Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (13-12-2018, 14:21)
“Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının növbəti sayları çap olunub

 Bakı Slavyan Universitetinin elmi-metodik və mədəni-ictimai dərgisi-“Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının növbəti sayları işıq üzü görüb. Jurnal BSU-nun rektoru, professor Nurlana Əliyevanın “Kulturaloji paradiqmalar və yeniləşən Azərbaycan” adlı geniş məqaləsi ilə açılır.
Daha sonra jurnalda Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Ümidləri doğruldan universitet” adlı kitabın təqdimatına, Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilmiş “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” elmi-praktik konfransa və “Puşkiniano” layihəsinin 20 illiyinə həsr olunmuş yazılar yer alır.
Jurnalda həmçinin professor F.Naciyevanın “Mark Aldanovun yaradıcılığında tarix konsepsiyası”, N.Məmmədxanovanın “Y.Yevtuşenko və “onun “zamandan kənar insani”, N.Səmədovanın “Yer cənnətinin obrazı” və S.Xudiyevanın “Sabir Rüstəmxanlının “Ömür kitabı”nın rus dilinə tərcüməsi haqqında” və s. məqalələr çap olunub. Həmişəki kimi bu dəfə də jurnalda poeziyaya geniş yer verilmiş, Valentina Əfəndiyevanın, Aynel Aydayevanın, Gülnarə Səfərəliyevanın, Lalə Bağırovanın, Elaza Babayevanın yeni poetik nümunələri oxuculara təqdim olunub.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024