Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (22-07-2016, 16:16)
Əbülfəz Qarayev: “Buna təəssüf edir, lakin ümidimi itirmirəm”

ebulfez

 

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın “I-Tourisme” jurnalına müsahibə verib. 

Mediatv.az nazirin müsahibəsini təqdim edir.

– Turizmin inkişafı hökumətinizin prioritetlərindən biridir. Fransa ictimaiyyətinin diqqətini cəlb etmək üçün hansı proqramları həyata keçirməyi planlaşdırırsınız?

– Əvvəla, bizim Fransa ilə daim çox yaxşı münasibətlərimiz olub. Fransanın bütün prezidentlərinin Azərbaycana ardıcıl səfərləri bunu sübut edir.

Bu yaxınlarda isə mən daha yaxşı birgə əməkdaşlıq üçün istiqamətlərin müəyyənləşdirməsi məqsədilə nümayəndə heyətlərini Azərbaycana dəvət etmişdim. Biz sizin Turizm Nazirliyiniz və nazirlərinizin himayəsi altında Fransa şəhərləri, muzeyləri, xüsusilə də Luvr Muzeyi ilə əməkdaşlığa başlamışıq. Sizdə nazirlər dəyişsə də, mən bu kursu davam etdirirəm – fransalı turistləri qəbul etmək üçün işlər davam edir.

– Fransada belə rotasiya yalnız turizm sahəsində baş vermir. Bu, bizdə köhnə adətdir. Amma siz haqlısınız, kursu saxlamaq lazımdır. Bəs artıq hansı nəticələr əldə etmisiniz?

– Hələ nəticə əldə etməmişik. Bundan məyus olduğumu etiraf edirəm. Bütün görülən işlərə baxmayaraq, fransız turistləri hələ ki, hərəkətə keçməyib. Mən buna təəssüf edir, lakin ümidimi itirmirəm. Mən 2017-ci ildə də səylərin davam etdirilməsi haqda göstəriş vermişəm.

– Bu, onu göstərir ki, ortada viza kimi maneələr var…

– Bu yerdə sözünüzü kəsməli olacağam. Bu problem həll edilib. Belə ki, bu ilin sentyabrından etibarən, elektron viza sistemi işə düşəcək və bu prosedurun yaratdığı maneələr aradan qalxacaq.

Bundan başqa, bizim Fransaya birbaşa aviareyslərimiz də həmvətənlərinizin sayəsində turizmi inkişaf etdirməmizə töhfə verəcək. Buna ümid edirik. Biz, turistləri daha asan formada cəlb edə bilmək üçün ekspertlərin də rəyini dinləyirik. Məsələn, qonşuluqda olan ölkələrdən turistlərin – səyahət etməyi çox sevən rusların cəlbi üçün.

Fransa bizim üçün dəyərli dost və tərəfdaş ölkədir. Biz münasibətlərimizi daha da inkişaf etdirməyi düşünürük.

– Turizm agentliklərini təmsil edən Rişar Subyel ilə əməkdaşlıq haqqında saziş imzalamağınız da bununla bağlıdır?

– Tamamilə doğrudur. Bizim fransalı turizm peşəkarlarına ehtiyacımız var. Bu sazişin məqədi əməkdaşlığı genişləndirmək, bu sektorun müxtəlif iştirakçıları arasında mübadiləni asanlaşdırmaqdır.

Konkret olaraq, biz turizm agentliklərini Azərbaycana gətirmək üçün əlverişli şərait yaratmaq istəyirik. Onlar bizim ölkəmizi kəşf edəcək və biz onların məsləhətlərini diqqətlə dinləyəcəyik.

– Və turizm təşkilatlarının görüşünə gedəcəksiniz?

– Əlbəttə. Mən hətta nümayəndələrimizin “Top Resa” sərgisi çərçivəsində Fransaya getməsinə razılığımı vermişəm. Bu sərgidə iştirak konstruktiv dialoq qurmaq üçün bir imkan olacaq.

– Və gələk sizin istiqamətin təqdim etdiyi müxtəlifliyin – idman, səhiyyə, qastronomiya, tarix – qiymətləndirilməsinə. Vicdanla danışsaq, maarifləndirmə ilə bağlı probleminiz var!

– Mətbuat da prioritetlərimizdən biridir. Bu, nəzərdə tutulur.

– Rişar Subyel deyirdi ki, bu yeni istiqamət islam və Qərb dünyası arasında tolerantlığın təşviqilə böyük rola malik olacaq. Bu fikir haqda nə düşünürsünüz?

– Tolerantlıq bizdə sadəcə söz deyil: o yaşanır. Cənab Subyel bunu vurğulamaqda haqlıdır. Bizim hakimiyyətimiz dünyəvidir və dinlər insanlar arasında maneə deyil.

Turizmin missiyası insanların bir-birini daha yaxşı anlaması üçün onları yaxılaşdırmaqdır. Bizim ölkəmizə gəlin və siz bunu gündəlik həyatda görəcəksiniz.

– Dağlıq Qarabağ problemi qalmaqdadır?

– Bəli, biz bunu diplomatik yolla həll etmək üçün çalışırıq. Bu, yeganə davamlı həll yoludur.

– Sonuncu sual: Aleksandr Düma vaxtilə bir neçə gün ölkənizdə qalıb. Bu tarixi faktın qabardılmalı olduğunu düşünmürsünüz?

– Bu da bir sıra digər maraqlı faktlar kimidir. Fransada heç kəs bilmir ki, Aleksandr Düma Azərbaycana gəlib və hətta burada onun adına küçə var. Fransa Turizm Agentlikləri ilə əməkdaşlığımızın məqsədi də fransız turizm peşəkarlarını bizim istiqamətin bütün üstünlükləri haqda məlumatlandırmaqdır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024