Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 19:07)
Mehdiyevin "türk nifrəti" ilə bağlı SENSASİON FAKTLAR - Ənvəroviç 24 illik karyersında niyə Türkiyədən YAN QAÇIB?

 Azərbaycan siyasətində uzun illər mühüm postlarda təmsil olunan Ramiz Mehdiyevin Türkiyəyə rəsmi səfər etməməsi mövzusu yenidən gündəmə gəlib. Maraqlıdır, bu fakt şəxsi səbəblərlə bağlı idi, yoxsa siyasi-diplomatik seçimdən qaynaqlanırdı?
Mövzu ilə bağlı Ağ Partiyasının sədri Tural Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, Ramiz Mehdiyevin Türkiyəyə səfər etməməsi təsadüfi yox, sistemli yanaşmanın nəticəsi olub.
Onun sözlərinə görə, Mehdiyevi müdafiə edənlər zaman-zaman onun 24 illik siyasi karyerası ərzində Türkiyəyə 1 və ya 2 dəfə səfərə getdiyini iddia ediblər. Lakin bu səfərlərin də rəsmi vəzifənin yaratdığı zərurətdən irəli gəldiyi qeyd olunur.
Tural Abbaslı bildirib ki, Ramiz Mehdiyevin Türkiyəyə və ümumilikdə türk dünyasına münasibəti siyasi dairələrdə hər zaman müzakirə mövzusu olub:
“Mehdiyevin Türkiyəyə isti münasibət bəsləmədiyi, Rusiyaya yaxınlığı heç kimə sirr deyildi. Türkiyə–Azərbaycan münasibətlərinin ən gərgin dövrləri məhz Mehdiyev və onun komandasının hakimiyyətdə olduğu zamanlara təsadüf edib”.
Partiya sədri xatırladıb ki, həmin dövrdə iki qardaş ölkə arasında münasibətlər demək olar ki, siyasi böhran həddinə çatmışdı. Onun fikrincə, bu gərginliyin simvolik nümunələrindən biri Şəhidlər Xiyabanı yaxınlığındakı məscidin önündən Türkiyə bayraqlarının endirilməsi olub.
“Ramiz Mehdiyevin ən yaxın silahdaşlarından olan Əli Həsənovun o dövrdə tətbiq etdiyi bəzi ideoloji və mədəni məhdudiyyətlər bu gün də öz təsirini saxlayır. Belə ki, Türkiyə serialları və filmlərinin Azərbaycan tamaşaçısına hələ də tərcümə olunaraq təqdim edilməsi həmin siyasətin davamı kimi qiymətləndirilir”.
Onun sözlərinə görə, bütün bu faktlar Ramiz Mehdiyevin Türkiyə və türk dövlətlərinə münasibətinin açıq göstəricisi olub və bu mövqe təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də yaxşı məlum idi.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
23 12 2025
23 12 2025
23 12 2025
23 12 2025
23 12 2025
23 12 2025
23 12 2025
23 12 2025
23 12 2025