Təhsil (18-11-2020, 12:14)
Şəmkirdə təhsil özbaşına buraxılıb... - İTTİHAM
Bu yaxınlarda aktualxeber.az saytında “Direktor müəllimədən 700 manat rüşvət tələb edib” başlıqlı məqalə dərc etmişdik. Məqalə Şəmkir rayon Düyərli kənd 2 saylı orta məktəbin müəlliməsi Əliyeva İradə Hüseynalı qızının müraciəti əsasında hazırlanmışdı. Şikayətçi deyirdi ki, ixtisasca biologiya və həyat bilgisi müəlliməsidir. İradə xanım bu fənlər üzrə 2015-ci ildə Bakıda keçirilən kurslarda iştirak edərək rəsmi sertifikat da alıbmış. İndiyədək də yuxarıda adı çəkilən məktəbdə həmin fənlərdən dərsləri deyibmiş. Lakin direktor İsmayılova Bela Bəymalı qızı ondan 700 manat rüşvət tələb edib, ala bilməyəndən sonra hər şey dəyişib. İradə Əliyeva rüşvəti verməkdən imtina edəndən sonra, bu ilin oktyabrın 1-dən direktor onun dərs saatlarını kəsərək saxta serifikatlı bəzi müəllimələrə pul müqabilində satıb. Gah deyib ki, həmin müəllimə sertifikatı onlayn alıb, gah deyib ki, 2016-cı ildə kurs keçib. Əgər bu müəllimənin 2016-cı ildən sertifikatı var imişsə niyə indiyənədək dərs tələb etməyibmiş? Direktor Bela İsmayılova İradə Əliyevaya deyib ki, get hara şikayət edirsən et, mənim arxamda dayananlar var. Şikayətçinin sözlərinə görə Şəmkirdə hazırda Təhsil Şöbəsinin müdiri yoxdur və onu əvəz edən şəxs var. Həmin şəxs də Bela İsmayılovanın yaxın adamı olduğuna görə direktor arxayınlaşıb. Şikayətçi eyni zamanda qeyd edir ki, kənddə əlilliyi olan uşaqlara ev şəraitində dərs keçilmir. Halbuki dövlət büdcəsindən bu işlərə xeyli pul vəsaiti ayrılır. Qeyd edək ki, bu direktorla bağlı “youtube” sosial şəbəkəsində xeyli şikayət süjetləri var.
Sonda onu da qeyd edək ki, bizim məqaləmiz dərc edildikdən sonra direktor şikayətçini hədələmiş və ona ismarıc göndərərək icra başçısı Alimpaşa Məmmədovun köməkliyi ilə onun yerdə qalan dərs saatlarını da əlindən alacaqdır. Çünki son vaxtlar Bela İsmayılova öz yaxın ətrafına deyir ki, onun arxasında Təhsil Şöbəsinin müdirindən əlavə icra başçısı da dayanır. Ümidvarıq ki, bir kənd məktəbinin direktorunun qanunsuz əməllərinin və özbaşınalıqlarının qabağını alacaq bir dövlət qurumu tapılacaqdır.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024