Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (13-01-2015, 22:56)
2 qəpiklik bahalaşma büdcəyə 66 milyon manat qazandıracaq

Bu, indiyədək avtomobillərə tətbiq olunan və yanvarın 1-dən ləğv edilən yol vergisindən təxminən 40 milyon manat çoxdur

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 12 yanvar 2015-ci il tarixli qərarı ilə yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.

Həftə içi”nin məlumatına görə, Tarif Şurası bu qərarını avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi və yol vergisinin tətbiqinin dəyişdirilməsinə dair Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əsaslandırıb.Qərarda deyilir ki, 2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bu zaman hüquqi və fiziki şəxslər tərəfindən istismara yararsız avtonəqliyyat vasitələrinə görə də onların avtomobil yollarından istifadə edib-etməmələrindən asılı olmayaraq yol vergisi ödənilirdi. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulub. Yol vergisinin yanacağın qiymətinə əlavə edilməsi nəticəsində verginin ödənilməsi prosesi və verginin yığılması üzrə inzibatçılıq sadələşir, avtonəqliyyat vasitəsindən daha az istifadə edən şəxslər daha az vergi ödəyir, illik vergi bir dəfəyə deyil, hər dəfə yanacaq alınan zaman hissə-hissə ödənilir, hüquqi şəxslər tərəfindən vergi orqanlarına yol vergisi bəyannamələrinin təqdim olunması ləğv edilir, verginin tam yığılması təmin olunur. Göstərilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının iclasında müvafiq qərar qəbul edilmiş və yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.

Xatırladaq ki, Vergilər Nazirliyinin məlumatına görə, yol vergisinin həcmi 2012-ci ildə 28,7 milyon manat, 2013-cü ildə 24,4 milyon manat, 2014-cü ildə 22,3 milyon manat olub. Göründüyü kimi, bu vergi üzrə yığım getdikcə azalır. İqtisadçı ekspertlər isə ölkədə istehlak olunan benzin və dizelin miqdarı əsasında əldə olunacaq qazancı hesablayıblar. Məlum olub ki, yanacağın 2 qəpik artması hesabına büdcə təxminən 66-70 milyon manat qazanacaq. Son 2 ildə yol vergisi üzrə daxilolmaların azalmasına 2013-cü ilin aprelin 20-dən Nazirlər Kabinetinin "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edilməsi barədə qərarı səbəb olub. Belə ki, bu qərara əsasən minik avtomobillərinin istehsal olunduqları vaxtdan keçən 4 il ərzində dövlət texniki baxışından azad olması, 4 ildən sonra isə iki ildə bir dəfə dövlət texniki baxışından keçməsi yol vergisinin azalmasına gətirib çıxarıb.

Beləliklə, yol vergisinin ləğvinə baxmayaraq, avtomobil yanacağının qiymətinin qaldırılması ilə bu xidmətlərdən büdcəyə daxilolmalar 2-3 dəfə artacaq. Belə ki, əvvəl texniki baxışa gələn avtomobillərdən bu vergi tutulurdu. Amma texniki baxışdan keçmə qaydaları dəyişdirildikdən sonra yeni avtomobillər texniki baxışa gəlmədi və nəticədə yol vergisi azaldı. Buna görə də hökumət manevr etdi və benzinin qiymətindən tutulacaq.

Ölkədə illik avtomobil benzini istehlakı 1296,8 min ton və yaxud 1 milyard 800 milyon litrdir. Hazırda benzinin qiymətini 2 qəpik qaldırmaqla əldə edilən gəlir Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) üçün təxminən 35 milyon 300 min manat olacaq. İl ərzində istehlak edilən dizel yanacağı isə illik 1292,3 min ton və yaxud 1 milyard 600 milyon litrdir. Bu yolla əldə ediləcək gəlir isə təxminən 31 milyon manat olacaq. Bu isə o deməkdir ki, bir il ərzində ARDNŞ-nin avtomobil sahiblərindən yığıb büdcəyə ötürəcəyi əlavə vəsaitin həcmi təxminən 66-70 milyon manat olacaq.

İqtisadçıların hesablamalarına görə, Tarif Şurasının bu qərarı sayəsində neftin ucuzlaşmasından Azərbaycanın 2015-ci ildə itirəcəyi 6-9 milyard manatın təxminən 0,7-1.1 faizi avtomobil yanacağının qiymətinin qaldırılması yolu ilə doldurulacaq. Məsələ ondadır ki, Azərbaycan iqtisadiyatı hazırda enerji resurslarının ucuzlaşmasından yararlanıb böyüyə bilmir.

Yeri gəlmişkən, 2015-ci ilin dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə 50 milyon, Dövlət Gömrük Komitəsinin xətti ilə isə 17,6 milyon manat, yəni cəmi 67,6 milyon manat vəsaitin cəlb ediləcəyi proqnozlaşdırılıb.

Sevinc

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024