Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Karusel (14-05-2018, 14:34)
Goranboydan şikayət var

Mediatv.az saytının redaksiyasına Goranboy rayonu Qızılhacılı qəsəbəsində yaşayan Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbin sabiq informatika müəllimi Eminov Neman Bayram oğlu tərəfindən şikayət məktubu daxil olub.Şikayətçinin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanladığı məktubu olduğu kimi təqdim edirik.

 Surəti:  Azərbaycan Respublikasının 1-ci Vitse

 Perzidenti Mehriban xanım Əliyevaya

 Surəti: Azərbaycan Respublikası Hesablamalar

         Palatasının sədri Cənab Vüqar

         Gülməmmədova

 Surəti:  Azərbaycan Respublikasının Maliyyə

          Naziri cənab Samir Şərifova

 Surəti:  ATİAHİRK-nin sədri cənab Səttar

         Mehbalıyevə

 Surəti:  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkil OMBUDSMAN xanım Elmira                     Süleymanovaya

 Surəti:  Azərbaycan Respublikasının Təhsil

         Naziri cənab Ceyhun Bayramova

 Neçə vaxtdır ki, mən aşağıda qeyd olunan suallarıma cavab ala bilmirəm, hüquqlarım pozulur, mənə qarşı haqsızlıq olunub, hələ də bu günə kimi davam etməkdədir.

Sual 1

 15.09.2012-ci il tarixli 64 №-li əmrlə Əmək Məcəlləsinin 62- ci maddəsinin 2-ci bəndinə,  Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanaraq müəllim vəzifəsində işlədiyim Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbinin sabiq direktoru xanım Maral Məmmədova tərəfindən işdən azad olunmuşam.

Bu əmrdən sonra məni bu məktəbə 2012-ci ilin noyabr ayında direktor vəzifəsinə yeni təyin edilmiş xanım Mətanət Əliyeva 06.12.2012-ci il tarixli 100№-li əmrlə həmin işlədiyim məktəbə yenidən işə qəbul etmiş, işimi bərpa edərək 06 (altı) saat informatika fənnindən dərs saatı ilə təmin etmişdir. Bu qanuna uyğundurmu? Əmək Məcəlləsinin 70-ci

maddənin “ç” bəndinə əsasən işdən azad olunan hər bir kəs bildiyimə görə əvvəl işlədiyi yerdə deyil, başqa yerdə işləməli, 6 ay sınaq müddəti keçdikdən sonra öz iş yerinə yenidən bərpa edilməlidir. Direktor xanım Mətanət Əliyeva sabiq direktor xanım Maral Məmmədovanın verdiyi əmri nəzərə almayaraq birbaşa məni işə bərpa etmişdir. Əgər bu qanun  pozuntusudursa direktor Mətanət Əliyevanı  hansı cəza gözləyir?.

Sual 2

15.09.2012-ci il tarixli 64 №-li əmrlə mən işdən azad ediləndə öhdəliyimdə 06 (altı) saat informatika fənni üzrə dərs saatı olmuşdur. Məktəbdə ixtisalı informatika olduğu halda direktor xanım mətanət Əliyeva 04 saat informatika dərs saatının ixtisaslı informatika müəlliminə vermiş 01(bir) saat  dərs saatını özünə götürmüş (ixtisası rus dili müəllimliyidir.) digər 01(bir) saat dərs saatını qohumuna ixtisası fransız dili müəllimliyi olan Nilufər Nizami qızı Bədəlovaya vermişdir. Heç bəlkə də öz xətləri ilə jurnal yazmayıblar, fənni də şübhəsiz ki, tədris etməyiblər. Bu nə dərəcədə doğrudur?

Sual 3 :

06.12.2012-ci il tarixli 100 №-li əmrlə direktor xanım Mətanət Əliyeva məni yenidən işə bərpa edib, 06 (altı) saat informatika fənni üzrə dərs saatı ilə təmin edilmişəm. 2013-cü ilin may ayının 1-dən paralel olaraq Goranboy Rayon Təhsil Şöbəsinə “kiçik referant” vəzifəsinə gətirlimişəm. (baxmayaraq ki, 15.09.2012-ci il tarixli 64№-li əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsas götürülərək işdən azad edilsəmdə.)

2013-cü ilin sentyabr ayında direktor mənə 09(doqquz) saat informatika fənni üzrə dərs saatı və bir sinfin sinif rəhbəri vəzifəsi ilə təmin etmişdir. 9 dənə sinifdə dərs demişəm, jurnal yazmışam. Mənə məlum olmayan səbəbdən 07 oktyabr 2013-cü il tarixli 68 №-li əmrlə direktor  Mətanət Əliyeva 4 günlük dərsə gəlməməyimi əmrləşdirərək göstərib ki, guya mənim  07 (yeddi )saat dərs saatım olub. Mən 09 (doqquz) saat dərs demişəm, 9 sinifə daxil olmuşam, jurnal yazmışam. 02 (iki) saat dərs saatım direktor tərəfindən nə səbəbə gizlədilmişdir? Kimə verilmişdir, kimə əmrləşdirilmişdir?

Sual 4:

01.11.2013-cü il tarixli direkor xanım Mətanət Əliyeva 1-ci saat mən dərsdən çıxan zaman tənəffüs vaxtı 0917-də Müəllimlər otağında növbədənkənar pedaqoji şura təşkil eədərk “sifarişlə”məni heç bir əlində əsas olmadan işdən azad edərək əsas Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini götürmüşdür. (01.11.2013 əmr № 78)

06.12.2012-ci il tarixindən 2013-cü il oktyabr ayına kimi mənim barəmdə direktor, məktəb həmkarlar təşkilatının sədri, direktor müavinləri heç bir nöqsanlar aşkarlamamışlar, xəbərdarlıq, töhmət, şiddətli töhmət tətbiq etməmişlər, əksinə hər iclaslarda nümunəvi sinif rəhbəri, tələbkar, savadlı, bacarıqlı kadr olmağımı qeyd etmişlər.

Xəbərdarlıq, töhmət, şiddətli töhmət almadan mənim birbaşa ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə eyni zamanda “sifariş”əsasında müəllim vəzifəsindən işdən azad edilməyim nə dərəcədə düzgündür?

Ümid edirəm, inanıram ki, ədalətlilik humanizmin prinsiplərinə əsaslanaraq yuxarıda Sizə sadaladığım suallarım obyektiv araşdırılaraq, cavablandırılacaq.

Qeyd: Direktor Mətanət Əliyevanın adının xüsusi əmrlə məktəbin, rayonun

müəllimlər şəbəkəsindən çıxarılması Əmrini (əmr kitabında sabiq direktor rəhmətlik Rəqibə Rüstəmovanın dövrü yoxlanılsın) Szidən xahiş edirəm araşdırılmasına göstəriş verəsiniz. Direktor Mətanət Əliyevanın müəllim vəzifəsinə yenidən bərpa olunması da qanunsuz həyata keçirilib. Belə ki, Təhsil Nazirliyinin müsabiqə test imtahanından keçməyib, elektron ərizə belə verməyib. Birbaşa ixtisası rus-dili müəllimliyi ola-ola ibtidai sinifdə dərs demək məqsədi ilə (rəhmətlik Nüşabə müəllimənin sinifinə) texnalogiya, təsviri incəsənət, musiqi fənləri tədris etmək üçün 04(dörd) saat dərs saatı ilə təmin olunub, müəllim vəzifəsinə gətirilib.  Kurikulum kursundan keçmədən, sertifikat almadan ibtidai sinifdə bu fənləri tədris etmişdir. Bu qanuna uyğundurmu?

Qızı Həsənova Fidan Həsən qızı mənim şagirdim olub. Fidan Həsənova tamamilə başqa ixtisas üzrə təhsil alıb, ali təhsil sənədi psixoloq olmaya-olmaya hal-hazırda bu məktəbdə psixoloq vəzifəsində çalışır. Bu qanunla necə tənzimlənir?

 Məsələyə aydınlıq gətirmək üçün Qızılhacılı qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru Mətanət xanım Əliyeva ilə əlaqə saxladıq.Elektron poçtumuza yolladığı cavabda o aşağıdakıları bildirdi:                        Bildirirəm ki, Eminov Neman bayram oğlu 2012-ci ilin noyabr ayında Qazax rayon məhkəməsindən sənəd təqdim etmişdir. Sənəddə bildirilirdi ki, N.Eminov bəraət qazanməşdır və pedaqoji fəaliyyətini davam etdirə bilər.

Cavab olaraq bildirirəm ki, məktəbdə sözügedən fakt olmayıb.

Bildirirəm ki, 2013-cü ilin sentyabr ayında Neman Eminov 06 saat dərs yükü ilə təmin olunmuşdur və digər deyilən faktlar doğru deyil.

Neman Eminov 2013-cü ilin noyabr ayında bir neçə dəfə üzrsüz səbəbdən işə gəlməməiş, həmin günlərin əməkhaqqı tutulmuşdur. Sonradan məlum olmuşdurki, Neman Eminov Goranboy Rayon Polis Şöbəsi tərəfindən axtarılır. Şöbənin əməkdaşı Şahin Cəlalzadə məktəbə gəlmiş onun haqqında məndən izahat almışdır. Ümumiyyətlə həmin ərəfədə məktəbə müxtəlif rayonlardan (Şirvan, Qazax, Quba, Xaçmaz, Goranboy rayonunun müxtəlif kəndlərindən) vətəndaşlar gəlir, müxtəlif məbləğdə onlardan pul alaraq işlərini düzəldəcəyi barədə vədlər verdiyini bildirdilər. Bu hadisəyə bütün kollektiv şahiddir. Hətta bəzi vətəndaşlar məktəbdə səs-küy salaraq dərs prosesinə maneə olurdular.

Bütün bunlar, həm Məktəb Həmkarlar təşkilatının iclaslarında, həm də pedaqoji şura iclasında müzakirə olunmuşdur. Təbii ki, həmin ərəfədə Neman Eminov məktəbdə olmamış, axtarışda olmuşdur.

Qeyd: Mən Neman Eminov qeyd etdiyi kimi ibtidai siniflərdə dərs tədris etmişəm. Amma tədris planına uyğun olaraq Rus dili müəllimləri üçün tədrisi nəzərdə tutulmuş “həyatı bacarıqlara əsaslanan təhsil” fənnini tədris etmişəm.

Bu kurs üçün Respublika Təhsil Nazirliyi tərəfindən xüsusi proqram hazırlanmış və tədris olunmuşdur. Qızım Həsənli Fidan Həsən qızı Bakı Dövlət Universitetini “Kitabşünaslıq və informasiya” ixtisası üzrə bitirmişdir. Məktəbdə vakant olan Psixoloq vəzifəsinə təyin edilmişdir. Lakin Həsənli Fidan BDU-nun Psixologiya fakültəsi ilə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkil etdiyi Psixoloqların 3 aylıq kursunda iştirak etmiş və BDU-nun Psixologiya üzrə fəlsəfə doktoru Aynur Bünyatovanın və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin Gənclər və yeniyetmələrin İnkişafı Proqramının rəhbəri Aida Ailarovanınimzası ilə təsdiq olunmuş Sertifikat almışdır.

Eyni zamanda Goranboy Rayon Təhsil Şöbəsinin və 8 saylı ƏMHM-nin razılığı əsasında işə qəbul edilmişdir. Fidan Həsənli işə qəbul edilərkən onun diplomuna əlavə də təqdim edilmişdir. Diploma əlavədə göstərilir ki, 2 il ərzində psixologiya fənnini öyrənmiş və ən yüksək balla (A) imtahan vermişd

P.S Biz hansı tərəfin haqlı,hansı tərəfin haqsız olduğunu, səslənən iradların və verilən cavabların Təhsil Haqqında Qanunda necə tənzimləndiyini deyə bilmərik.Hər iki tərəfin mövqeyini olduğu kimi işıqlandırdıq, qiymət vermək isə bu sahəyə məsul olanlarındır.

  

 

                   

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024