Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (30-11-2023, 11:40)
"Musadan sual verdilər, dedim, uşaq gözləyirik..." - Təranə Qumral

"Musadan sual verdilər, dedim, uşaq gözləyirik..."
Tanınmış müğənni Təranə Qumral Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Yaxın günlərdə həyat yoldaşınız Musa Musayevin ürəyinə stent qoyuldu. Hazırda səhhəti necədir?

- Musa müəllimin səhhətində problem yaranmışdı. Şükür Allaha, indi səhhəti yaxşıdır. Müalicə dayanıb, amma dərman qəbul edir. Səhhətini qorumalıdır. Ürəyində stent qoyulub, bir dəfə infarkt keçirib. İkinci dəfə isə damarında tutulma var idi.

- Təranə xanım, daim eyni formadasınız. Bunun sirri nədir?

- Öncə insanın qəlbi gözəl olmalıdır. Buna görə ürəyimin gözəlliyinə borcluyam. Ürəyim o qədər gözəldir ki, Allah necə yaradıbsa, hər şey yerindədir. Düzdür, qadın baxımlı olmalıdır, özünə fikir verməlidr. Amma gözəllik Allah vergisidir. Allah hamımıza qocalıq nəsib eləsin. Mən qocalıqdan qorxmuram. Sizin gözünüz qarşısında da qocalacam.

Formada qalmaq üçün xüsusi pəhrizim yoxdur. Sağlam qidalanıram. Tərkibində mayonez olan salatlar yemirəm, şirniyyatdan uzağam. İllərdir idman edirəm. Daim hərəkətdəyəm. On üçüncü mərtəbədə yaşayıram, evə hər gün ayaqla çıxıb düşürəm. Liftdən istifadə etmirəm.

- Yaxın günlərdə açıqlama verdiniz ki, oğul anası olmaq istəyirsiniz. Bu fikirdə nə dərəcədə həqiqət vardı?

- Mənə sual verdilər ki, deyirlər, Musa Musayevdən ayrılmısınız. Mən də cavab verdim ki, biz uşaq gözləyirik, zarafat etdim. Mənim ana olmaq vaxtım deyil, maşallah, dörd nəvəm var, üç oğlan, bir qız. Allah hamıya qismət eləsin. Hər şey gözəldir. Bu dünyada hər şeyi gözəl görmək lazımdır.

Sevən, sevgi dolu insanlar üzündən bilinirlər. Xoşbəxt ola bilməyən insanlar çirkin olurlar, istəyirlər ki, əməliyyatlarla özlərinə əl gəzdirsinlər. Xoşbəxt ola bilməyənlər acığı canından çıxır. Özünü xoşbəxt hiss etməyəndə, gözəl görməyəndə məcburdur ki, özünə müdaxilə etsin.

- Estetik əməliyyatlara necə baxırsınız?

- Normal yanaşıram. Məsələn, kiminsə burnu böyükdürsə, əməliyyat etməsinə yaxşı baxıram. Yəni qədərində olmalıdır. Kimsə gözlərini çəkdirir, gözəlləşmək istəyir, amma günü-gündən çirkinləşir. İnsan ona nəyin yaraşdığını, geyimini özü bilməlidir.

- Gözəl xanımların paxılığınız çəkənlər çox olur. Paxıllığınızı çəkənlər çoxdurmu?

- Bəli, paxıllığımı çəkənlər çoxdur. Əvvəllər də belə olub. Leyla Bədirbəyli dövründən belədir, gözəl xanımlara ləkəni tez yapışdırırlar. Onlara ləkə tez yapışır. Bəziləri deyir ki, mənim ərimin ondan xoşu gəlir. Sən özün-özünü alçaldırsan. Deməli, çox aciz insansan. Nə dərəcədə düzgündür ki, bunu qadın dilinə gətirsin.

Mən evdə otururam, deyirlər, daha batdı. Birdən görürlər ki, ortaya daha gözəl çıxıram. Fikirləşmirlər ki, evdə qalıb xanımlığı ilə məşğul olur, daha da gözəlləşir. Yorulmayıb, meydana daha təbii gələcək.

Mən hamını sevirəm. İnanın ki, məndən danışan adamı da sevirəm. Onu da sevirəm ki, 100 il yaşasın və hər zaman məni gözünün qarşısında görsün.

- Nazənin xanımla nə zamansa barışa bilərsinizmi?

- Mən heç kimdən küsməmişəm, kinim də yoxdur. Həyat bumeranqdır. Hər kəs yaşatdığını yaşayacaq. Heç kimin haqqında nahaq danışmaq olmaz. Hamımız insanıq. Mən həmişə deyirəm ki, kimin balasına nə arzu edirəmsə, balamın başına gəlsin.

Özümdən başqa kimlərəsə nə arzu edirəmsə öz başıma gəlsin. Çünki mənim hamıya gözəl arzularım var. Qəlbim təmizdir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024