Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (10-04-2014, 14:15)
Nazirdən Anarın əsərinə - Qadağa

Nazirdən Anarın əsərinə - Qadağa

Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın “Səhra yuxuları” əsərinin səhnələşdirilməsinə qadağa qoyulub. 

Bu barədə AzNews.az-a məlumat verən mənbə bildirir ki, sözügedən əsər vaxtiylə Akademik Dram Teatrının səhnəsində oynanılıb. Amma bir-iki tamaşadan sonra bu əsər repertuardan çıxarılıb. Mənbə deyir ki, otən il həmin əsərə rejissor Rövşən Almuradlı quruluş vermək istəsə də buna mane olublar. Xəbərə görə, rejissor bununla bağlı Akademik Dram Teatrının direktoru İsrafil İsrafilovla görüşüb. O, “Səhra yuxuları” na quruluş vermək istədiyini bildirsə də sözügedən teatrın direktorundan “yox” cavabı alıb. Mənbə onu da əlavə edib ki, Anarın özü “Səhra yuxuları” əsərinin hazırlanmasında maraqlı olub. Bununla bağlı “Azdrama”nın rəhbərliyinin qadağasını eşidincə, İ.İsrafilova əsəbiləşib. Bundan sonra Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib, amma nəticə dəyişməyib. Bundan sonra məlum olub ki, qadağa İ.İsrafilovun şəxsi münasibəti ilə bağlı deyil. 

Məsələ ilə bağlı AzNews.az-ın sullarını cavablandıran Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov xəbəri dolayısıyla olsa da təsdiqlədi. Onun dediklərini olduğu kimi təqdim edirik: “Teatrın repertuar planı və həm də siyasəti var. Əgər hər rejissor istədiyi əsərə quruluş versə və buna görə teatra gəlsə, onda ən azı repertuarda 20 tamaşa qoyular. Bu da mümkünsüzdür. Təbii ki, hər rejissor bir tamaşa qoymaq istəyir. Hər istək həyata keçsə, teatrda hərc-mərcilik olur ki... Mən bütün rejissorlarla, dramaturqlarla söhbət edirəm. Rövşən Almuradlı ilə də bu barədə söhbət etdik. Onlara bir daha xatırlatdım ki, teatrda hər hansı bir əsərin quruluş verilməsinə, Mədəniyyət və Turizm Nazirliyi icazə verməlidir. Yəni bunlar dövlət sifarişi səviyyəsində olur”. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024