Region (Dünən, 12:11)
Uzunmeşə kəndində səyyar vətəndaş qəbulu keçirilibFOTOLAR

Mediatv.az xəbər verir ki,3 iyul 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Alpan kənd inzibati ərazi dairəsinin Uzunmeşə kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon prokuroru, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Uzunmeşə kənd ibtidai məktəbinin önündə qoyulmuş şəhid Yusif Rzayevin büstünün qarşısına gül dəstələri düzmüşdür.








Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025