Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (18-11-2016, 17:26)
Avstriyanın Azərbaycandakı səfiri: "Gündəmdə olan Putin-Lavrov planı heç də yeni bir şey deyil"

sefir-avstriya

Mediatv.az  Avstriyanın Azərbaycandakı səfiri Aksel Vexin “Strateq.az” saytına müsahibəsini təqdim edir

 

– Cənab səfir, Azərbaycanla Avstriya arasındakı münasibətlər hansı səviyyədədir və hazırkı əlaqələr sizi qane edirmi? Məsələn, Avstriya Azərbaycanda biznesini genişləndirməkdə maraqlıdırmı və əsasən bunu hansı sahələrdə olmasını arzu edir? 

– Avstriya ixrac ölkəsidir. Azərbaycan da daxil olmaqla, dünyanın digər ölkələri ilə iqtisadi, biznes əlaqələrimizi genişləndirməkdə maraqlıyıq. Rusiyaya qarşı sanksiyalar tətbiq olunandan sonra, yəni Avstriyanın Rusiyaya, Ukraynaya olan ixracının azalması ilə bağlı biz yeni bazarlardan, yeni imkanlardan yararlanmağı düşünürük. Daha çox Azərbaycana eksport etmək niyyətindəyik.

Problem ondadır ki, hazırda Azərbaycan iqtisadiyyatının inkişaf sürəti əvvəlki səviyyədə deyil. Buna əmin olmaq üçün ətrafa nəzər yetirmək kifayətdir. Məsələn, bir çox tikinti layihələri dayandırılıb. Amma ötən zaman içərisində biz tikinti, inşaat sahəsində intensiv iştirak etmişik. Bakıdakı Xalça Muzeyinin tikintisində, İçərişəhərin restavrasiyasında, “Şahdağ” və “Qusar” dağ-xizək turizm kompleksinin, Bakı Beynəlxalq Aeroportunun tikintisində Avstriya şirkətləri iştirak edib. Bu tikinti sahəsi Azərbaycanda neft sektorundan sonra ikinci vacib sahədir. Bunun üçün yeni layihələr, yeni sifarişlər gəlməlidir. Buna baxmayaraq, avqustdan etibarən biz qeyri-neft sektorunda bir neçə milyonluq müqavilələr imzalamışıq. Bir çox sahələrdə öz ekspertizamızın bura gətirilməsində maraqlıyıq. Xüsusən də dəmir yol sahəsindəki Avstriya təcrübəsində və kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək arzusundayıq.

– Azərbaycandakı maliyyə böhranına görə, burda fəaliyyət göstərən bir çox xarici şirkətlər çıxıb gedib. Gedənlər arasında Avstriya şirkətləri də varmı?

– Bildiyimə görə, onların hamısı burdadı, amma indiyə kimi burdakı rezident Avstriya şirkətlərindən çox deyil.  İki böyük şirkət iqtisadi böhrandan əvvəl gedib. Azərbaycana gələn Avstriya şirkətləri uzunmüddətli inkişaf və əməkdaşlıq konsepsiyası hazırlayıb və onun üzərində burada işləyirlər. Onların məqsədi burda qısa müddət üçün maksimim gəlir əldə edib ölkəni tərk etmək deyil, uzun müddətə ölkədə qalıb işləməkdir.

– Keçən həftə Avropa Film Festivalı çərçivəsində Avstriya filmi təqdim olundu. Növbəti ayda məşhur Vyana Ştraus Festival Orkestrinin Heydər Əliyev Mərkəzində konserti keçiriləcək. Ümumiyyətlə, qarşılıqlı mədəni əlaqələri daha da genişləndirmək üçün daha hansı planlarınız var?

– Bu il üçün Vyana Ştraus Festival Orkestrinin konsert səfəri ilə kifayətlənəcəyik. Amma bu konsertin təşkilatçılığının səfirliklə əlaqəsi yoxdur.  Məmnuniyyətlə, yenə də caz festivalında iştirak etmək istərdik. Ümid edirik ki, növbəti ildə Qəbələdə keçiriləcək musiqi festivalında iştirak edəcəyik. Həmçinin, növbəti ildə keçiriləcək Avropa Film Festivalında da iştirak etmək niyyətindəyik. Çalışacayıq ki, avstriyalı ədiblərdən birini Azərbaycana dəvət edək. Eşitdiyimə görə, onlardan birinin əsəri Azərbaycanda artıq tərcümə edilib.  Əsas məqsəd o olmalıdır ki, regionlara da gedək, Avstriyanın mədəniyyətini orda da tərənnüm edək.  

– Təhsil sahəsində vəziyyət necədir. Qarşılıqlı nə kimi əlaqələr mövcuddur?

– Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə Azərbaycan Turizm Menecment Universiteti arasında on ilə yaxındır ki, əməkdaşlığımız mövcuddur.  Çox istərdik Avstriyanın Aqrar Universiteti ilə Azərbaycanın Dövlət Aqrar Universiteti, həmçinin,  Bakı Ali Neft Məktəbi ilə Avstriyanın Leoben Montan Universiteti arasındakı  əməkdaşlıq yaransın. Amma maliyyə problemi ilə bağlı bu təhsil ocaqları ilə bağlı əməkdaşlıqda çətinliklər var.

– Hazırda Azərbaycanda avstriyalı, ölkənizdə azərbaycanlı tələbələrin sayı nə qədərdir?

– Avstriyadan burda təhsil alan tələbə yoxdur. Amma ölkəmizdə kifayət qədər azərbaycanlı tələbə təhsil alır. 2014-cü ildən səfirliyə 250-yə yaxın tələbə təhsil vizaslyla bağlı müraciət edib.   

– Cənab səfir, Pakistandan sonra ikinci müsəlmən ölkəsi Azərbaycanda fəaliyyətinizi davam etdirirsiniz. Bu iki ölkəni müqayisə etdinizmi və hansı ölkədə çalışmaq daha rahat görünür sizə?

– Açığı, çalışdığım ölkələri bir-biri ilə müqayisə etmək istəmirəm. Çünki hər bir ölkənin öz xüsusiyyəti, öz yeri, eyni zamanda müsbət və mənfi cəhətləri var.  Hindistanda işləmişəm, ora yaxşıydı, Braziliya da həmçinin. Pakistan maraqlıydı. Məsələn, Pakistanda dünyanın ən böyük istehkamlarından olan Ranikot Fort var. Hansı ki, divarının uzunluğuna görə, Çin səddindən sonra dünyada ikinci yerdədir. Müsəlmənlar gedib oranı ziyarət edir. Amma burada bu yoxdur. Elə şey var ki, burda var, orda yoxdu. Pakistanda ingilis dilini bilənlər çoxdur və ünsiyyət üçün bir az rahatdı, amma burada rus dilini daha çox bilmək lazımdır. Müqayisədə bura daha təhlükəsizdir, gəzib-dolaşmaq rahatdır.

– Şengen sazişinə daxil olan ölkələr son illər miqrant dalğası, terror təhlükəsi və digər hallarla üzləşir. Bu, Avstriya da daxil olmaqla digər Avropa ölkələrini sərhədlərini möhkəmlənidrməyə vadar edir. Sizcə, bu dalğanın, terrorun qarşısını almaq üçün daha çox hansı ölkələr mühafizə tədbirləri görməlidir?

– Düşünürəm ki, Şengen zonasında hüquq-mühafizə orqanlarının bir-biri ilə əməkdaşlığı yüksək səviyyədə olmalıdır. Bu, müxtəlif yollarla ola bilər, məsələn, axtarış siyahılarının, məlumatların bir-biri ilə intensiv mübadiləsi və xarici sərhədlərin yüksək səviyyədə qorunması. Düşünürəm ki, xarici sərhəddə yerləşən ölkələr bu problemlə üzləşdiyi üçün onlara kömək etmək lazımdır. Məsələn,  Yunanıstan, İspaniya, İtaliya bura daxildir. Məsələ onda deyil ki, onlar bunu bacarmayacaq. Məsələ daha çox ümumi Avropa miqyasında kömək etməyin vacibliyindən gedir. Bu, bizim bir prinsipimiz olmalıdır ki, bir-birimizə dəstək verməliyik. Düzü, bununla bağlı Avropa İttifaqı tərəfindən həyata keçirilən tədbirlər, xüsusi dəstələr var və qanunsuz miqrasiyanın qarşısını almaq üçün Aralıq dənizində də əməliyyatlar keçirirlər ki, leqal keçmək istəyəndə suda boğulub ölməsinlər. “Bu insanlarla sonra biz neyləyək?” deyə sualı yaranır ki, istəyirik bunun üzərində çox işləyək.

sefir-avstriya-4

– Hazırda daha çox  tənqidlər səslənir ki,  Avropa tolerant, multikultural dəyərlərini unudub. Miqrantlarla ləyaqətlə davranmırlar və s. Bu irad və ittihamları qəbul edirsinizmi?

– Bunun üçün kifayətdir ki, Avropaya gedəsən, ordakı mənzərəylə tanış olasan. Orada görəcəksiniz ki, həqiqətən də mədəniyyətlərarası dialoq var. Orada sinaqoqlar, kilsələr, məscidlər tikilir, yəni həqiqətən də bu dəyərlər qorunur, digər xalqların dəyərlərinə hörmətlə yanaşılır. İnteqrasiya səyləri göstərilir ki, gəlmələr inteqrasiya olunsun. Yaxud da, hansısa tənqidi fikir söyləmək Avropada çox rahatdır, heç bir qorxu yoxdur ki, həmin adam sonra təqib olunsun və ya da problemlə üzləşsin. Bu, dini nöqteyi-nəzərdən tənqid də ola bilər, yaxud da ölkə başçısının da tənqidi ola bilər. Yəni Avropada buna normal münasibət göstərilir. Bizdə bu sahədə vəziyyət nümunəvidir. Buna görə də, bu cür iradları mən qəbul etmirəm. Belə iradları eşitmək də istəməzdim. Hətta bir çox yerli sakinlər xüsusi imtiyazlarından da imtina etmək istəyərdi ki, cəmiyyətdə bərabərlik olsun.

– Avropaya miqrant dalğasında Qərb ölkələrinin, Avropa İttifaqi da daxil olmaqla Yaxın Şərq siyasətinin əsas səbəb olduğu fikiri tez-tez səslənir. Bu fikirlərlə Azərbaycanda da çoxları razılaşır. Siz nə düşünürsünüz bu məsələlər barədə? Axı bu gün Avropada sığınacaq axtaran suriyalılar bir neçə il əvvəl öz yurdlarında dinc şəkildə yaşayırdılar…

– İndiyə kimi bu miqrasiya dalğası daha çox Əfqanıstandan, Pakistandan, daha sonra Afrikadan gəlirdi. Düşünmürəm ki, Qərbin Yaxın Şərqlə bağlı siyasətində bu problemlər üzə çıxdı. Miqrasiya, yaxud da Avropaya gəlmək bir çox səbəblərdən qaynaqlanır. Buna müharibə də, təbii fəlakət də, Avropada daha yaxşı həyat gözləntisi də səbəb ola bilər.  Bir çox miqrantlar üçün Avropanın açıq cəmiyyəti, dünyagörüşü cəlbedicidir.

Eyni zamanda orda iş, əmək perespektivləri də onları cəlb edir. Suriyalı qaçqınları götürsək, onlar üçün Səudiyyə Ərəbistanına köçüb orada işləmək dil və dini yaxınlıq nöqteyi-nəzərdən daha uyğun və rahat olardı. Amma onlar Avropanı, yaxşı imkanlar olan yeri seçirlər. Rusiya hazırda Suriyanı bombalayır, amma suriyalı qaçqınlar ora getmir. Düşünürəm ki, Avropanın “təqdim etdiyi təklif” miqrantlar üçün çox cəlbedicidir.  Onlar bunu seçir. İnsanlar Türkiyədə qalmaq istəmir. Onlar daha uzağa getmək istəyir. Fikrimcə, bu açıq cəmiyyət, açıq imkanlar insanlar üçün çox mühüm faktodur.

– Son zamanlar Azərbaycan Avropa İttifaqı münasibətləri yenidən diqqət mərkəzindədir. Bakı və Brüssel Strateji  Tərəfdaşlıq Haqqında Saziş imzalamağa hazırlaşır.  Bu Saziş ikitərəfli münasibətlərə hansı töhfə verəcək? Bu barədə nələri demək olar?

– Düşünürəm ki, yaxşı olacaq və Avropa Komissiyası yaxşı danışıqlar aparacaq. Bu sualın cavabı ilə bağlı (barmağı ilə yuxarı işarə edərək gülür) 11-ci mərtəbəyə qalxmaq lazımdır  – (Avstriya səfirliyinin olduğu binanın 11-ci mərtəbəsində Avropa İttifaqının Bakıdakı ofisi yerləşir – L.S.)Ümumiyyətlə, bununla bağlı biz geniş həcmli bir sazişi nəzərdə tuturuq. Təkcə iqtisadi, neft-qaz sahələri deyil, çoxtərəfli saziş olmalıdır ki, bizim əməkdaşlığı, münasibətləri tam təcəssüm etdirsin.

– Avropa İttifaqı ilə Azərbaycan münasibətlərində Qarabağ münaqişəsinin həllinə yanaşma, Brüsselin iştirakı xüsusi yer tutur. Azərbaycanda, adətən, Avropa İttifaqını Azərbaycan torpaqlarının 20% işğal etmiş Ermənistana kifayət qədər sərt təpki göstərməməkdə günahlandırırlar. Eyni zamanda erməni lobbisinin Avropa İttifaqı strukturlarında Azərbaycana qarşı fəal iş aparması qeyd olunur. Siz bu rəyləri necə şərh edərdiniz?

– Bununla bağlı ATƏT-in Minski Qrupu var. Avropa İttifaqının bu məsələdə elə də çox rolu yoxdur. Bu qrup illərdir bununla bağlı təkliflər, ideyalar verib. Bir müddətdir o təkliflər masa üzərindədir, sadəcə onları qəbul edib icra etmək lazımdır. Sual yaranır, necə vadar edək ki, bu iştirakçı dövlətlər onu qəbul edib icra etsin? Hazırda gündəmdə olan Putin-Lavrov planı da heç də yeni bir şey deyil. Madrid prinsiplərində də bundan söz açılmışdı.

– Bununla bağlı sizin nəsə təklifləriniz varmı?

– Düzü, istəməzdim ki, öz tərəfimdən təklif verim. Çünki bununla bağlı artıq təkliflər verilib. Sadəcə olaraq onu icra etmək lazımdır.

– Bəs onu necə icra edəcəklər?

– Mən də bununla bağlı nəsə fikir söyləyə bilmirəm. Çünki bu, ATƏT-n Minski Qrupunun səlahiyyətindədir. İstəməzdim ki, o işə mən müdaxilə edim.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024