Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem / Karusel (6-05-2015, 13:58)
Təranə Qumral Musanın anası haqda: "Avam qadındır, beyni 1 meqabaytdır"

Müğənni Təranə Qumral qayınanası Gülbikə xanımın söylədiyi “Onu gəlinim kimi qəbul etmirəm” fikirlərinə münasibət bildirib.Mediatv.az-ın məlumatına görə, “Gün üzü” verilişinə qonaq olan T.Qumral qayınanasına cavab verib: "Həyatımı kimisə düşünərək yaşamamışam. Mənə heç vaxt kənar fikirlər maraqlı olmayıb. Həmişə öz fikirlərimlə addımlamağı bacaran biriyəm. Mən övladlarımı da belə tərbiyə etmişəm. Hərdən deyirəm, qınayırlar. Ancaq həqiqətən də kənar fikirlər maraqlı və önəmli deyil. Jurnalistlərimiz yazırlar ki, Təranəni qayınanası qəbul eləmir. Mən artıq özüm qayınanayam, heç kəsə də ehtiyacım yoxdur. Sadəcə yanımda ürəyim var  və  ona hörmət edərək onun böyüyünə xoş sözlər dedim, sayğı göstərdim. Musanın anasını kimsə fitvalayır, elə sözlər dedirdir. Avam qadındır. Düşünmür ki, doğma oğlum və hətta məni istəməsə belə, gəlini haqqında belə sözlər demək düzgün deyil. Onun beyni bir meqabayıtdırsa, mən ona səkkiz meqabayt yükləmək istəyirəmsə, bu mənim günahım deyil".

 

Qeyd edək ki, T.Qumralın qayınanası Lent.az-a açıqlamasında bu sözləri demişdi: “Mən Təranə Qumralı gəlin hesab etmirəm. Çünki onu gəlin gətirməmişəm. Mən Musaya toy edib, gəlin gətirmişdim. Amma o ailəsini dağıdıb, gedib Təranəni aldı. Mən digər gəlinlərimi çox istəyirəm, Təranəni yox. O, 20 ildir ki, Musa balamı mənə həsrət qoyub.  Təranə ilə danışmaram. O, bizim başımıza nələr gətirmədi?  Musanı dəli elədi. Məni də cadugər hesab edir. Onu necə gəlin hesab edim? Məni övladıma tamarzı qoyub. Musaya zəng edirəm, imkan vermir ki, oğlumla beş kəlmə söz danışım. Necə qəbul edim o gəlini? Yalan deyir. Mən heç onu görməmişəm. Təranə dedi ki, efir vasitəsi ilə əlinizi öpürəm. Mənim əlimdən öpməsin. Getsinlər bir-birlərinin əllərindən öpsünlər. Mənə lazım deyil. İki gəlinim var, ikisi də namuslu, qeyrətli, adıma layiq”.

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024