Cəmiyyət (30-03-2020, 15:51)
Koronavirusa görə Daxili Qoşunlar Bakı küçələrinə çıxarıldı - RƏSMİ AÇIQLAMA

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Mediatv.az-a açıqlamasında bildirib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, vətəndaşların təhlükəsizliyini təmin etmək, məhdudlaşdırma tədbirlərini tam və hərtərəfli yerinə yetirmək üçün bu addım atılıb:
“Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə bütün paytaxt ərazilərində xidmət aparacaq”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb.
Məlumata əsasən, 29 mart, saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.
Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025