Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (30-08-2014, 11:40)
“İstedadlı adam heç vaxt işsiz qalmır“

Ramiz Novruz: "Bu mövsüm gərgin yaradıcı işlərim olacaq"

 

Xalq artisti Ramiz Novruzun gələn il 60 yaşı tamam olacaq. O, 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcmli və mürəkkəb xarakterli rollar tapşırılıb. Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 1998-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülüb. R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. Aktyor “Nizami” filmində Dərbənd elçisi, “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov və s. rollara çəkilib. Deyir, ciddi kinoda sonuncu işi “Cavad xan” filmində olub. 
Həm rejissor, həm aktyor olacaq
“Teatrda yeni mövsüm başlayır. Bu mövsüm gərgin yaradıcı işlərim olacaq. Belə ki, mənə məsuliyyətli bir iş tapşırılıb. Məni bu il yalnız aktyor kimi deyil rejissor kimi də görə biləcəklər. Belə ki, ötən mövsümün sonunda teatrın rəhbərliyi mənə yeni tamaşa hazırlamaq üçün şərait yaradıb. Bu işdə Mədəniyyət və Turizm Nazirliyi mənə etimad göstərib. Ümid edirəm ki, onların bu etimadını doğruldacam, tamaşaçıların da bəyənəcəyi bir tamaşa hazırlayacam. O ki, qaldı pyesə...Pyesi özüm seçdim. Rejissor kimi ilk işim olduğuna görə rahat hazırlaya biləcəyim bir əsər götürmüşəm. Bu Eduard de Filippin “Silindr” adlı əsəridir. Komediya janrındadır və müəllif rejissorun işini asanlaşdıraraq bütün detalları incəliyinə kimi əsərdə qeyd edib. Bu da Flippin özünün əvvəllər aktyor olmasından irəli gəlir. 
 
Rejissorluğa keçirsiniz?
“Yox. Hazırda teatrda kifayət qədər maraqlı 6 tamaşada oynayıram. Və mənə toxunan, oynayanda ləzzət aldığım rollardır. Tamaşanı hazırlamağı mənə həvalə etmələri onların mənə göstərdikləri etimaddır. Amma bu o demək deyil ki, aktyorluqdan uzaqlaşıram. Bir aktyorun da tamaşa hazırlaması çox normaldır. Ölkəmizdə də, dünyada da belə təcrübələr yetərincədir. Mənim üçün rejissorluq böyük və çətin peşədir. İllər öncə də bu sahədə özümü sınamaq istəmişəm. Sadəcə buna cəsarətim çatmayıb. Bir də bilirsinizmi, bu işi öhdəmə götürəndə aktyor dostlarımdan böyük dəstək gördüm. Onlar mənə ruh verdilər. “Silindr”də “Azdrama”nın istedadlı aktyorlarından çoxu rol alır. Bunların içərisində Münəvvər Əliyeva, Dilarə Nəzərova, Kazım Abdullayev, Əjdər Həmidov, Şəhla Əliyeva, Anar Heybətov və başqaları. Onu da deyim ki, Nadir şah obrazını “Azdrama”nın səhnəsində mən oynayacam”.  
 
Novruzovun Nadiri
“Roluma məsuliyyətlə yanaşıram. Tarixi qəhrəman haqda çap olunan materiallarla tanış oluram. Nadir şahın şəxsiyyəti, davranışı, verdiyi qərarlardakı mövqeyi yəni bir sözlə bu insanla bağlı ciddi araşdırmalar aparıram ki, yaradacağım obraz mükəmməl olsun. Zarafat deyil, Azərbaycan teatr səhnəsinə Nadir şah gəlir. Məşqlərimizi ötən mövsümdən başlamışıq. Ötən mövsüm teatrdan bir gözləntim var idi. Sadəcə tamaşanın hazırlanması bir balaca təxirə düşdüyündən Kral Lir obrazını da canlandıra bilmədim. Ümid edirəm ki, bu mövsüm tamaşa hazırlanacaq”. 
 
“Dava etmək lazım deyil”
“Ötən mövsüm Akademik Milli Dram Teatrının adı çox söz-söhbətlərdə hallandı. Sizi inandırıram ki, teatrın aktyorlarının əksər faizinin bundan xəbəri yoxdur. Söz söhbət yayıldı ki, guya Akademik Dram Teatrının yaşlı nəsli gənclərə mane olur. Qurana, and içirəm ki, “Azdrama”da elə bir şey yoxdur. Son 5-6 ildə teatra ən çox cəlb olunan gənclərdir. Teatrda studiya açılıb, başqa teatrlardan istedadlı cavanlar cəlb olunub.  Gənc rejissorlar burada tamaşa hazırlayıblar. Biz onlara şərait yaradırıq ki, oynasınlar, tamaşa hazırlasınlar. Gənclər teatra gəlməlidir, özlərinə uyğun rollar oynamalıdırlar. Çünki mənim Romeo oynayan vaxtım deyil. Bütün bu prosesin içində elə cavanlar var ki, onları teatrın  qapıdan içəri buraxmaq olmaz. Elə aktyorlar var ki, rol oynaya bilmirlər, çünki rejissorlar onların rola uyğun gəlmədiyini düşünür və rol vermirlər. Mənim üçün bir gerçəklik var, istedadlı adam heç vaxt işsiz, rolsuz qalmır. Bəli, aktyor ürəyində fikirləşə bilər ki, filan rolu mənə versəydilər yaxşı olardı. Bəziləri iddia edir ki, niyə mükafatı eyni xalq artistləri alır? Mükafatı aktyorlara Azərbaycan teatr sənətindəki xidmətlərinə görə verirlər. Cavanlar da bu mükafatı alırdılar, sadəcə bu il adları düşməyib. Bu il çıxardıblar, gələn il yenə salarlar. Ümumiyyətlə, bu mükafatı almayan, ancaq 200-300 manat mükafat alan aktyorlar var. İndi onlar nə etsinlər? Fərdi mükafatdır, Prezident, nazirlik kimi görür, bəyənir onlara verilir. Bunun üçün dava etmək lazım deyil”. 
“Pərvanələrin rəqsi”, “Sonuncu fəsil”
“Sevinirəm ki, seriallarda rejissor Rövşən İsaxla işləmişəm. Onunla iki sevilən serial “Pərvanələrin rəqsi” və “Sonuncu fəsil” də çalışdım. İkisi də ürəyimcə olan rollar idi. Rövşən İsax işinə çox məsuliyyət yanaşan biridir. Ciddi iş ortaya qoya bildiyimizə çox şadam. İndi seriallardan təkliflər var. Qaldı ki, filmlərə...Şəxsi studiyalarda çəkilən filmlərə dəvət edirlər, amma ürəyimcə olmadığına görə qəbul etməmişəm. Kinoda ən son ciddi işim “Cavad xan” filmində Sisianov olub”. 
“Övladlarıma mane olmamışam”

 

“İki oğlum, bir qızım var. Oğlumun biri televiziyada texniki sahədə çalışır, digəri müğənnidir. Qızım isə Bakıda tanınan saç ustalarından biridir. Övladlarıma hər zaman məsləhətim bu olub ki, yaxşı bacardıqları işlə məşğul olsunlar. Onlara sənət seçimindən mane olmamışam, amma məsləhət vermişəm”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024