Region (29-11-2016, 15:16)
Natiq Cəfərli: “Ərzaq məhsulları 30%-ə yaxın bahalaşacaq”
“Tarif Şurasının bu qərarından sonra demək olar ki, bütün sahələrdə qiymət artımın olacağı gözlənilən əsas amillərdəndir”
Natiq Cəfərli: “Ölkədə kommunal xidmətlərin, enerji daşıyıcılarının tariflərinin artırılmasında ən böyük ziyan kiçik sahibkarlara dəyəcək”.
Mediatv.az: Xəbər verdiyimiz kimi Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. İclasda, həmçinin yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilib, indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Natiq Cəfərli: “Bir müddət sonra əhali ilə «Azəriqaz» və «Azərişıq» arasında hesablanma qaydasına görə ciddi mübahisə olacaq”.
Bu mövzu ilə bağlı PİA.AZ Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli ilə olan müsahibəni təqdim edir:
- Natiq bəy, əhalinin real gəlirlərinin kəskin azaldığı bir dövrdə ölkə daxilində kommunal xidmətlərin, enerji daşıyıcılarının tariflərinin artırılması azərbaycanda istehsal sahələrinə, həmçinin xidmət sahələrinə necə təsir edəcək?
-Təbii ki, ölkədə kommunal xidmətlərin, enerji daşıyıcılarının tariflərinin artırılmasında ən böyük ziyan kiçik sahibkarlara dəyəcək. Yəni şirniyyat, çörək sexləri, kafe, restoran, çay evləri işlədən kiçik sahibkarlara ziyan dəyəcək. Həmçinin kənd təsəərrüfatında istixanaların vasitəsi ilə kifayət qədər məhsul istehsal edən fermerlərə, kənd təsəərrüfatında işləyən sahibkarlara da ciddi ziyan dəyəcək. Çünki mal və xidmətlərin maya dəyəri istixanalardan daha yüksəkdir. Amma xidmət sahəsində və istehsalda enerji daşıyıcılarının maya dəyərindəki yükün təqribən 25-30%-ə qədərdir. Yəni maya dəyərinin 1/3 enerji daşıyıcılarının payına düşür.
İşıqda və qazda qiymət artımı təbii ki, kiçik sahibkarları da məcbur edəcək ki, öz xidmətləri və istehsal etdikləri məhsulların qiymətlərin qaldırsın. Bundan əlavə qiymət artımının çox ciddi təsirir istixanalarda olacaq. Çünki köhnə qiymətlə hesablanmış həcm 1500 kub metrdir. Bu da istixanaların bir neçə günlük işlətdiyi qaza bərabərdir. Deməli, onlar üçün artıq iki qat qiymət hesablanacaq. Bu da onların istehsal etdiyi tərəvəz məhsullarının qiymətinə ciddi təsir göstərəcək.
Yəni Tarif Şurasının bu qərarından sonra demək olar ki, bütün sahələrdə qiymət artımın olacağı gözlənilən əsas amillərdəndir. Sonuc etibarı ilə bu qərar bütün sahələrə ciddi təsir göstərəcək. Son zamanlar qiymətlərin onsuzda artım tempi xeyli dərəcədə yüksəlmişdi. Tarif Şurasının bu qərarından sonra qiymət artımını daha ciddi hiss etməyə başlayacağıq. Əsas yük təəssüf ki, yenə əhalinin çiyinlərinə düşəcək.
Natiq Cəfərli: “Tarif Şurasının bu qərarından sonra qiymət artımını daha ciddi hiss etməyə başlayacağıq”.
- Hökumətin bu qərarından sonra qiymətlərin artımı neçə faiz gözlənilə bilər?
-Xidmət sahəsində qiymətlərin daha az qalxması gözlənilir. Amma qiymət artımı istehsal sahələrinə ciddi təsir göstərəcək. Əsasən də yenə qeyd edim ki, bu qərar istixanalara ciddi təsir göstərəcək. Biz yaxın gələcəkdə xidmət sahəsində 15%-ə yaxın, ərzaq məhsullarında 30%-ə yaxın qiymət artımı görə bilərik. Kiçik sexlərdə, yəni şirniyyatdan tutmuş tərəvəz məhsullarına qədər istehsal olunan kiçik sexlərdə də qiymət artımı ciddi təsirə səbəb olacaq. Orada da qiymət artımının təqribən 25%-ə qədər olması gözlənilir.
- Bu qərarın psixoloji və iqtisadi təsirləri barədə nə deyə bilərsiniz? İşığın və qazın qiymətinin qaldırılması əsasən əhalinin orta və kasıb təbəsinə necə təsir edəcək?
- Bu qərarın psixoloji təsirləri çox ciddidir. Çünki son zamanlar əhalinin gəlir səviyyəsi kifayət qədər aşağı düşüb. Bundan başqa ölkəmizdə iş yerlərinin bağlanması prosesi də surətləndirilib. Açıqlanan tarifin də hədindən artıq qarışıq bir sistemlə hesablanmasın nəzərə alsaq, əminliklə demək olar ki, bir müddət sonra əhali ilə «Azəriqaz» və «Azərişıq» arasında hesablanma qaydasına görə ciddi mübahisə olacaq. Texniki cəhətdən bu məsələlər həll olunmasa, bu məsələ böyük problemlərə yol aça bilər.
Natiq Cəfərli: “Bir neçə aydan sonra bütün ailələr qaz pulun yeni tariflə ödəməyə məcbur olacaqlar”.
- Tarif Şurası müəyyən limit qoymaqla əsasən kasıb təbəqənin sosial müdafiəsini təmin edə biləcəkmi?
-Əgər texniki cəhətdən qəbul olunmuş qərarların yerinə yetirilməsi üçün sayğaclarda müəyyən əməliyyatlar, yəni yeni yazım proqramları həyata keçirilsə, ola bilər ki, qiymət artımı işığı və qazı az işlədən ailələrin büdcəsinə o qədər də ciddi təsir göstəməsin. Amma hər bir halda köhnə qiymətlə 13 manat 50 qəpik qaz pulu idi. Demək olar ki, bir neçə aydan sonra bütün ailələr qaz pulun yeni tariflə ödəməyə məcbur olacaqlar. Yəni ən yaxşı işlədən ailə də təqribən 7-8 aya bu normanı dolduracaq. Kombi sistemi işlədən evlərdə isə cəmi 3-4 aydan sonra bu normanın dolması gözlənilir. Sonrakı aylarda bu ailələr də artıq iki qat qiymətlə qazın pulunu ödəməyə məcbur olacaqlar.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024