Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (5-11-2015, 14:04)
Nazənin: “Təranə ilə qalmaqalda ərim məni dəstəklədi...”

“Təranə ilə qalmaqalda ərim məni dəstəklədi...”
Mediatv.az xəbər verir ki, müğənni Nazənin “Qafqazinfo”nun suallarını cavablandırıb:

- Nazənin xanım, son vaxtlar efirlərdə gec-gec görünürsüz. Başınız Təranə Qumralla aranızdakı məhkəmə prosesinə qarışıb?

- Mən xoşbəxt qadınam. Mənə dəstək olan həyat yoldaşım, üç övladım, nəvəm, fanatlarım var. Nər-nər nərildəyən insanları haqq, məhkəmə, gerçəklər susdurdu. Bu gərgin günlərdə həyat yoldaşım məni dəstəklədi. Dedi ki, bu işi o edib, özü təmizləyəcək. Vəkilimiz, qayda-qanunumuz var. Mənim məhkəmə zalında, elə yerlərdə nə işim var? Şükür olsun ki, elə qapıları tanımıram. Məhkəmə işi ilə vəkilimiz Adəm Məmmədov və yoldaşım məşğul olur. Biz dəlillərlə kimin kim olduğunu sübut etdik. Proses davam edir.

- Barışıq ola bilərmi?

- Həyatda barışıq ola bilməz. Mümkün deyil. 4-5 məhkəmə prosesi olub, qalib gəlmişik. Allahın bağışlamayacağını bəndə necə bağışlasın?

- Bu gərgin günləri necə keçirdiniz?

- Mənə ailəmlə yanaşım, fanatlarım da dəstək oldu. Bir verilişdə gözümdən yaş gəlsə, özlərini öldürürlər. Artıq ağlamayacam, özümə söz vermişəm. Mən pis olanda fanatlarım üzülür. Elə sözlər yazırlar ki, səhərə kimi özümə gələ bilmirəm. Mənlə bərabər sevinir, mənlə bərabər üzülürlər. Bizim artıq hərəkət edib, söz danışıb onları kədərləndirməyə ixtiyarımız yoxdur.

- Bu qalmaqallar yaradıcılığınıza təsirsiz ötüşə bilməz. Məhkəmənin bitməsini gözləyirsiniz, yoxsa tamaşaçıları yeniliklər gözləyir?

- Təbii ki, mən sənətimlə məşğulam. İki mahnımı aranjemana vermişəm. “Ay ürəyim”dən sonra estafeti heç kimə vermək istəmirəm. “Küsülü qalmayaq” mahnım da çox sevildi, hətta Moskvadan zənglər gəldi. Özüm təəccübləndim ki, qısa zamanda bir mahnı bu qədər sevilərmi? Noyabrın 7-8-i yeni klipimi montaj etdirmək üçün Türkiyəyə gedəcəm. Sevinc Mansurovanın “Unutdum” mahnısına da Türkiyədə klip çəkdirəcəm.

- “Ay ürəyim” kimi mahnıları toy mahnısı, bəzən isə bayağı mahnı adlandırırlar. Bu fikirlər sizi narahat etmir?

- Sevinc Mansurovanın yazdığı “Ay ürəyim” hit oldu, o mahnını bəyənməyənlər özləri “Ay ürəyim”ə oynayanlardır. İş adamından ziyalısına qədər bu mahnı dillər əzbəri olub. Zövqlər müxtəlifdir. Məni həzm edə bilməyənlər o mahnını aşağılayır. əksər müğənnilər toylarda “Ay ürəyim”i oxuyur. Studiyada mahnı yazdıranda prodüserim Pərviz dedi ki, başqa estrada mahnısı var, onu oxu, israrla “Ay ürəyim”i oxudum. Xalq artisti efirdə deyir ki, ondan “Ay ürəyim”i toyda istəyəndə narahat olur, amma toylarda oxuyur. Bir-iki nəfərin fikri etalon deyir. Əsas odur mahnılarımı tamaşaçı sevir, qəbul edir. Hər kəs məni sevməyə məcbur deyil. O mahnıya qulp qoyanlara da təşəkkür edirəm. Mən əsər oxumamışam, adi mahnıdır oxudum sevildi. “Harayıma gəl, ay ürəyim” çox kədərli sözlərdi. Həzin notlarla bu mahnını oxusaydım, tutmayacaqdı.

- “Ay ürəyim”, “Çıxıb gedək buralardan” mahnılarınını hit olduğunu bildirdiz. Mahnının məşhurlaşması toy qiymətinizə təsir edir?

- Damara baxıb qanını alırıq. Toy sahibininin imkanına baxırıq. İmkanı olan şəxs ucuz restoranda toy etməz. Çalışırıq qiyməti toy sahibi ilə razılaşdıraq.

- Hər bir qadın geyim həvəskarı olur. Sənət adamları isə, xüsusilə, göz oxşayan geyinməlidir. Nazənin xanımın geyimlərə münasibəti necədir. Qazandığınız pulu geyimə, yoxsa yaradıcılığınıza sərf edirsiniz?

- Bahalı mahnılara üstünlük verirəm, bahalı mahnı deyəndə pul nəzərdə tutmuram, seviləcək bəstəni deyirəm. Əsas pulumu sənətimə xərcləyirəm. Mənim üçün bahalı mahnı tamaşaçının sevdiyi mahnıdır. Bahalı mahnı maddiyyətlə ölçülmür. Amma geyimə də həddindən çox pul xərcləyirəm, ayaqqabı dəlisiyəm. Keçən yay 120 cütdən çox ayaqqabım var idi, indi sayını bilmirəm. Qardaşım arvadlarına payladım. Bahalı geyimləri sevirəm.

- Estetik əməliyyatlara necə baxırsınız?

- Əməliyyatlara gözəl baxıram. Biz sənətçiyik, gözoxşayan olmalıyıq. İndi xəstəxanalarda adi insanlardan yer yoxdur. İnsanın kompleksi varsa, bundan xilas olmalıdır. Kiminsə cibinin pulu ilə əməliyyat etmir. İnsanları rahat yaşamağa imkan verək, buraxaq xoşbəxt olduqları işləri görsünlər. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024