Mədəniyyyət (17-12-2015, 19:14)
Nazirə şer yazan Vaqif Bəhmənli işdən çıxarıldı
Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, şair Vaqif Bəhmənli işdən çıxarılıb.
Mediatv.az xəbər verir ki, nazir Əbülfəs Qarayevə şeir yazdığı və həmin şeiri dərc etdirdiyi üçün nazirlik tərəfindən töhmət alan şair həmin ərəfədə məzuniyyətə göndərilib.
Dekabrın 16-da məzuniyyətdən qayıdan şöbə müdiri artıq işdən çıxarıldığı ilə bağlı əmrinin verildiyini öyrənib.
Məsələ ilə bağlı V.Bəhmənli ilə sayta açıqlamasında hazırda məzuniyyətdə olduğunu, məsələdən xəbərsiz olduğunu bildirdi.
Xatırladaq ki, V.Bəhmənli nazir Əbülfəs Qarayevə “Hamıya yaxşılıq” adlı şeir həsr edib. Nazir isə ona yazılan şeiri bəyənməyib və bu şeiri dərc etdirməməsi ilə bağlı xəbərdarlıq edib. Lakin xəbərdarlığa baxmayaraq şeir “525-ci qəzet”də tirajlanıb. Bundan sonra mədəniyyət və turizm nazirinin əmri ilə V.Bəhmənliyə töhmət verilib. Bu hadisə isə cəmiyyətdə böyük rezonans doğurub.