Region (1-04-2020, 12:07)
Nazim İsmayılov camaatı Allahın ümidinə buraxıb... - Görünəni budur...
Hal-hazırda ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması yöndə ciddi tədbirlər görülməkdədir.
Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) elan edilməsi səbəbindən, yaşı 65-dən yuxarı olan insanların evdən çıxmaları qadağan olunb. Bu yöndə atılan addımın əsas məqsədi, məhz koronavirus infeksiyasına yoluxma riski yüksək olan insanların pandemiyadan qorunması məqsədinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər olunmaqla gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha yaşayan insanlara evlərində gündəlik sosial xidmətlər göstərirlər. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində tədbirlərindən bəhs edərkən, dövlətimizin başçısı xüsusilə yaşlı insanların qorunmalı olduğunu qeyd edib, onların yaşadıqları yerlərdə xidmətlər göstərilməsini tapşırıb, könüllülərimizin də bu işlərə qoşulmalı olduqlarını bildirib.
Respublikamızın bir çox ərazilərində bu yöndə lazımi addımlar atılsa da, hal-hazırda Saatlı rayan mərkəzində vəziyyət daha acınacaqlı durumdadır. Belə ki, rayonun mərkəzi hissələrində fəaliyyət göstərən aptektlərdə “maska” və spirt tapmaq olduqca müşkül məsələyə çevrilib. Telekommmunikasiya Qovşağının ön hissəsi rayonun mərkəzi ərazilərindən biri hesab olunur. Bu ərazidə sakinlər hər gün on-on, iyirimi-iyirimi bir yerə toplaşıb söhbət etsələr də, hansısa dövlət qurumlarında çalışan və xüsusi karantin rejiminin tələblərinə cavabdehlik daşıyan şəxslər bununla bağlı heç bir tədbir görmürlər. Daha faciəli halın varlığı isə, rayon ərazisindəki dövlət qurumlarına məxsus “Qaynar xətt”lərə bir kimsənin cavab verməməsidir.
Bir sözlə, bu gün Saatlı rayonu ərazisində genişmiqyaslı tədbirlərin keçirilməsi, ərazilərin sanitar vəziyyətinin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi, koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin və yoluxma hallarının qarşısının alınması, idarə, müəssisə, təşkilat və təhsil müəssisələrində, fərdi yaşayış evlərinin ərazilərində, yaşayış və qeyri-yaşayış binalarında tibbi-profilaktik, dezinfeksiyaedici, qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi və s. yöndə addımların atılması, heç də ürəkaçan deyil. Sözsüz ki, vəziyyətin belə bir duruma düşməsində əsas məsulyyət yükü rayon rəhbərliyinin üzərinə düşür. Bəlkə də, bu yazının yayımlanmasından sonra Saatlı rayon rəhbərliyi hərəkətə keçdi və problemlərin aradan qaldırılmasına çalışdı. Odur ki, həm gözləyək, həm də...

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024