Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (22-10-2014, 20:01)
Daha bir təhsil ocağında özbaşınalıq VAR

Ölkəmizin ən böyük şəhərlərindən biri olan Sumqayıtın təhsil sisteminin mövcud durumu qənaətbəxş deyil. Sumqayıt Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) tabeliyindəki təhsil müəssisələrində üzə çıxan bir sıra neqativ hallar, direktorların və müəllimlərin işlərinə istənilən səviyyədə məsuliyyət göstərməməsi bəzi problemlərin yaranmasına səbəb olub. Mövcud problemlər Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü (TET) Gimnaziyadan da yan keçməyib. Mötəbər qaynaqlardan aldığımız məlumatlara görə, 1946-cı ildən fəaliyyət göstərən gimnaziyada təhsilin keyfiyyəti çox aşağıdır.


Buna səbəb kimi direktor Nizami Əhmədovun qanuna sığmayan əməllərini göstərən mənbə deyir ki, 60-dan çox müəllimi və 900-ə yaxın şagirdi olan təhsil ocağında təhsil sektoruna tamamilə yad olan meyllər əsas götürülür: "Nizami Əhmədov vəzifəsinin öhdəsindən lazımi səviyyədə gəlməyi bacarmır. Gimnaziya bir müddət əvvəl dövlət vəsaiti hesabına əsaslı şəkildə təmir edilib. Buna baxmayaraq, yeni dərs ili başlayan kimi sinif rəhbərləri uşaqlardan təmir pulu yığmağa başladılar. Valideynlər məktəbin yenicə təmirdən çıxdığını və pulun nəyə lazım olduğunu deyəndə sinif rəhbərləri "Tapşırıq direktor tərəfindən verilib. Şikayətiniz varsa gedin ona deyin" cavabını veriblər. Direktor gimnaziyada təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində kəsərli tədbirlər həyata keçirmir. Nizami müəllim daha çox başqa məsələlərə vaxt ayırır. "Müəllimlər günü"ndə gimnaziyada təhsil alan bütün şagirdlər direktoru ən yüksək səviyyədə təbrik etdilər. Onların başqa çıxış yolu yox idi. Çünki məktəb rəhbəri bu tip bayram tədbirlərində fəallıq göstərməyən şagirdləri özünə məxsus qaydada cəzalandırır. Kim Nizami müəllimin "tələb"lərinə uyğun hərəkət etmirsə, direktor həmin şagirdə dərs deyən müəllimlərə ona qiymət yazmamağı tapşırır. Beləcə, şagirdlər arasında ayrıseçkilik salınır". Mənbəmiz vurğulayır ki, direktor həmçinin müəllimlər arasında da ayrıseçkilik edir: "Belə ki, gimnaziya rəhbəri ilə yaxın münasibətdə olan müəllimlər dərs saatı baxımından heç bir problem yaşamırlar. Direktor onlara istənilən qədər dərs saatı yazıb bu məsələdə müəyyən maraqlarını təmin edir. Amma bəzi müəllimlərə qarşı əməlli-başlı haqsızlıq edilir. Uzun illərdir bu sahədə can qoyan, şagirdlərin bilikli yetişməsi üçün əlindən gələni əsirgəməyən təcrübəli müəllimlərə isə az dərs saatı verilir. Qanuna görə, müəllimlər gimnaziyada işləmək üçün müsabiqə yolu ilə işə qəbul edilməlidir. Buna baxmayaraq, Nizami Əhmədov "nüfuzlu müəllimlər" adı ilə bəzi şəxsləri təhsil ocağına müsabiqədən kənar yolla qəbul edib. Direktorun ən böyük özbaşınalığı qızı Aygün Əhmədovanı öz tabeliyində işlətməsi ilə bağlıdır. Məlumat üçün bildirim ki, Aygün xanım 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. O, orta təhsilini əvvəlcə 27 nömrəli tam orta məktəbdə, sonra isə Təbiət Elmləri Təmayüllü Gimnaziyada alıb. Atasının rəhbərlik etdiyi təhsil ocağında ürəyi istəyən formada təhsil alan Aygün Əhmədova Sumqayıt Dövlət Universitetini 2006-cı ildə bakalavr, 2008-ci ildə magistratura ali təhsil pillələri üzrə bitirib. 2009-cu ildən isə gimnaziyada biologiya müəllimidir. "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanuna görə isə qohum şəxslərin eyni dövlət müəssisəsində çalışması yolverilməzdir. Yəni Nizami müəllim qanunları ayaq altına atıb. Direktor hər vasitə ilə qızına geniş imkanlar yaradır. Aygün müəllimə 2010-2011-ci tədris ilində şəhər üzrə "İlin ən yaxşı sinif rəhbəri", 2011/2012-ci tədris ilində şəhər Təhsil Şöbəsinin keçirdiyi "İlin ən yaxşı gənc müəllimi" müsabiqəsinin qalibi olub. Onun bu müsabiqələrin qalibi olmasında atasının rolu çox böyükdür. Digər tərəfdən gimnaziya rəhbəri 2012-2013-cü tədris illində qızını "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi etməklə onun birdəfəlik 5 min manat məbləğində pul mükafatı ilə mükafatlandırılmasına nail olub". Qeyd olunan fikirlərə aydınlıq gətirmək məqsədilə direktor Nizami Əhmədovla əlaqə saxladıq. O isə özü haqda deyilən fikirləri təkzib edərək dəstəyi üstünə asdı. 
Qarşı tərəfi də dənləməyə hazırıq...
 \\ gundelik-baki \\ 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024