Region (Bu gün, 16:54)
İsnov kəndində vətəndaşlarla səyyar qəbul keçirilibFOTOLAR

Mediatv.az xəbər verir ki,11 sentyabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Zərqava kənd inzibati ərazi dairəsinin İsnov kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonumuzda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı məlumatlandırılmış, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar vermişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə İsnov kənd ümumi orta məktəbində yaradılmış Şəhidlər xatirə guşəsinin önünə gül dəstələri düzmüşdür.













Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025