Yenixeber.org: Mediada yayılan məlumatlara görə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilib. Məhkənin qərarı ilə “Planet Construction” şirkəti 20 min manat məbləğində cərimələnib.
Qeyd edək ki, bu Gənclər və İdman Nazirliyi ilə “Planet Construction” MMC arasında bağlanan ilk satınalma müqailəsi olmayıb.
Gənclər və İdman Nazirliyi 2025-ci ilin aprel ayından dekabr ayına qədər bir mənbədən satınalma metodu tətbiq etməklə 6 satınalma müqaviləsi bağlayıb.
Xankəndi şəhər stadionunda söküntü işlərinin satın alınması üzrə 289.019,47 manat məbləğində müqavilə 09.04.2025-ci ildə bağlanılıb.
Şəki Olimpiya İdman Kompleksinin təmiri işlərinin satın alınması üzrə 6.887.701,15 manat məbləğində müqavilə 09.04.2025-ci ildə bağlanılıb.
Xankəndi şəhər stadionunun əsaslı təmiri və yenidən qurulması üzrə işlərin satın alınması üzrə 9.918.674,49 manat məbləğində müqavilə 24.07.2025-ci ildə bağlanılıb.
“Şəki rayonunda Olimpiya İdman Kompleksinin binasında əsaslı təmir işlərinin (Avadanlıqlarla birlikdə)” satın alınması üzrə 658.188,45 manat məbləğində müqavilə 08.10.2025-ci ildə bağlanılıb.
Xankəndi şəhər stadionunun xarici elektrik xəttinin çəkilməsi üzrə 1.190.096,6 manat məbləğində müqavilə 13.11.2025-ci ildə bağlanılıb.
Şəki Olimpiya İdman Kompleksində əlavə işlərin icrası üzrə 440.359,57 manat məbləğində müqavilə 24.12.2025-ci ildə bağlanılıb.
Satınalmaların portalından əldə etdiyimiz bu məlumatlardan da görsəndiyi kimi Gənclər və İdman Nazirliyi Şəki Olimpiya İdman Kompleksinin təmiri işlərinin aparılması üzrə ümumi dəyəri 7 986 248 manat olan 3 sattınalma müqaviləsi bağlayıb.
Gənclər və İdman Nazirliyi ümumi dəyəri 11 397 789 manat olan 3 sattınalma müqaviləsi də Xankəndi şəhər stadionunun yenidən qurulması üzrə bağlayıb.
Göründüyü kimi Gənclər və İdman Nazirliyi son 9 ay ərzində bir mənbədən satınalma metodu tətbiq etməklə “Planet Construction” MMC ilə 20 milyon manata yaxın dəyəri olan müqavilələr bağlayıb.
Baş Prokurorluğun yaydığı məlumatlardan da göründüyü kimi “Planet Construction” MMC Xankəndi şəhər stadionunun təmirində işin icrası zamanı əmək qanunvericiliyinin tələblərini pozub. İndi kim zəmanət verə bilər ki, analoji hala Şəki Olimpiya İdman Kompleksinin təmirində yol verilməyib.
Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatlarda “Planet Construction” (VÖEN: 1005274361) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 05.04.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, BİNƏQƏDİ ŞTQ, ƏCƏMİ NAXÇIVANİ, ev.4, m.5, qanuni təmsilçisinin isə Şirinov Qafqaz Tehran oğlu olduğu qeyd edilib.
Qeyd edək ki, şirkət daha əvvəllər də cərimələnib. Medianın 2023-cü ilin martında yaydığı məlumata görə “Planet Construction” MMC barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Statistik məlumatların verilməsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib edilib. Bu protokol İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
2025-ci ilin marında yayılan məlumata gərə “Planet Construction” MMC Xankəndi şəhər stadionunun tikintisində çalışan fəhlələrin pulunu vermədiyini və buna görə işlərin dayandığı bildirilir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə Xankəndi şəhər stadionunun tikintisində iştirak edən fəhlələrin pulları bir neçə aya yaxındır verilmir. İşçilərin əmək haqqlarının verilməməsinə görə şəhər stadionun tikintisi hələki yarımçıq qalıb.
Buradan ortaya suallar çıxır. Gənclər və İdman Nazirliyi 2025-ci ilin martında işçilərin əmək haqqını verməyibsə, bu da işlərin ləngiməsinə səbə olubsa “Planet Construction” MMC niyə yenidən, həm də bir mənbədən satınalma metodu ilə milyonlarla manat dəyəri olan müqavilələr bağlayıb?(aktualinfo.org)









Gənclər və İdman Nazirliyi ilə Xankəndi şəhər stadionunun təmiri üçün satınalma müqaviləsi bağlayan “Planet Construction” MMC bu işin icrası zamanı əmək qanunvericiliyinin tələblərini pozub. Nazirliklə 9 milyon 918 674 manatlıq tender müqaviləsi bağlayan şirkət Xankəndi şəhər stadionunun tikintisində işçiləri əmək müqaviləsi olmadan işlədib.

















