Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (9-07-2023, 18:32)
TOVUZ RAYONUNDA ŞƏHİD AİLƏLƏRİNƏ XÜSUSİ QAYĞI GÖSTƏRİLİR

 





"Tovuz rayonunun gözəl təbiəti, zəngin sərvəti vardır. Ən qiymətli sərvəti isə onun əməksevər insanlarıdır”. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev bu qədim Oğuz diyarı haqqında danışarkən məhz bu ifadələri işlədirdi. Doğrudan da, gözəl təbiətə, zəngin sərvətlərə malik Tovuz rayonu əməksevər, vətənpərvər insanları ilə daha da gözəlləşir, onların əməyi sayəsində gündən-günə inkişaf edir, müasirləşir. Ceyrançöldən Xunam düzünə, Xınna dərəsinə, Böyük Qışlağa, Çeşməliyə qədər uzanan bu ecazkar, qədim diyarda müasir inkişafın ən son örnəklərini görmək həqiqətən də  xoşdur, fərəhlidir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və dövlətimizin inkişafını sürətləndirən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarından irəli gələn məsələlərin rayon rəhbərliyi tərəfindən yüksək səviyyədə icra edilməsi Tovuzun inkişafını təmin edir.Tovuz rayonunda gənclərin, yeni nəslin vətənpərvərlik tərbiyəsinə həmişə həssaslıqla yanaşılır. 2020-ci ilin iyul ayının 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törədilən təxribatın qarşısının alınmasında qüdrətli Ordumuzla möhtəşəm birlik nümayiş etdirən tovuzlular bu dəfə də tarixin sınağından alnı açıq, üzü ağ çıxdı və öz ünvanına bir zəfər tarixi yazdı. "Vətən müharibəsinə aparan yol Tovuzdan başlayıb, burada düşmənə layiqli cavab verilib, hadisələr zamanı rayon əhalisi böyük həmrəylik və vətəndaş məsuliyyəti nümayiş etdirdi". Bu sözlərin  ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən səsləndirilməsi rayonda vətənpərvərlik coşqusunun daha da güclənməsinə, insanların daim səfərbərlik ruhunda saxlanmasına səbəb oldu.Tovuz rayonunun sosial-iqtisadi inkişafının zirvəsi məhz Ulu Öndər Heydər Əliyevin, onun sadiq davamçısı İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir.Son illərdə Tovuz rayonuna 8 dəfə səfər edən cənab Prezident İlham Əliyev rayonun sosial-iqtisadi inkişafı ilə bağlı 28 Sərəncam imzalamış, bir çox təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Tovuzlular cənab Prezidentin, həmçinin Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın qayğısını həmişə hiss etmişlər və böyük minnətdarlıq hissi ilə bunu yüksək dəyərləndirirlər.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün regionlarda olduğu kimi Tovuzda da abadlıq-quruculuq işləri davam edir. Bu işlərin davamı olaraq Tovuz şəhərinin Əhməd Cavad, Məhəmmədhüseyn Şəhriyar və Musa Musayev küçələrində abadlıq-quruculuq işləri görülür. Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Tovuz şəhərində və rayonun müxtəlif kəndlərində aparılan abadlıq və quruculuq işləri  ilə yerindəcə tanış olur və  müvafiq tapşırıqlar verir. Görülən işlərə görə ölkə rəhbərinə təşəkkürlərini bildirən sakinlər aparılan abadlıq və təmir-bərpa işlərinin onların rahatlığına xidmət etdiyini qeyd edirlər. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması, vətəndaşlara göstərilən qayğı, vətəndaşlarla bağlı verilən tapşırıq və tövsiyələr bu gün hər bir dövlət məmuru üçün örnəkdir. Tovuzda da vətəndaş amili hər zaman əsas götürülür. Məmməd Məmmədovun  Tovuza  rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Tovuzun Qovlar qəsəbəsində, Alakol, Əyyublu, Düz Qırıqlı, Çatax, Əlibəyli, Yanıqlı, Vahidli, Ağbulaq və digər  müxtəlif kəndlərində  sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon  sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir."Vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılmalıdır”, - deyən icra başçısı idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edir. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verir.İcra başçısı  Məmməd Məmmədov həmişə deyir: "Şəhid adı çəkiləndə, ilk növbədə, onun valideynləri, yaxınları gəlib dayanır gözlərim önündə. Səmimiyyətimə inanın, bir anlığa özüm oluram şəhid atası. Ağır, sözlə ifadə oluna bilməyən o dəhşətli yük gəlir qonur çiyinlərimə. Sanki qəddim əyilir, nitqim tutulur, əllərim əsir, gözlərimə qaranlıq çökür...Ona görə də mən həmişə bütün orqanlara bu tip kateqoriyadan olan insanlara xüsusi diqqət və qaygı göstərməyi tapşırmışam".
 Bu günlərdə mən doğulub boya başa çatdığım Tovuza getmişdim. Parkda oturmuşdum, təsadüfən yaşlı bir xanım yaxınlaşdı, oturdu və  söhbət  əsnasında icra başçısından  çox razılıq etdi. Zərniyar adlı bu xanım dedi ki, nəvəm Məmmədov Elçin Eldəniz oğlu Gəncə Dövlət Universitetində oxuyur. Fizulinin azad olunması uğrunda döyüşlərdə iştirak  edib,xüsusi təyinatlı olub. Təhsil haqqını ödəyə bilmirdik, hamısını  Məmməd  müəllim  ödədi. Zərniyar xanım telefonunu da bildirdi 070 932 26 86. Bütün ailə üzvləri adından başçının ünvanına çoxlu təşəkkürlər söylədi və bildirdi ki, tək mənim nəvəmə  yox, bütün şəhid ailələrinə, qazilərə daim köməklik göstərir.
 Bir sözlə, bu gün Tovuz rayonu günü-gündən gözəlləşir, tərəqqiyə qovuşur. Rayonda ardıcıl olaraq yeni-yeni layihələr icra olunur. Geniş miqyaslı tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir. Əhalinin güzaranı durmadan yaxşılaşır.
Tovuzlular cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun Azərbaycanı xoşbəxt gələcəyə aparan yeganə yol kimi görürlər və həmişə bu siyasətə sadiqdirlər.
                                                                                QABIL  MƏMMƏDOV, 
                                                        Azərbaycan Dövlət Aqrar Universitetinin    
                                                         professoru, texnika elmləri doktoruшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024