Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 21:29)
Bir ildə 5,4 milyonluq sifariş alan sirli “Avtoyoltikintiservis” kimindir?

 
Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə Şəhər Nümayəndəliyi abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Avtoyoltikintiservis" MMC seçilib. Bərdə şəhərində abadlıq işlərinin həyata keçirilməsi üçün şirkətin qiymət təklifi 909 513,44 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Avtoyoltikintiservis” MMC 16 mart 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 195, mənzil 6-da yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədov Ramin Adil oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. 

Dövlət satınalmalarının vahid internet portalı üzərində apardığımız araşdırma zamanı məlum olub ki, "Avtoyoltikintiservis” MMC cari ildə 11 tenderin qalibi seçilib. 

Bu tenderlər Bərdə Rayon İcra Hakimiyyəti Başçının Bərdə Şəhər Nümayəndəliyi, Qubadlı Rayon İcra Hakimiyyəti, Neftçala Rayon İcra Hakimiyyəti, Ağdam Rayonu İcra Hakimiyyəti Başçısının Xındırıstan Ərazi Nümayəndəliyi, Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi Şəhər Nümayəndəliyi, Laçın Rayon İcra Hakimiyyəti, Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran Şəhər Nümayəndəliyi, Laçın Rayon İcra Hakimiyyəti Başçısının Qayğı Qəsəbə Nümayəndəliyi tərəfindən keçirilib. 

Satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 5 497 370,14 manatdır
шаблоны для dle 11.2

Xəbər lenti
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
23 12 2025
23 12 2025
23 12 2025
23 12 2025