Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (24-02-2014, 13:45)
“Hazırda Daxili İşlər Nazirliyinin əməkdaşıyam, polis mayoruyam”- 17 qat dünya çempionu

..“Lazım olsa, əlimizdəki əlcəkləri çıxarıb silah tutmalıyıq” 

 

17 qat dünya çempionu, məşhur kik-boksçu Eduard Məmmədovun “Qafqazinfo”ya müsahibsi

 

- Əksər tanınmış idmançılarımız karyeralarını bitirməyə yaxın dövlət işlərində çalışmağa başlayırlar. Peşəkar idmançıda belə bir arzu sonradan necə yaranır?

- Mənim titullarım çoxdur.15 qat Azərbaycan, 6 dəfə Avropa və 17 qat dünya çempionu olmuşam. Peşəkar idmançılar arasında inter-kontinental kəmərin sahibiyəm. Bununla yanaşı, əməkdar idman ustasıyam və ötən il əməkdar məşqçi adını da qazanmışam. Bütövlükdə bunlar idmançı üçün bir uğurdur. Ancaq sadaladıqlarımın hamısı idman sferasına aiddir. İdmançı da insandır. Onun da uşaqlıqdan arzuları, xəyalları olur. Polis olmaq da mənim uşaqlıq arzum olub. Şükürlər olsun ki, indi də o, arzuma çatdım. İdmanı atandan sonra, artıq bir növ yaşa dolandan sonra sən öz gücünü başqa sahələrdə də sınamalısan. Hazırda Daxili İşlər Nazirliyinin əməkdaşıyam və mayor rütbəsi daşıyıram. İdmançı olmağımla yanaşı, polis kimi də Azərbaycana xidmət göstərməyimlə də fəxr edirəm. Sualınızın cavabı olaraq da yenə də onu vurğulayım ki, idmançılar bir müddətdən sonra o strukturlarda işləməyə başlayırlar ki, güclərini, yığdıqları təcrübəni, idmana sərf etdikləri illəri boşa verməsinlər.

- Necə fikirləşirsiniz, hazırda ən az sizin titullarınızı təkrar edə biləcək, daha böyük perspektivə sahib olan azərbaycanlı kik- boksçu kimdir?

- Gənc uşaqlar çoxdur. Bizim idman növü paytaxtla yanaşı regionlarımızda da yüksək səviyyədə inkişaf prosesi keçir. Mən onu qeyd etmək istəyirəm ki, Azərbaycanda Kik-Boksinq Federasiyası 1995-ci ildə yaradılıb və federasiyanın prezidenti, millət vəkili Adil Əliyevdir. Adil müəllim federasiya prezidenti kimi, bütün idmançılara çox böyük diqqət və qayğı göstərir. Bizim vitse-prezident Güloğlan Cabbarov və yığma komandanın rəisi Sadıq Bağırov da kik-boksun Azərbaycanda daha da inkişaf etməsi üçün və populyarlıq qazanması üçün böyük işlər görürlər. Elə bir həftə bundan qabaq Tofiq Bəhramov stadionu ərazisində Azərbaycan Kik-Boks Federasiyasının bazası yaradılıb. Bu da gənclərin idmana, kik-boksa diqqətini artırmaq üçün atılan addımlardan biridir. Mən müəllim kimi də gəncləri yarışlara hazırlayıram. Tələbələrim dünya və Avropa birincilikləri əldə edirlər. Zaur Məmmədov, Qədim Məmmədov, Qiyas Şahverdiyev və digər idmançılar da Azərbaycanı beynəlxalq arenalarda yüksək səviyyədə təmsil edirlər. Belə idmançılar bizim titullarımızı daha da artıra, ölkəyə çoxlu sayda medal gətrə bilərlər. Hər şeydən əvvəl məşqçi kimi məqsədim sağlam və vətəni sevən bir nəsil formalaşdıraq. Bu gün kik-boksçuyuqsa, sabah əsgərik. Lazım olsa, əlimizdəki əlcəkləri çıxarıb silah tutmalıyıq.

- Karyeranız ərzində  rəqibinizi  ən tez nok-auta göndərən idmançı kimi də fərqlənmisiniz...

Bəli, çox düz qeyd etdiniz. Mənim belə bir rekordum da olub. 2000-ci ildə Yunanıstanda keçirilən yarışda rəqibimi 15 saniyə ərzində nok-auta göndərdim. Əslində bu döyüşün önəmi mənim bu rekordumla bağlı deyil. Mən bu uğuru erməni idmançı üzərində edə bildim. Zərbəmdən sonra erməni idmançı yerdən durmağa çətinlik çəkirdi. Hətta məşqçisi rinqin qırağından qışqırıdı ki, niyə uzanmısan dur vuruş. O isə cavabında mən bacarmıram elə asandırsa, çıx sən döyüş dedi. Bu fakt mənim yaddaşımdan heç vaxt silinməyəcək. Çünki rəqibdən əlavə düşmən üzərində qazanılan qələbə idmançıya bir başqa xoşbəxtlik yaşadır. İndiyənə kimi erməni idmançılarla 5 dəfə qarşılaşmışam və hamısında da qalib gəlmişəm. Mənimlə yanaşı başqa idmançılar da erməniləri rinqdə, tatamidə, döyüş meydanlarında hər zaman məğlub ediblər. Bu da artıq onlarda əlavə bir qorxu yaradır. Erməni idmançı biləndəki rəqibi azərbaycanlı olacaq psixoloji gərginlik yaşayır.

- Dünyanın ən güclü boksçularından sayılan, hazırda karyerasını başa vuran Vitali Kliçko siyasətçi kimi  Kievdə gedən siyasi iğtişaşlarda iştirak edən ən güclü müxalif qüvvələrdən biridir. Yəni, o, idmandan sonra özünü siyasi arenada isbat etməyə çalışdı. Bəs siz, özünüzdə eblə bir potensial görürsünüzmü?

- Yox, mən özümdə belə bir potensial görümürəm. Artıq öz seçimimi etmişəm və DİN-in polis işçisiyəm. Siyasətçi olmaq Vitalinin öz işidir. Mənə onun seçimini müzakirə etmək düşməz.

- Bəs yerli milli futbol çempionatımızla aranız necədir? Klublarımızdan hansına azarkeşlik edirsiniz?

 - Futbolla aram yaxşıdır. Azarkeşi olduğum komanda isə “Neftçi”dir. Özüm də “Neftçi İdman Və Sağlamlıq Mərkəzi”ndə həm idmançı, həm də məşqçi kimi çalışıram. Fürsətdən də istifadə edib. “Neftçi” klubunun prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm ki, futbolçular üçün yaxşı şərait yaradır. Uşaqlıqdan həmişə “Neftçi” forması geyinmişəm. İndiki dövrdə klublarımızın sayı çoxdur. Ancaq əvvəllər elə deyildi. “Nefçi” azarkeşi kimi həmişə onları dəstəkləyirəm və qallibiyyətlərini gözləyirəm.

- Kik-boks əgər, Olimpiya Oyunlarının proqramında olsaydı, 17 qat dünya çempionu Eduard Məmmədov ən azından 2 qat Olimpiya çempionu ola bilərdimi?

- Kik-boks çox gənc idman növüdür. 1970-ci ildə Amerikada Don Drakon Uilson və  Çak Norris tərəfindən yaadılıb. Bu vaxt ərzində çox popyularlıq qazanıb ancaq çox gənc idman növüdür. Mən də, 17 dəfə dünya çempionu ola bilmişəmsə, yəqin ki, Olimpiya çempionu da ola bilərdim. Onu da qeyd edim ki, dünyada yeganə kik-boksçuyam ki, həm full-kontakt, həm də Lou-kontakt üzrə dünya çempionu olmuşam. İnanıram ki, kik-boks yaxın zamanda Olimpiya idman növünə daxil ediləcək.

- Dünən, fevralın 23-də Sərhədçi İdman Olimpiya Mərkəzində kik-boksun K1 növü üzrə Qran-Pri yarışı keçirilidi. Bu yarışın keçirilməsi hamı tərəfindən birmənalı qarşılanmadı və bəzi söz-söhbətlər oldu. Siz bu yarış barədə nə deyə bilərsiz?

- Bu yarış icazəsiz təşkil edilib. Azərbaycan Kik-Boksinq Federasiyasının prezidenti Adil Əliyevdir. Ondan icazə almaq lazım idi. Ancaq bizim rəhbərlikdən federasiyadan icazə alınmadan belə bir turnir təşkil edildi. Hər şeyin qanunu və sahibi var. Ona görə mən bu yarışı qeyr-qanuni bir yarış olaraq qiymətləndirirəm. Biz özümüz beynəlxalq yarışlara gedəndə belə Gənclər və İdman Nazirliyi ilə məsləhətləşirik və bor növ onlardan icazə aldıqdan sonra gedirik. Ancaq bu yarış tam icazəsiz şəkildə təşkil edilib.Belə baxanda, bizim özümüzü beynəlxalq yarışlara dəvət edirlər. Ancaq bu yarışda çoxluğu xarici idmançılar təşkil edib. Bizim idmançılarımızın sayı çox az idi.  Ona görə də bunu  başqaları üçün keçirilən bir yarış kimi xarakterizə olundu.

 

“Hazırda Daxili İşlər Nazirliyinin əməkdaşıyam, polis mayoruyam”-	 17 qat dünya çempionu
“Hazırda Daxili İşlər Nazirliyinin əməkdaşıyam, polis mayoruyam”-	 17 qat dünya çempionu

İqbal Aslanov

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024