiş ərazilərində həm dövlətimiz, həm də Heydər Əliyev Fondu tərəfindən görülən işlər, yaradılan şərait füzulililərə olan diqqətin və qayğının nəticəsidir. Bütün füzulililər adından bu göstərilən diqqətə və qayğıya görə həm ölkə başçımız cənab İlham Əliyevə, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımızı bildiririk.
Bu gün biz füzulililər bir daha öz dövlətimiz və öz ordumuzla birlikdə olduğumuzu qətiyyətlə bəyan edirik. Lazım gələrsə, torpaqlarımızın işğaldan azad edilməsində hər birimiz bir əsgər olaraq döyüşlərə atılmağa, müqəddəs torpaqlarımızın hər qarışı üçün canımızdan belə keçməyə hazırıq. Bir sözlə füzulililər daim dövlətimiz və ordumuzla birlikdədir!.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
13 07 2025
13 07 2025
13 07 2025
13 07 2025
13 07 2025
13 07 2025