Mədəniyyyət (18-05-2016, 14:56)
Hacıqabulda Beynəlxalq Muzeylər Günü münasibətilə bağlı tədbir keçirildi - FOTOLAR
18 MAY-BEYNƏLXALQ MUZEYLƏR GÜNÜDÜR
Mediatv.az xəbər verir ki, 18 May Beynəlxalq Muzeylər Günü münasibətilə həmin gün rayon Tarix-Diyarşünaslıq Muzeyində bayramsayağı tədbiri keçirildi.
Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elnur Əmiraslanov başda olmaqla mədəniyyət işçiləri, o cümlədən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələsgərov və onun əməkdaşları, rayon “Hacıqabul” qəzetinin əməkdaşlari Nazim Zeynalov və Səadət Kərimova, şəhər orta məktəblərinin şagird və müəllimləri, eləcə də muzeyin yaxın dostları olan ictimaiyyətçi sakinlər-Ramiz Soltanov, Sədulla Baxşıyev, Rafael İbadov iştirak etmişlər.
Tədbiri muzeyin direktoru Məhəmməd İsayev açaraq, əlamətdar gün münasibətilə məlumat vermiş, muzeyin fəaliyyəti barədə geniş bilgi vermişdir.
Sonra rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elnur Əmiraslanov, rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələsgərov, eləcə də ictimaiyyətçi müəllim, muzeyin ən yaxın dostu və təəssübkeşi olan Mübariz Xəlilov çıxış edərək, təbrik sözləri səsləndirmiş, muzeyə ən xoş arzular bildirmişlər.
Tədbirin qonaqları söz olaraq əlamətdar gün münasibətilə muzey kollektivini təbrik etmişlər.
Son vaxtlar rayonun mədəni həyatında fəallıq göstərən şəxslərin, o cümlədən şagirdlərin tədbirə ayrıca dəvət olunduğunu da xüsusi qeyd etmək lazımdır.
Məhəmməd İsayev,
Tarix-Diyarşünaslıq Muzeyinin direktoru