Region (Dünən, 12:39)
Küpçal kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.

4 mart 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Küpçal kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də Quba rayonunda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar vermişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Küpçal kənd tam orta məktəbində yaradılmış Şəhidlər xatirə guşələri ilə tanış olmuşdur.









Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025