Məsələ burasındadır ki, Şəkilyevlərin tender şirkətinin qanuni təmsilçisi Qurbanov Elşən Şövkət oğlunun adı həm də Qax rayonu üzrə “DOST İş Mərkəzi” MMC-dən əməkhaqqı alan ictimai işçilərin siyahısındadır. Yəni maaş kartı icra başçısının cibində olan yüzlərlə “ölü canlar”dan biri…
Şəmsəddin Xanbabayevin cibinə qoyduğu maaş kartlarını xatırladınızmı?”

Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin yazdıqlarından belə məlum olur ki, Qax rayonunun icra başçısı Musa Şəkiliyev indiyə kimi dövlət büdcəsindən Qaxa ayrılmış vəsaiti özünə yaxın şəxsin adı ilə mənimsəyib.
Qax.org.az saytı Qax rayonu İcra Hakimiyyətinin rəsmi mövqeyini dərc etməyə hazırdır.
