Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (30-04-2018, 10:27)
Lənkəran şəhər icra hakimiyyəti təkzib edir

Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Lənkəran rayonunun Vel kənd uşaq bağçasında baş vermiş yanğınla bağlı həqiqəti əks etdirməyən məlumatlarla əlaqədar bildiririk ki, 8 aprel 2018-ci il tarixdə gecə saatlarında Vel kəndində fəaliyyət göstərən 55 yerlik uşaq bağçasında  yanğın baş verib, yanğın nəticəsində bina yarasız vəziyyətə düşüb.

FHN-nin Cənub regional Yanğına Nəzarət idarəsinin mütəxəsisləri tərəfindən hadisə yerinə baxış keçirilib və müvafiq akt tərtib olunaraq toplanmış materiallarla birlikdə FHN-nin əməliyyat axtarış idarəsinə təqdim olunub. Tədqiqat başa çatdıqdan sonra hadisənin başvermə səbəbləri barədə dəqiq məlumat veriləcəkdir.

Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən bağça müvəqqəti olaraq həmin kənddə yerləşən “İstəy” liseyinin yay istirahət düşərgəsinə köçurulüb və bağçanın fəaliyyətini normal davam etdirməsi üçün orada lazımı şərait yaradılıb. Bununla yanaşı bağçanın əsaslı təmiri və bərpasından ötru layihə-smeta sənədləri hazırlanır və yaxın vaxtlarda təmir-bərpa işlərinə başlanılacaqdır. Bağçanın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti olduğu üçün heç bir alqı-satqı predmeti ola bilməz.

Yazıda adı çəkilən Nina adlı xanım 2017-2018-ci illərdə İcra başıçı tərəfindən qəbul olunmaq üçün şəhər İcra hakimiyyətinə müraciət etməmişdir.

 Siyavar məktəbinin tikintisi zamanı mənimsəmə olduğu ilə bağlı bildiririk ki, 2018-ci ilin fevral ayında istifadəyə verilmiş 96 şagird yerlik yeni modul tipli məktəb Təhsil Nazirliyi tərəfindən layihə-smeta sənədlərinə tam uyğun tikilib və tikinti zamanı heç bir qanunsuzluğa yol verilməmişdir. Hazırda məktəb tam standartlara uyğun fəaliyyətini davam etdirir.

Məlumatda toxumçuluq anbarı kimi təqdim etdilən tikilinin satılması ilə bağlı bildiririk ki, sözügedən tikililər Lənkəran Kənd Təsərrüfatı İstehsalat Müəsssisəsi MMC-nin balansındadır və hazırda müəssisə tərəfindən istifadə olunur.

Xəbərdə göstərilən Mədəniyyət nazirliyinin balansında olan inzibati binanın satılması ilə bağlı bildirirk ki, Siyavar kəndində Mədəniyyət nazirliyinin balansında heç bir inzibati bina olmamışdır. Sözu gedən bina  isə Siyavar bələdiyyənin balansında olub və 2013-cü il tarixdə aidiyatı təşkilatların rəyi nəticəsində tam qəzalı vəziyyətdə olduğu üçün sökulmuşdur.

Nəzərə alın ki, hər hansı məlumatın doğruluğu aidiyyatı təşkilatlarla dəqiqləşdirmədən sonra yayılması məqsədəmüvafiqdir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024