Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (24-11-2019, 17:46)
Lənkəranda III möhtəşəm Çay, Çəltik və Sitrus festivalı keçirilib

     
 



















 Noyabrın 24-də Lənkəran Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərinin Heydər Əliyev Xatirə parkında III möhtəşəm Çay, Çəltik və Sitrus festivalı keçirilib.
Festivalda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov“Regional İnkişaf” İctimai Birliyinin təmsilçiləri, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri və əməkdaşları, elm və mədəniyyət xadimləri, şəhər sakinləri, yerli və xarici turistlər iştirak ediblər. İlk öncə Lənkəranın inkişafında misilsiz xidmətləri olmuş Ümummilli Lider Heydər Əliyevin Xatirə parkındakı əzəmətli abidəsi ziyarət olunub önünə tər çiçəklər düzülüb.
 Lənkəranlıların böyük səbirsizliklə gözlədiyi III Çay, Çəltik və Sitrus festivalı Xatirə parkının giriş hissəsində qurulmuş rəmzi qala divarlarının qarşısından başlayıb. Lənkəran ŞİH başçısı Taleh Qaraşov festivalı açıq elan edərək qonaqlara və festival iştirakçılarına isti, hərarətli salamlarını çatdırıb. Sonra məktəblilər qonaqları müxtəlif dillərdə salamlayıblar.
         Azərbaycanın dövlət atributları və subtropiklər diyarının simvolunu əks etdirən “Çayımızın dadı var”, “Süfrələrin bəzəyi - Lənkəranın düyüsü”, “Sitrus bağlarının möcüzəsi”, “Gözəlliyi damla-damla topladıq”, “Qonaq evin ruzi-bərəkətini artırar”, “Lənkəranın şirnisi-ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlarda, vitrinlərdə yerli fermerlərin yetişdirdiyi yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları, ictimai iaşə və turizm obyektlərinin hazırladıqları ərzaq, sənaye malları, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, digər idarə və təşkilatların  qazandıqları uğurları əks etdirən eksponatlar nümayiş etdirilib.
          Bundan başqa, festival iştirakçılarına ekoloji cəhətdən təmiz Lənkəran çaylarından dəmlənmiş samovar çayı, yerli şirniyyat ustalarının hazırladıqları zəngin süfrədən ibarət çay dəstgahı, rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının “Haşimi”, “Sədri”, “Appolla”, “Çampo” kimi yerli düyü sortlarından bişirdikləri 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin məşhur spesifik ləvəngisi ilə hazırlanmış xörəklər, müxtəlif çeşidli kabablar təqdim olunub.
           Gün boyu davam edən tədbirdə bədii özfəaliyyət kollektivlərinin ədəbi-bədii kompazisiyalarından, mahnı və rəqslərindən ibarət rəngarəng musiqi nömrələr ifa olunub, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar nümayiş olunub.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024