Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (29-11-2019, 10:04)
"Onun da işdən çıxarılacağını gözləyirdik"

Modern.az saytı İmişli rayon İcra Hakimiyətinin icra başçısı Vilyam Hacıyevlə bağlı sözügedən rayonun ayrı-ayrı tanınmış simalarının fikirlərini işıqlandırıb. DİA.AZ bildirir ki, ilk öncə deputatların fikirlərinə yer verilib. Təbii ki, onlar rayonun icra başçısının ünvanına tərif yağdırmalıdırlar və yağdırıblar. Biz isə sözügedən saytın təqdim etdiyi və reallığı daha yaxşı əks etdirən digər rəyləri işıqlandırırıq.

Azərbaycan Demokrat Partiyasının (ADP) İmişli rayon üzrə təşkilat sədri Məhbub Zülfüqarlı:

“Vilyam Hacıyevin mənfi xüsusiyyətləri də böyükdür, müsbət də. Bu yaxınlarda bir məsələyə görə mən həbs edildim. Mən əvvəl elə zənn edirdim ki, bu işin arxasında Vilyam Hacıyev də var, lakin sonradan öyrəndim ki, icra başçısının məni tutduran bəzi oliqarxlara gücü çatmayıb. Bu yaxınlarda iştirakçıları 150 nəfərdən çox olan mitinq tşkil olunub. Mitinqçilərin tələbi xəyanət üstündə öldürülən bir xanımın qatillərinin əl-qollarını sallayaraq, çöldə rahat gəzməsiylə bağlı idi. Belə ki, mitinq iştiraşçıları qətli törədənlərin həbs olunmasını tələb edirdi. İştirakçılar hamısı həbs olunacaqdı, mən gələndən sonra Vilyam müəllimə iradımı bildirib “belə çıxır ki, mən gəlməsəydim bu 150 nəfər tutulacaqdı?”-deyə, sual verdim”.

Məhbub Zülfüqarlı qeyd edib ki, İmişlidə indiyə qədər 4 qətl hadisəsi olub, lakin öldürülənlərin hamısı kasıb olub deyə, qatilləri həbsdən azad olunublar:

“İmişlinin vəzifədə oturanlarının hamısı oğurluq işlərlə məşğuldur. Vilyam Hacıyev istəsəydi bu məsələ ilə bağlı prezidentə xəbər çatdırar və bir tədbir görərdi. Bundan əlavə, qeyd edim ki, İmişlinin Heydər Əliyev adına parkı özəlləşdirilib. Mən müxalifətçi və siyasi məhbus olsam da, Heydər Əliyevə qarşı müsbət fikirdəyəm. Ona görə ki, Əbülfəz Elçibəy özü də uyğun bilməsəydi, Heydər Əliyevi hakimiyyətə dəvət etməzdi.

Rayonun su problemi həll olunub, amma o qədər çirklidir ki, biz onu laboratoriyaya verdik. O suyu içmək faciədir. Az sayda kənd qalıb ki, qazla təmin olunmasın”.

Redaktor.az saytının baş redaktoru Eldəniz Vəliyev:

“Mən indiyə qədər İmişli rayonunda Vilyam Hacıyevdən zəif başçı görmədim. O, rayona gələn kimi mərkəzi küçədən başlayaraq indiki Heydər Əliyev küçəsində yaşayan vətəndaşların gül kimi qapılarını zorla çıxartdıraraq, hardansa baha qiymətə "silinmiş" taxta qapıları yerləşdirdi. Yollar, səkilər bərbad vəziyyətə düşdü, onlarla iri ağacı kəsdirdi. Yəni rayonumuz hazırda zəif dövrünü yaşayır. Açığı, vəzifədən uzaqlaşdırılan icra başçıları sırasında Vilyam Hacıyevin də adının olacağını gözləsəm də, təəssüf ki, bu baş vermədi”.

Eldəniz Vəliyev qeyd edib ki, rayonun kanalizasiya sistemində ciddi problemlər var:

“Bir ara bu istiqamətdə işlər intensivləşsə də, sonradan müxtəlif səbəblərdən ləngimələr baş verdi. Normadan bir qədər artıq yağıntılar olanda, insanların yaşadığı evlərin zirzəmisi suyun içində olur. Mavi qazın təzyiqində də mütəmadi olaraq problemlər yaşanır. Təhsil ocaqlarının vəziyyətinə gəlincə, ümumilikdə bu sahədəki vəziyyətə Heydər Əliyev Fondunun xüsusi diqqəti var. Əgər hansısa məktəbdə əsaslı təmir işləri aparılıbsa və ya yeni məktəb binaları inşa olunubsa, bunun İcra hakimiyyətinə heç bir aidiyyəti yoxdur. Rayonumuzda vətəndaşların asudə vaxtlarını səmərəli keçirmələri üçün, mədəniyyət mərkəzlərinin şəraiti ürəkaçan səviyyədə deyil. Bir sözlə, Vilyam Hacıyev özündən əvvəlki başçıların dünyadan köçənlərinə rəhmət oxutdurur”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024