Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (30-11-2016, 18:13)
"Tarif Şurasının qərarı ölkə iqtisadiyyatına və əhaliyə vurulmuş ən böyük zərbədir"

 

"Tarif Şurasının qərarı ölkə iqtisadiyyatına və əhaliyə vurulmuş ən böyük zərbədir"

 

Mediatv.az:  Sabiq deputat, iqtisadçı ekspert Nazim Bəydəmirli Tarif Şurasının sonuncu qərarı ilə bağlı Qaynarinfo.Az-a müsahibə verdi. Müsahibəni təqdim edirik:

Differensiyalaşmanı müsbət addım kimi qiymətləndirmək olarmı? Çünki ekspertlərin açıqlamaları ilə dövlət strukturunda çalışan məmurların açıqlamaları kəskin fərqlənir. Bu differensiallaşma aztəminatlı ailələri sevindirir, ya tam əksinə?

- Differensiyalaşma hansı hallarda qonşu ölkələrdə tətbiq olunur. Differensiyalaşma adətən dövlət qurumları tərəfindən imkansızlıq olduqda əhaliyə müəyyən xidməti göstərə bilmədikdə, digər xidmətlərdən daha çox istifadə etməsini nəzərə alaraq aşağı qiymət təklif edirlər. Məsələn, çoxmərtəbəli bina qazla təmin olunmursa, elektrik enerjisi daha çox istifadə edilirsə, bu zaman həmin bina sakinlərinə differensiyalaşmaya əsasən elektrik enerjisini daha aşağı tariflə təklif edirlər. Differensiyalaşma əslində budur. Azərbaycanda baş verən qiymət artımı isə heç bir halda differensiyalaşma ilə uyğunlaşdırıla bilməz. Təəssüf edirəm ki, həm Tarif Şurası, həm də Tarif Şurasına müraciət edən qurumlar 2009-cu ildə prezidentin dövlət tərəfindən kommunal xidmətlərin tariflərinin maya dəyərinə uyğunlaşdırılması haqqında fərmanını yaddan çıxarıblar. Bu fərmanda qeyd olunurdu ki, müstəqil qiymətləndirmə aparılsın. Heç kəsə sirr deyil ki, Azərbaycanda bu tipli qurumlar, kommunal xidmət göstərən dövlət şirkətləri maya dəyərini şişirdirlər və ödəniləcək verginin məbləğini azaldırlar. Bununla, əslində idarəetmənin necə bərbad olduğunu göstərirlər. Dəfələrlə özlərinin dilindən eşitmişik ki, qazın istehsal dəyəri 1000 kubmetr üçün 47 manat təşkil edir. Yəni bir kubu 4,7 qəpik. Dəfələrlə sübut olunub ki, “Azərenerji”nin boynuna aldığı rəqəm 3,7 qəpikdir. Bu göstərici qonşu ölkələrdə 2 qəpiyə yaxındır. 2009-cu ildə verilən fərmana əsasən Nazirlər Kabineti tərəfindən qərar icra olunsa idi, Tarif Şurasının qiymət artımına əsası olmazdı. İndiki durumda qaz və elekrik enerjisinin qiymətinin artmasına heç bir iqtisadi əsas yoxdur.

Sonuncu qərar dövlət büdcəsinə nə kimi yardım edəcək?

- Bu qiymət artımı heç də dövlət büdcəsinə vergiləri artırmır, çünki kommunal xidmətlər göstərən bu qurumlar idarəetmə xərcləri çox yüksək olduğundan büdcəyə ödənişləri ya olmur, ya da cüzi olur. Bu artım ancaq orada çalışan insanların, qohum əqrəba və s. əvvəllər investisiya layihələrinin hesabına aldıqları "konvert maaşlar" üçün düşünülüb, korrupsiya mexanizmləri üçündür. İdxal olunan enerji daşıyıcıları Azərbaycanda olmadığına görə, bunun da qiymətinin artırılmasına, yəni dollara və digər xarici valyutaya uyğunlaşdırılmasına heç bir anlamı yoxdur. Bu haqda danışmaq savadsızlıqdan başqa bir şey deyil. Differensiyalaşmanın aztəminatlı ailələrə müsbət təsir edəcəyi barədə danışılanlar yalnış məlumatlardır. Bu diqqəti həmin qurumların bərbad idarə edilməsindən yayındırılmasına hesablanıb.

Qaz və elektrik enerjisinin istifadəsi üçün qoyulan limit aşağı deyilmi? Məsələn, əhalinin demək olar ki, böyük əksəriyyəti qazdan istifadə edərkən illik üzrə 1500 kubmetri keçir.

- Bakının ətrafında təqribən 500 min ev var. Əgər hər ailəni orta hesabla 4 nəfərdən hesablasaq, 2 milyon əhali edir. Azərbaycan mənzil təsərrüfatını götürsək, təqribən 30 faizi çoxmərtəbəli binalardır. Ancaq digərləri fərdi evlərdən ibarətdir. Kənd əhalisini də bura aid etsək, təqribən 75 faiz əhali şəxsi evlərdə yaşayır. Regionlarda 50 faizdən yuxarı qazlaşma yoxdur. Onsuz da, insanlar odunla keçinir. Bir tərəfdən ölkədə qaz təsərrüfatı normal vəziyyətə gətirməyib. Digər tərəfdən, Bakını götürsək təqribən 2 milyon əhali qeydiyyatı olmayan evlərdə  yaşayırlar. Əhalinin qış aylarında istifadə etdiyi qazın həcmi ən azı 500 kubmetrdir. Bu o deməkdir ki, qiymət artımı əhalinin təqribən 78 faizini əhatə edir. Aztəminatlı ailələr əhalinin 78 faizini təşkil edir. Bu BMT-nin hesablamalarında göstərilib. Bu onu göstərir ki, qazın istifadəsinə tətbiq olunmuş limitlər reallıqdan uzaqdır. Və bu bahalaşmadan ən çox əziyyət çəkən aztəminatlı ailələr olacaq. Birinin maaşı 2500-3000 arasındadırsa, ona təsir etməyəcək. Dövlət sektorunda çalışan insanların sayı 900 min nəfərdir. Orta hesabla ailə üzvləri ilə hesablasaq 3 milyon 6 yüz mindir. Yerdə qalan 6 milyon 4 yüz min əhali dövlət büdcəsindən maaş almır. Cüzi maaş artımı olsa belə heç nəyi dəyişməyəcək. Mən hesab edirəm ki, bu qərar ləğv olunmalıdır. Qərar ləğv edilməsə, qaz və işıq istifadəsi üçün qoyulan limit qaldırılmalıdır. Bəzi dırnaqarası iqtisadçılar var ki, bu qərarı müdafiə edirlər. Onlara bir məsləhətim var, dünya ölkələrində varlı təbəqəni büdcəyə cəlb etmək üçün, büdcə ödənişlərini artırmaq üçün vergi sistemi ilə tənzimlənir. Varlı təbəqədən daha çox vergi alınır, kasıblardan isə daha az. Bu iqtisadiyyatın əsasıdır. Kommunal ödənişləri 2 dəfə artıraraq, insanları borca salmaq, zillətə salmaq hansı iqtsadi təfəkkürdən xəbər verir? İqtsadi böhran davam edir və bu dövrdə Tarif Şurasının qərarı ölkə iqtsadiyyatına və əhaliyə vurulmuş ən böyük zərbədir.

Tarif Şurasının qərarı hansı sahələrdə qiymət artımına səbəb ola bilər?

- Çörək bişirmədən tutmuş bütün sahələrə təsir edəcək. Qaz və elektrik enerjisinin istənilən xidmətlərdə maya dəyərinin formalaşmasında çox böyük payı olduğundan qiymətlərə birbaşa təsir edəcək. Zəncirvari çox ciddi bahalaşmaya gətirib çıxaracaq. Bahalaşma o dəməkdir ki, insanların real gəlirləri azalır, sosial müavinətlə müraciət edənlərin sayı artır. Müəssisələr belə olan təqdirdə bağlanacaq və vergi ödənişləri azalacaq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024