Region / Slayd (28-11-2019, 10:58)
Ağsunun yeni icra başçısı da xalqa gün ağlamır
“1918-ci ilin martında ermənilər Ağsuda da qətliamlar törədib, evləri yandırıb, insanları öldürüblər. Bu da ermənilərin 101 il əvvəl yandırdığı evlərdəndir. Rəhmətlik qayınatam bu evdə 90 il yaşayıb. O, İkinci Dünya Müharibəsinin iştirakçısı olub, çoxlu sayda medalları vardı. Əlil idi, evi əməlli-başlı tikmək imkanı olmayıb. Sonra da oğlu, yəni mənim həyat yoldaşım, gənc yaşlarında avtomobil qəzası keçirdi, ayağına mil qoyuldu. Əlqərəz, vaxtında imkanımız olmadı ki, evi yenidən düz-əməlli inşa edək”.
DİA.AZ bildirir ki, Ağsu şəhəri, Heydər Əliyev küçəsi 73 ünvanında yaşayan Nəzakət Abdullayeva Faiq qızı açıqlamasında belə deyir. Söyləyir ki, 2019-cu il fevralın əvvəlində baş verən zəlzələdə yaşadıqları evin divarlarında dərin çatlar yaranıb: “Zəlzələdən sonra evin neçə yeri partladı. Kürsüsüz tikilidir, yağış yağanda, evin içinə həm damdan, həm də həyətdən su axır. Ağsu Rayon İcra Hakimiyyətinə, həmçinin Fövqəladə Hallar Nazirliyinin zəlzələ bölgəsi üzrə qərargahına müraciət etdik. Bir dəfə gəlib baxıblar, iki kisə sement, bir vedrə emulsiya qoyub getmişdilər. Bir müddətdən sonra gəlib, qoyduqlarını götürüb birdəfəlik getdilər. Ər-arvad köhnə damın altında yaşayırıq, şikayətimizə baxan, maraqlanan yoxdur. Bu ilin martından bu yana icra hakimiyyəti ilə zəlzələ bölgəsi üzrə qərargahın yollarında qalmışıq”.
Şikayətçi söyləyir ki, ən son müraciəti zamanı evlərində yenidən baxış keçiriləcəyinə dair vəd verilib. Amma yenə də heç bir nəticəsi olmayıb: “Yeni icra başçısı Vahid Tağıyevin qəbulunda olmuşam. O, mənə söz verdi, dedi ki, Fövqəladə Hallar Nazirliyinin zəlzələ bölgəsi üzrə qərargahına get, sənin evinə təkrar baxış keçirib, yenidən tikəcəklər. Getdim, qərargahda qeydiyyatımı apardılar. Qərargah rəisi Həsən Qasımzadənin yanında oldum, dərdimi dedim. O da cavabında bildirdi ki, arxayın olun, gəlib, evinizdə baxış keçirəcəyik. Noyabrın 15-də gəlməli idilər, gözləyirəm, heç bir xəbər-ətər yoxdur. İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Mirəli Qurbanov özü də demişdi ki, bu ev bərbad vəziyyətdədir.
Prezident İlham Əliyev indiyə kimi 7 milyon manat ayırıb, amma yeddi milyonluq ev tikməyiblər. Biz də Prezidentimizdən, Birinci-vitse prezidentdən xahiş edirik ki, evimizə baxış keçirilsin, ədaləti qərar verilsin, sökülüb yenisi tikilsin. Malikanəsi olan adamlara ikinci evi tikirlər, amma bizim evlərə baxan yoxdur”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024