Sosial (Bu gün, 18:58)
“Azure Residence” sakinlərinin üsyanı: Məhkəmə qərarına baxmayaraq bina “qanunsuz idarə olunur” –istilik və su kəsilib
“Xətai-48” MənzilMülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 15
MƏKTUB
Yenixeber.org: Biz, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 15 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının sakinləri olaraq, binamızda yaranmış idarəetmə böhranı vəinsan haqlarının pozulması ilə bağlı baş verən hadisələr barədə məlumat vermək və məsələ ilə bağlı dəstəyinizi xahiş etmək məqsədilə Sizə müraciət edirik.
Mübahisənin başlanma səbəbi:
Binanın əvvəlki idarəçisi “Yeni Həyat BB” Kompleksi MMC (Rəhbəri Babayev Babək Novruz oğlu və binada qanunsuz və sakinlərlə xidməti müqavilə bağlamadan fəaliyyət göstərən “Güvenli-Servis Management” MMC uzun müddət ərzində binanın maliyyə fəaliyyəti, sakinlərədən toplanan kommunal vəsaitlərin xərclənməsi və ümumi əmlakın saxlanması ilə bağlı sakinlərə heç bir hesabat təqdim etməmişdir. Bu səbəbdən binada yaşayan sakin, mənzil mülkiyyətçisi İ.Həşimova adıçəkilən şirkətə rəsmi məktubla müraciət edərək maliyyə və idarəetmə hesabatının təqdim edilməsini tələb etmişdir.
Lakin şirkət tərəfindən nə yazılı, nə də şifahi şəkildə hər hansı cavab verilməmiş, tələb olunan məlumatlar təqdim edilməmişdir. Bununla əlaqədar İ.Həşimovaməhkəmə orqanlarına müraciət etmişdir.
Məhkəmə baxışı zamanı “Güvenli-Servis Management” MMC-dən binanın idarəetməsi ilə bağlı sənədlərin və hesabatların təqdim edilməsi tələb edilmiş, lakin şirkət bu tələbi də yerinə yetirməmişdir.
Nəticə etibarilə Bakı Apellyasiya Məhkəməsinin 26.11.2024-cü il tarixli, 2(103)-5425/2024 saylı qətnaməsi(Qoşma əlavə edilir, qoşma 1) ilə şirkətin fəaliyyəti qanunsuz hesab edilmiş, şirkətin binanın idarətməsindən kənarlaşdırılması və idarəetməyə aid bütün sənədlərin, açarların və əmlakın Xətai Rayon Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmışdır.
Qətnamədən sonra da “Güvenli-Servis Management” MMC qanunsuz olaraq fəaliyyətini davam etdirmiş, heç bir əsas olmadan və ümumi yığıncaq keçirmədən, xidməti müqavilə olmadan kommunal ödənişləri 1.30 manatdan 1.50 manata qaldırmışdır. Hüquqi əsas: İstehlakçların Hüquqlarının Müdafiəsi Haqqında Qanun, Mülki Məcəllə, maddə 1096 (Qoşma əlavə edilir, qoşma 2)
Bu artım həm özbaşınalıq həmdə qanun pozuntusudur.
Bundan əlavə, sakinlərin kommunal ödənişlərindən daxil olan vəsaitlərin təyinatı üzrə xərclənməməsi nəticəsində bir sıra ciddi problemlər yaranmışdır. Hüquqi əsas: İstehlakçların Hüquqlarının Müdafiəsi Haqqında Qanun, maddə 8.
Belə ki:
2025-ci ilin sentyabr ayında şirkət tərəfindən binaya verilən isti su kəsilmiş, (Hüquqi əsas: Azərbaycan Respublikasının Konstitusiyası - maddə 43, Mənzil Məcəlləsi - maddə 151.2, İstehlakçların Hüquqlarının Müdafiəsi Haqqında Qanun - maddə 8, Cinayət Məcəlləsi – maddələr 308, 314, 133) nəticədə mənzillər bir neçə gün isti susuz qalmışdır. Araşdırmalar zamanı məlum olmuşdur ki, şirkətin Azəriqaz, Azərişıq qurumlarına külli miqdarda borcu yaranmışdır. Borclar səbəbindən Azəriqaz tərəfindən qazanxanaya gələn qaz verilişi dayandırılmışdır. Halbu ki, sakinlər tərəfindən kommunal ödənişlər vaxtında və tam şəkildə şirkətə ödənilmişdir. Bu vəzyiyyət açıq şəkildə göstərir ki, “Güvenli-Servis Management”m MMC sakinlərin ödədiyi vəsaitləri təyinatı üzrə (kommunal xidmətlərin ödənilməsinə) yönəltməmiş, (Azəriqaz və Azərişıq cəmiyyətlərinə külli miqdarda borc yaranmışdır) maliyyə intizamını və sakinlərlə etimadı pozmuşdur.
Bundan sonra şirkət liftlərə elanlar yapışdıraraq bildirmişdir ki, “24 mənzil kommunal ödənişləri etmədiyi üçün (Qoşma əlavə edilir, qoşma 3) isti su və digər xidmətlər dayandırılıb”. Lakin binada ümumilikdə 326 mənzil mövcuddur və onların 302-si ödənişləri vaxtında yerinə yetirmişdir. Bu halda şirkət, borclu 24 mənzilə qarşı hüquqi yolla hərəkət etmək əvəzinə, məsuliyyəti 302vicdanlı sakinin üzərinə qoymuş, bütün binanı kollektiv şəkildə küçə qanunları ilə cəzalandırmışdır. Bu addım İnsan Hüquq və Haqlarının kobud şəkildə pozulmasıdır.Kommunal ödəməyən sakinlərin əksəriyyəti isə bu binada yaşamırlar və mənzilləri təmirsizdir.
Babək Babayevin göstərişi ilə fəaliyyəti binamızdaməhkəmə qətnaməsi ilə qadağan olunmuş Güvenli-Servis Management MMC-nin əməkdaşları B.Babayevin yaxın qohumlarının mənzillərinə heç bir aidiyyəti qurumu xəbərdarlıq etmədən və icazə almadan, su xətləri və su sayğacları olan şaxtadan yüksək gərginlikli elektrik xətləri ilə həmin mənzillərə isti su və atapleniya sisteminin çəkilməsinə göstəriş vermişdir. (Qoşma əlavə edilir, qoşma 4 ). Məqsəd: Qanunvericiliklə sakinlər üçün nəzərdə tutulmuş ümumi qazanxana sisteminin fəaliyyətini dayandırmaqla, çoxmənzilli yaşayış kompleksinin sakinlərinin hüquqlarını pozaraq onları cəzalandırmaq istəmişdir. Lakin bundan xəbər tutan sakinlər bu özbaşınalığa imkan verməmiş, bu barədə DİN-nin 102 xidmətinə və Xətai Rayon Prokurorluğuna məlumat vermişlər. Hüquqi əsas: Azərbaycan Respublikası Konstitusiyası -maddə 43, Mənzil Məcəlləsi – maddə 151.2, İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Qanun – maddə 8, AR Cinayət Məcəlləsinin 133, 308 və 314-cü maddələri, İnsan Hüquqlarının Məhdudlaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və səhlənkarlıq.
Əlavə edirik ki, sakinlər binada baş verən bu qanunsuzluqlara və idarəetmədəki şəffaflığın tamamilə pozulmasına görə ümumi yığıncaq keçirərək “Xətai-48”Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaratmaq qərarına gəlmişlər. Ümumi Yığıncaq 01.10.2025-ci il tarixində keçirilmiş, yığıncaq nəticəsində 51%-dən çox sakin müsbət qərar verərək nizamnamə və digər sənədləri Ədliyyə Nazirliyinə göndərmiş, və 17.10.2025-ci il tarixdə “Xətai-48” MMMC dövlət qeydiyyatına alınmışdır.(Qoşma əlavə edilir, qoşma 5)
Bundan xəbər tutan “Güvenli-Servis Management”MMC dərhal sakinləri küçə qanunları ilə cəzalandırmaq məqsədilə binanın mühafizəçi və resepşn əməkdaşlarını binadan çıxarmış, binanın giriş-çıxış nəzarət mexanizmi zəiflədilmiş, gecə-gündüz blokların (7 blok) giriş qapıları açıq saxlanılmış, liftlərə göstərdiyi xidmətləri dayandırmış nəticədə sakinləri təhlükəli vəziyyətə salmışdır. (Qoşma əlavə edilir, qoşma 6).
Həmçinin şirkət özbaşına və heç bir texniki əsas və ya razılıq olmadan blokların giriş qapılarının kart sistemlərini qırmış, bəzilərini yerindən çıxarmış, resepşn masası və avadanlıqlarını bloklardan götürmüşdür, liftlərin kart sistemlərini deaktiv etmişdir. Bütün qanunsuzluqlar Babək Babayevin göstərişi və Səbinə Salamovanın rəhbərliyi ilə həyata keçirilmişdir. Bu hadisə barədə dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Xətai Rayon Prokurorluğuna rəsmi məlumat verilmişdir.Hüquqi əsas: AR CM-nin 177, 179, 186, 322, 308 ci maddələri.
Bu addımlar bir daha göstərir ki, “Güvenli-Servis Management” MMC məhkəmə qətnaməsini və sakinlərin qanuni qərarlarını nəzərə almadan, qəsdən sakinlərin həyat və təhlükəsizliyini risq altında qoyur, ümumi əmlaka və yaşayış normalarına ziyan vurur.
Bildiririk ki, “Güvenli-Servis Management” MMC mənzil mülkiyyətçiləri tərəfindən Xətai-48 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması prosesinə müxtəlif formalarda maneələr törətmişdir. Belə ki, ümumi yığıncaq keçirildikdən, yetərsay toplanaraq sənədlər Ədliyyə Nazirliyinə göndərildikdən sonra şirkət özbaşına şəkildə, heç bir hüquqi əsas olmadan, guya sakinlər adından yeni Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaratmaq cəhdi göstərmişdir. Bu məqsədlə şirkət binanı inşa edən şəxs – Babək Babayevin yaxın qohumunu – Babayevə Ruhiyyə Novruz qızını “idarə heyətinin sədri” kimi təqdim etmiş, onun adını liftlərdə və ümumi istifadə yerlərində elanlar vasitəsilə yerləşdirmiş, sakinlər arasında qanunsuz imza toplama kampaniyasına başlamışdır. Bu işlərlə Səbinə Salamova məşğul olmuş və onun tərəfindən həyata keçirilmişdir. . (Qoşma əlavə edilir, qoşma 7). Hüquqi əsas: AR CM 320-ci maddəsi.
Qeyd olunan bu hərəkətlər “Xətai-48” MMMC-nin qanuni şəkildə yaradılması faktına ziddir və sakinlərin iradəsini saxtalaşdırmaq, hüquqi prosesə müdaxilə etmək, cəmiyyətin fəaliyyətini əngəlləmək məqsədi daşıyır.
Cəmiyyətin dövlət qeydiyyatına alınmasından sonra məhkəmə qətnaməsinin icrası məqsədilə icra məmurları, Xətai Rayon Bələdiyyəsinin əməkdaşları və Xətai-48 MMMC-nin idarə heyətinin üzvləri “Güvenli-Servis Management” MMC-nin Azure Biznes mərkəzində yerləşən ofisində görüş keçirmişlər. Həmin görüş zamanı icra məmuru məhkəmə qətnaməsinə əsasən şirkətə idarəetmə ilə bağlı sənədlərin, açarların və ümumi istifadədə olan əmlakın Xətai Rayon Bələdiyyəsinə təhvil verilməsi barədə rəsmi göstəriş vermişdir.
Lakin “Güvenli-Servis Management” MMC məhkəmə qərarının icrasından imtina etmiş, heç bir sənədi, açarı və əmlakı təhvil verməmiş, icra nümayəndələrinin və bələdiyyə əməkdaşlarının binanın ümumi istifadədə olan yerlərinə baxış keçirməsinə maneçilik törətmişdir. Hüquqi əsas: AR Konstitusiyası maddə 129, İcra Haqqında Qanun maddə 6.
Hal-hazırda binaya məxsus qazanxana kompleksi “Güvenli-Servis Management” MMC tərəfindən idarə olunur. Şirkət məhkəmə qətnaməsinə və icra sənədinə baxmayaraq qazanxananı “Xətai-48” MMMC-yə təhvil verməkdən imtina edir. Qazanxanada ümumilikdə 4 ədəd qazan mövcuddur. Həmin qazanlardan 1 qazan işlək vəziyyətdədir, digər 3 qazan isə qənaətbəxş texniki vəziyyətdə deyil və onların bərpası üçün ciddi maliyyə vəsaiti tələb olunur. Şirkət sakinlərdən aylıq yığılan 100-110 min manat arasında kommunal ödənişlər hesabına qazanxananı təmir etməli, qış rejiminə hazırlamalı olsada, bunu etməyərək toplanan vəsaiti mənimsəmiş, qazanxananı təhlükəli vəziyyətdə saxlamışdır. Hüquqi əsas: AR CM maddə 179.
Buna baxmayaraq “Güvenli-Servis Management” MMC işlək vəziyyətdə olan qazanları yalnız binanın qeyri-yaşayış hissəsini yəni Azure Biznes Mərkəzini istiliklə təmin etmək üçün Babək Babayevin göstərişi iləişə salmışdır, lakin binada yaşayan 326 mənzilin istilik sistemi hələ də işə salınmamış, sakinlər istiliklə təmin edilməmişlər. Hüquqi əsas: AR Konstitusiyası maddə 43, Mənzil Məcəlləsi maddə 151.2, İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Qanun, AR CM 308, 314, 322
Bütün bunlar onu göstərir ki, “Güvenli-Servis Management” MMC ümumi istifadədə olan əmlakdan şəxsi kommersiya maraqları üçün istifadə edir, dövlət orqanlarının qərarlarını və məhkəmə qətnaməsini icra etmir, sakinlərin hüquqlarını kobud şəkildə pozur.
Binanın mühəndis- kommunikasiya sistemi elə qurulmuşdur ki, yaşayış hissəsi ilə qeyri-yaşayış (biznes və ticarət mərkəzi) hissəsinin enerji və qaz təminatı eyni ana xətlər və sayğaclar üzərindən həyata keçirilir. Nəticədə qazanxanaya gələn qaz sayğacı ümumidir və yaşayış sahələrinin sərfiyyatını qeyri-yaşayış sahələrindən fərqləndirmək mümkün olmur.
Bu səbəbdən sakinlər qeyri-yaşayış obyektləri üçün nəzərdə tutulmuş yüksək tariflərlə qaz və istilik haqqı ödəməyə məcbur olurlar, bu isə ədalətsizlik və sosial narazılıq yaradır.
Eyni vəziyyət elektrik enerjisi təchizatı sahəsində də müşahidə olunur. Liftlər, şaxtalarda yerləşən ventilyasiya sistemləri, resepsion, hollar və ümumi isitmə soyutma avadanlıqları Azure Biznes Mərkəzi ilə eyni ana sayğacdan qidalanır. Sakinlərin ümumi istifadədə olan yerlərə düşən enerji payı dəqiq müəyyən edilə bilmir, çünki şirkət tərəfindən sayğacların ayrılması üçün heç bir texniki və inzibati şərait yaradılmır.
Qeyd edirik ki, Xətai-48 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yalnız 2025-ci ilin noyabr ayından etibarən fəaliyyətə başlamış və dövlət qeydiyyatına alınmışdır. Buna görə də bu tarixdən əvvəl yaranmış bütün kommunal borclar və öhdəliklər ( Azəriqaz, Azərişıq, Azərsu və.s) tam şəkildə “Güvenli-Servis Management” MMC-nin məsuliyyəti altındadır.
Lakin hazırda həmin şirkət özünün idarəetmə dövründə yaranmış borcları sakinlərdən əsassız şəkildə tələb edir.
“Güvenli-Servis Management” MMC-nin fəaliyyəti məhkəmə qətnaməsi ilə qanunsuz hesab edilsə də onlar yenidən qeyri qanuni olaraq sakinlərdən sayğaclar ayrılmadan, istədikləri məbləği qeyd edərək, kommunal ödənişlər tələb edirlər.
Əlavə olaraq qeyd edirik ki, şirkət məhkəmə qətnaməsini icra etmədiyi üçün və məhkəmə icraçılarının fəaliyyətlərinə maneə törətdikləri üçün sakinlər yığıncaq təşkil etmiş və bu halları kütləvi informasiya vasitələri işıqlandırmışlar. Bu barədə Güvenli-Servis Management MMC-nin hüquqşunası Hüsniyyə Hüseynova mətbuata yalan açıqlama verərək ictimaiyyəti çaşdırmış və baş verən prosesləri gizlətmişdir.
Babək Babayev ətrafda Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılmasında iştirak edən sakinləri hüquq mühafizə orqanlarında yaxın əlaqələri ilə cəzalandıracağı, onlar barəsində saxta cinayət işi açdıracağı ilə bağlı hədələmişdir.
Babək Babayev qanunvericiliklə mənzil mülkiyyətçilərinə aid olan -1 zirzəmi mərtəbəsi və ticarət mərkəzinin 1-ci, 2-ci, 3-cü mərtəbəsinin dəhlizlərinə və ümumi istifadədə olan sanitar qovşaqlarına girişini məhdudlaşdıracağı ilə bağlı sakinlərə xəbərdarlıq etmişdir. Onun tələbi, mənzil mülkiyyətçilərinin yaratmış olduğu cəmiyyətin sakinlər tərəfindən ləğv edilərək B.Babayevin yaxın qohumunun adına yeni MMMC-nin yaradılması olmuşdur.
Bundan başqa Babək Babayevin göstərişi ilə Güvenli-Servis Management MMC-nin mühafizəçiləri sakinlərin mənzillərindən yığılmış olan tullantıların -1 zirzəmi mərtəbəsindən çıxarılmasına məhdudiyyət qoymuşdur, lakin bu barədə Xətai Rayon İcra Hakimiyyətinə məlumat verilmiş, onların müdaxiləsi ilə problem müvəqqəti olaraq öz
həllini tapmışdır. Lakin yenə də -1 zirzəmi hissəsində biz sakinlərə tullantı qablarının qoyulması ilə bağlı şərait yaradılmamışdır. Hüquqi əsas: Mənzil Məcəlləsi maddə 35.
Əlavə olaraq qeyd etmək istəyirik ki, yeni yaradılmış cəmiyyət yalnız 2025-ci ilin noyabr ayı və ondan sonrakı dövrlərdə sakinlərə aid olan hissələrin ödənilməsi və idarə olunmasına görə cavabdehlik daşıyır.
Şəhərimizin günü-gündən gözəlləşməsi, paytaxtın simasının müasir tələblərə uyğun şəkildə yenilənməsi, ölkə başçımız Cənab İlham Əliyevin göstərişləri ilə həyata
keçirilən genişmiqyaslı təmir, bərpa və quruculuq işləri biz sakinlər tərəfindən böyük razılıq və sevic hissi ilə qarşılanır.
Lakin, diqqət yetirsəniz, görərsiniz ki, bizim yaşadığımız çoxmənzilli binanın fasadı uzun illərdir təmir olunmamış, bərpa və abadlıq işlərindən kənarda qalmışdır. Binanın xarici görünüşü ümumi şəhər panoramasına uyğun gəlmir, fasad örtüyü bir çox yerlərdə sıradan çıxmış, bəzən təhlükə yaradacaq vəziyyətə düşmüşdür.
Biz Xətai rayonu, 8 Noyabr prospekti, ev 15 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının sakinləri, olkəmizdə aparılan abadlıq, şəffaflıq və sosial ədalət siyasətini daim dəstəkləmiş, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların təntənəsinə inanan və bu siyasətin seçici təbəqəsini təmsil edən vətəndaşlarıq.
Göstərilən halların araşdırılması, qanunsuzluqlara hüquqi qiymət verilməsi və ədalətin bərpa olunması, mərkəzi qazanxananın təmir edilərək sakinlərin yeni yaranmış cəmiyyətinə təhvil verilməsi, Babək Babayevin və Güvenli-Servis Management MMC-nin cinayət tərkibli əməlləri üzrə məsuliyyətlərinin müəyyən edilməsi, şirkətin fəaliyyətinin qanunvericiliyə uyğun olaraq yoxlanılması, sakinlərin təhlükəsizliyinin təmin edilməsi, Güvenli-Servis Management MMC-nin bina kompleksindən kənarlaşdırılması üçün köməklik etməyinizi Sizlərdən xahiş edirik.
XalqXeber.Az

























