Mədəniyyyət (16-10-2017, 16:30)
Könül Xasıyeva: Vücudum sızıldayır, göynəyir
“Elə şeylər var ki, onu açıqlaya bilmirəm. Vücudum sızıldayır, göynəyir... Onurğanın zədələnməsi bütün siniri pozur. Danışığa da, saça da, dişlərə də təsir edir”.
Mediatv.az-ın Axşam.az-a istinadla məlumatına görə, bu sözləri Xalq artistiKönül Xasıyeva deyib.
Səhhətində ciddi problem olan xanəndə ondan 70 min manat borc alan və qaytarmayan Xatirə Ağayevadan danışıb: “2015-ci ildə məni övladının toyuna çağırdı, getdim, oxudum. Sonra dəfələrlə zəng edib ki, ailəlikcə sizi sevirik. Beləcə, ailəvi tanışlığımız oldu. Xatirə Ağayeva pul istədi, verdim. Sonra hiss etdim ki, aldadılmışam. Həm özüm, həm övladım, həm də valideynlərim mənəvi zərbə aldıq. 40 il toylara getdiyim, yığdığım pulu indi vermir”.
Göz yaşlarını saxlaya bilməyən Xasıyeva səhhətinin pis olduğunu söyləyib: “Yuxum yoxdur, yata bilmirəm. Gecə yatanlara həsəd aparıram. 3 ilə yaxındır ki, heç bir efirə çıxa bilmirəm. Hər il konsert verən xanəndə olmuşam. Oxuya bilməmək mənim yaralı yerimdir. Son üç ildə hər şey pis hala düşdü”.
Muğam ifaçısının vəkili Şəfiqə Nağıyeva bildirib ki, X.Ağayevanın həbs olunmasını K.Xasıyeva istəməyib: “Könül xanımın istəyi ilə ona ev həbsi verdilər. İndi də pul ödəmir. Biz də tələb edirik, ya ödəsin, ya da həbs edilsin”.