Mədəniyyyət (Bu gün, 10:58)
Bu gün Azərbaycan Milli Kitabxanasının ad günüdür.

Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Milli Kitabxana haqqında”, “Ümummilli Lider Heydət Əliyev Milli Kitabxanada”, “Milli Kitabxananın layihələri”, “Görkəmli şəxsiyyətlər Milli Kitabxana haqqında”, “100 illiklə bağlı yubiley tədbirləri”, “Kitabxananın nəşrləri”, “Milli Kitabxana nəşrlərdə”, “Beynəlxalq əlaqələr”, “Onlayn xidmətlər”, “Fotoqalereya”, “Videoqalereya” və s. bölmələrdən ibarətdir. Məlumat bazasında yerləşdirilən materiallar tammətnləri ilə təqdim olunur
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Milli_Kitabxana/index.html linkindən istifadə edə bilərlər.
Virtual sərgidə Milli Kitabxana haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, görkəmli şəxslərin fikirləri, fotolar, kitabxananın nəşrləri, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Azerbaycan_Milli_Kitabxanasi_/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə isə Milli Kitabxananın nəşr etdiyi “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə çap olunan biblioqrafiyalar, “Bərpanəşr” seriyası, “Milli musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” seriyası ilə çap olunan musiqi notları, zəngin mədəniyyət xəzinəsi olan Milli Kitabxanada həyata keçirilən iş prosesləri, sənəd-informasiya fondunun formalaşdırılması, elektron resursların yaradılması, kolleksiyaların mühafizəsi və istifadəsi, təqdim edilən yeni xidmət üsulları, elmi-tədqiqat və metodik işin təşkili istiqamətləri, biblioqrafik informasiya mənbələrinin yaradılması və nəşriyyat fəaliyyəti, kitabxananın beynəlxalq əlaqələri, ölkədaxili və beynəlxalq kitab mübadiləsi və s. haqqında ədəbiyyatlar sərgilənir.
Qeyd edək ki, bir əsrdən çox tarixi və şərəfli inkişaf yolu keçən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası 1922-ci ildə yaradılıb, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olub. 1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilib. İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənərək, onlarca yeni şöbə yaranıb, fondunda olan ədəbiyyat sayı artıb.
Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərərək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir. Bu gün 5 milyona yaxın fondu olan Milli Kitabxananın beynəlxalq əlaqələri də əhəmiyyətli dərəcədə genişlənib və beynəlxalq kitabxana təşkilatlarında uğurla təmsil olunmağa başlayıb. Milli Kitabxanamız dünyanın 55 ölkəsinin zəngin kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalayıb və bu kitabxanalarla fəal kitab, informasiya, təcrübə mübadiləsini həyata keçirir, eyni zamanda, dünyanın 80-dən artıq ölkəsinin milli və universitet kitabxanaları ilə beynəlxalq kitab mübadiləsi yolu ilə kitab və digər nəşrlərin mübadiləsini həyata keçirir.
Heç təsadüfi deyildir ki, Ulu Öndərimiz, elm və mədəniyyətə yüksək qiymət verən Heydər Əliyev cənabları 1995-1997-ciillərdə 4 dəfə Milli Kitabxanaya səfər etmiş və öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı kitabxanaya hədiyyə etmişdir.
2004-cü ildə Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilib ki, bu da kitabxanamızın fəaliyyətinə verilən ən yüksək qiymətdir.


Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025